09:36 19 Avqust 2018
384 dəfə oxunub
Çap versiyası
...

 

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində keçirilən şahmat üzrə Sinkfild superturnirinə qələbə ilə başlayıb.

Məmmədyarov ilk turda ağ fiqurlarla amerikalı Uesli Soya qalib gəlib.

Hazırda həmyerlimiz turnir cədvəlində rusiyalı Sergey Karyakini məğlub edən erməni Levon Aronyanla 1-2 yerləri bölüşdürür.

Qeyd edək ki, turnirdə həmçinin Maqnus Karlsen (Norveç), Fabiano KaruanaHikaru Nakamura (hər ikisi ABŞ), Aleksandr Qrişuk (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Vişvanatan Anand (Hindistan) iştirak edirlər.

Ş.Məmmədyarovun növbəti rəqibi Aleksandr Qrişuk olacaq.

Turnir bir dövrə keçiriləcək və avqustun 27-i başa çatacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 300 min ABŞ dollarıdır. Qalib 75 min dollar qazanacaq.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-09-2018
19-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6344 san