16:01 16 Avqust 2018
381 dəfə oxunub
Çap versiyası
...

"Məktəbəhazırlıq qrupları tamamilə ödənişsizdir”.

Bunu "Məktəbəhazırlıq qruplarına sənəd qəbulu” ilə bağlı brifinqdə Bakı Şəhər Təhsil İdarəsinin informasiya təminatlı sektorunun müdiri İlhamə Abdullayeva deyib.

AzEdu.az xəbər verir ki, hazırda elektron şəkildə sənəd qəbulu aparan bütün məktəblərdə məktəbəhazırlıq qruplarında təhsil almaq ödənişsizdir.

Bildirilib ki, bu qruplarda metodiki vəsaitlərdə pulsuz olaraq veriləcək. Ödənişli qruplar üçün isə Təhsil Nazirliyindən razılıq alınmalıdır. Ödənişli qrupların hansı əsaslarla fəaliyyət göstərəcəyi hələki açıqlanmayıb.

Qeyd edək ki, bu gündən respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində Abşeron, Yevlax, Samux rayonlarında yerləşən ümumtəhsil müəssisələri üzrə məktəbəhazırlıq qruplarına sənəd qəbulu elektron qaydada - mektebeqebul.edu.az saytı vasitəsi ilə həyata keçiriləcək.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-09-2018
19-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6172 san