12:58 16 Avqust 2018
346 dəfə oxunub
Çap versiyası
...

20-27 sentyabr 2018-ci il tarixində Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının biletləri satışa çıxarılıb.

Azərbaycan Cüdo Federasiyasından  verilən məlumata görə, Milli Gimnastika Arenasında baş tutacaq mötəbər yarış üçün biletləri "Asan Xidmət" mərkəzlərindən, şəhərimizin bütün kassalarından, eləcə də onlayn olaraq iTicket.az saytından almaq olar. 

Biletlərin qiyməti kateqoriyalara uyğun olaraq səhər yarışları üçün 1, 5 manat, VİP yerlərə 25 manat, final mərhələsi üçün isə 2 və 10 manat, VİP yerlər 50 manatdır.

Qeyd edək ki, bu yarışda dünyanın 150-ə yaxın ölkəsinin cüdoçularının iştirakı gözlənilir. Dünya çempionatının təntənəli açılış mərasimi sentyabrın 20-i saat 15:00-da keçiriləcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.3479 san