21:34 18 Avqust 2018
336 dəfə oxunub
Çap versiyası
...

Avstriya xarici işlər naziri xanım Karen Knaysslın toy mərasimində iştirak edən Rusiya Prezidenti Vladimir Putin təzə evlənənlərə kənd mənzərəsinin əks olunduğu rəsm əsəri, qədim yağçəkən və Tula samovarı hədiyyə edib.

Strategiya.az Interfax agentliyinə istinadla xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Rusiya tərəfinin daha bir hədiyyəsi Kuban kazak xorunun çıxışı olub.

Putin, həmçinin Avstriya kansleri Sebastyan Kurts ilə qısa söhbət edib.

Mətbuat katibi bildirib ki, tam sərbəst və səmimi mühitdə keçən toy mərasimində Putin alman dilində geniş sağlıq söyləyib. Ona qonaqpərvər Avstriyaya gəlməsinə yaradılan imkana görə məmnunluğunu bildirib. Prezident, həmçinin cütlüyün nikah mərasiminə qatılıb.

Rusiya lideri toyda bir saata yaxın olub və bu gün axşam Berlinə gedib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-09-2018
18-09-2018
17-09-2018
17.09.2018 Salam kəndimiz

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7648 san