13:15 17 Avqust 2018
457 dəfə oxunub
Çap versiyası
...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160, Kiçik Qafqazın çaylarında 40-110, Lənkəran-Astara bölgəsi çaylarında 20-60, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.

Departamentdən  verilən xəbərə görə, avqustun 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 94 kubmetr olmaqla ongünlük normanın 71 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 79 kubmetr təşkil etməklə ongünlük normanın 59 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 107 kubmetr olmaqla ongünlük normanın 159 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 11 kubmetr təşkil edərək ongünlük normanın 16 faizinə bərabər olub.

Avqustun 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində dörd, Bankədə və Araz çayının Novruzlu məntəqəsində beş santimetr artım, Salyanda və Şirvanda isə 12 santimetr azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 352 (2017-ci il avqustun 17-də 351 sm), Şirvanda 209 (2017-ci il avqustun 17-də 213 sm), Salyanda 129 (2017-ci il avqustun 17-də 138 sm), Bankədə 178 (2017-ci il avqustun 17-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 75 santimetr (2017-ci il avqustun 17-də 65 sm) təşkil edir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabah hava necə olacaq?
12:56 20.09/2018
 
Xəbər başlıqları
20-09-2018
19-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8588 san