09:53 18 Avqust 2018
582 dəfə oxunub
Çap versiyası
...

Rusiyanın Xalq artisti Anna Netrebko (soprano) və Azərbaycanın Xalq artisti Yusif Eyvazov (tenor) avqustun 23-də Monakoda Monte-Karlo Opera Teatrında konsert proqramı ilə çıxış edəcəklər.

Strategiya.az Monte-Karlo Opera Teatrının saytına istinadla xəbər verir ki, konsertdə С.Verdi, N.Rimski-Korsakov, С.Puççini və başqalarının əsərləri səsləndiriləcək.

Dünya operasının ulduzu A.Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş olunub.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabında yer alıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-09-2018
18-09-2018
17-09-2018
17.09.2018 Salam kəndimiz

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9261 san