21:46 16 Avqust 2018
374 dəfə oxunub
Çap versiyası
...

Çaylarda sululuq səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, ötən günlər ərzində yağan leysan xarakterli intensiv yağış nəticəsində Respublikanın əksər çaylarında sululuq artmış, Böyük Qafqazın bəzi dağ çaylarından Talaçay, Zilbançay, Kişçay, Kürmükçay çaylarından isə qısamüddətli daşqın və sel keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-180, Kiçik Qafqazın çaylarında 40-120, Lənkəran-Astara çaylarında 70-130, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edir.

Tranzit çaylarda vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 83 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 50 m3/s olmaqla ongünlük normanın 37 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 276 m3/s olmaqla, ongünlük normanın 411 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 11,5 m3/s təşkil edərək ongünlük normanın 17 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6, Salyanda 22, Bankədə 10, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb, lakin Surra məntəqəsində isə suyun səviyyəsində 1 sm artım müşahidə olunub.

Surra məntəqəsində suyun səviyyəsi 328 sm (2017-ci il avqustun 13-də 348 sm), Şirvanda 197 sm (2017-ci il avqustun 13-də 203 sm), Salyanda 95 sm (2017-ci il avqustun 13-də 133 sm), Bankədə 182 sm (2017-ci il avqustun 13-də 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 42 sm (2017-ci il avqustun 13-də 60 sm) təşkil edib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-09-2018
19-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9044 san