11:04 18 Avqust 2018
354 dəfə oxunub
Çap versiyası
...

Venesuela prezidenti Nikolas Maduro cümə günü "El Petro" kriptovalyutasının dəyərini və avqustun 20-dən ökədə yeni minimal əmək haqqının məbləğini açıqlayıb. Həmin gün Venesuela yeni, denominasiya edilmiş valyutaya – suveren bolivara keçəcək.

Maduronun sözlərinə görə, bir "El Petro" 60 dollar (3,6 min yeni bolivar və ya 360 milyon denominasiya edilməmiş bolivar) təşkil edəcək.

Bununla belə, avqustun 17-də "qara bazar"da məzənnə 5,9 milyon köhnə bolivar olub. Hazırkı bolivardan 5 sıfır silinəcək.

Minimum əmək haqqının həcmi 1 "El Petro"nun yarısına qədər (yəni 1,8 min bolivar və ya 180 milyon köhnə bolivar) artırılacaq. Bu o deməkdir ki, minimum əmək haqqının həcmi təqribən 60 dəfə artmış olacaq. Hazırda minimum əmək haqqı 3 milyon bolivara bərabərdir.

Prezident həmçinin ölkədə ƏDV-nin 12-dən 16 faizədək artdığını elan edib./report


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.0765 san