07:52 19 Avqust 2018
638 dəfə oxunub
Çap versiyası
...

Azərbaycan cüdoçusu Ayşə Qurbanlı Belarusun paytaxtı Minskdə start götürən Avropa açıq çempionatında bürünc medal qazanıb.

Strategiya.az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız A.Qurbanlı səkkizdəbir finalda rusiyalı Kristina Bulqakovanı, ardınca isə britaniyalı Kelli Stadonu məğlub etsə də, yarımfinalda qazaxıstanlı olimpiya mükafatçısı Otqonseseq Qalbadraxa uduzub. Bürünc uğrunda görüşdə rəqibi digər təmsilçimiz Leyla Əliyevaya qalib gələrək üçüncü yeri tutub. Beləliklə, digər cüdoçumuz Leyla Əliyeva isə turnirdə beşinci olub.

Qeyd edək ki, 40 ölkədən 390 (272 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı qitə açıq çempionatında Azərbaycan millisi 12 (4 kişi, 8 qadın) cüdoçu ilə təmsil olunur.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-09-2018
18-09-2018
17-09-2018
17.09.2018 Salam kəndimiz

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9038 san