10:08 19 Avqust 2018
386 dəfə oxunub
Çap versiyası
...

Belarus Prezidenti Aleksandr Lukaşenko hökumətdə kadr dəyişikliyi edib.

O, ölkənin baş naziri Andrey Kobyakovu istefaya göndərib, bu posta Sergey Ruması təyin edib.

Hökumətin üzvləri ilə görüşdə Lukaşenko məmurların öz vəzifələrinə məsuliyyətsiz yanaşdığını deyib. Dövlət başçısı sənaye naziri Vitali Vovkanı və memarlıq və tikinti naziri Anatoli Çernini də vəzifələrindən azad edib. Dövlət başçısı qeyd edib ki, yeni baş nazir Sergey Rumasın respublikanın əsas iqtisadi və siyasi partnyoru olan Rusiyanı yaxşı tanıması əhəmiyyətli məqamdır.

Lukaşenko müşavirəsində bildirib ki, hökumətin tərkibinin dəyişdirilməsi 2020-ci ildə keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı deyil.

Müxalifət isə Lukaşenkonun növbədənkənar seçkiləri təyin edə biləcəyini istisna etmir./publika


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-09-2018
19-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5821 san