14:53 17 Avqust 2018
320 dəfə oxunub
Çap versiyası
...

Avqustun 18-24-də Rusiyanın Qroznı şəhərində kişi boksçular arasında beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Boks Federasiyasından  verilən məlumata görə, Əhməd Hacı Kadırovun xatirəsinə həsr olunan sayca 10-cu yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Yığmamızın məşqçilər korpusu Qroznıda 10 boksçuya şans verəcək. Komandamız turnirdə Qoşqar Səfərli (52 kq), Sərxan Əliyev (60 kq), Fərid Ağamoğlanov, Elvin İsayev, Niyaməddin Allahverdiyev (hər üçü 64 kq), Nicat Məmmədov (69 kq), İsmayıl Hüseynov (75 kq), Tural Həsənov, Rahil Məmmədli (hər ikisi 91 kq) və Məhəmməd Abdullayev (+91 kq) ilə təmsil olunacaq.

Millimiz səfərə bu gün yola düşəcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-09-2018
18-09-2018
17-09-2018
17.09.2018 Salam kəndimiz

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6974 san