09:55 18 Avqust 2018
340 dəfə oxunub
Çap versiyası
...

Dünən saat 13:20-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 13:52-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Lənkəran rayonu, dəniz sahilində 1 ədəd minanın tapılması barədə məlumatlar daxil olub.
 
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Lənkəran rayon Polis şöbəsinin və Sahil Mühafizə xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən Daxili İşlər Nazirliyinin Lənkəran rayon Polis şöbəsinin və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə xidmətinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib.


Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd tank əleyhinə mina (TM-62P3) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Minanın tapıldığı yerin ətrafında 1 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
"Azərsu"dan acı etiraf
22:07 23.09/2018
Bakıda yanğın
21:58 23.09/2018
Faktiki hava
14:18 23.09/2018
 
Xəbər başlıqları
24-09-2018
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.8013 san