09:21 18 Avqust 2018
332 dəfə oxunub
Çap versiyası
...

Meksikada “kristal” adlandırılan 50 ton narkotik maddə müsadirə edilib. Bu barədə “Excelsior” portalı məlumat yayıb.

Strategiya.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, narkotik maddə Meksika Hərbi Dəniz Donanmasının döyüşçüləri tərəfindən Sinaloa ştatının Badiraquato bələdiyyəsində narkolaboratoriyada aşkarlanıb.

Hakimiyyət orqanlarının fikrincə, müsadirə edilmiş narkotik maddə “Sinaloa” kartelinin olub. Bu kartelə uzun müddət “El Çapo” ləqəbli Xuakin Quzman Loera başçılıq edib və Badiraquatoda yaşayıb. Həbs edilmiş Xuakin Quzman Loera ABŞ-a ekstradisiya edilib və məhkəməsini gözləyir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.9337 san