21:40 19 Avqust 2018
376 dəfə oxunub
Çap versiyası
...

Avqustun 19-da Topaz Premyer Liqasının ikinci turunun maraqla gözlənilən mərkəzi oyununda "Qəbələ" və "Neftçi" üz-üzə gəlib. Oyun paytaxt təmsilçisinin meydanında - "Dalğa Arena"da keçirilib.

Baş hakim Rəhim Həsənovun idarə etdiyi qarşılaşma "Neftçi"nin qələbəsi ilə başa çatıb (2:1). Oyuna hücumlarla başlayan paytaxt komandası 36-cı dəqiqədə hesabda irəli çıxıb - 1:0. Qonaqların müdafiəçilərinin kobud səhvindən istifadə edən Baqali Dabo keçmiş komandasının qapısına qol vurub.

Fasilədən sonra da matç "ağ qaralar"ın hücumları şəraitində keçib. Rəqib komandanın müdafiəsinin səhvindən yararlanan Qoran Paratskinin ötürməsindən sonra Dario Frederiko 48-ci dəqiqədə meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb. Qarşılaşmanın sonlarında "Qəbələ"nin futbolçusu Rauf Əliyevin vurduğu qol sayəsində hesab arasındakı fərq azalıb - 2:1. Beləliklə, paytaxt komandası bu mövsüm çempionatda ikinci qələbəsini qazanıb.

Qeyd edək ki, bu rəqiblər indiyədək ölkə çempionatında 40 dəfə üz-üzə gəlib. Matçların 17-də "Neftçi", 15-də isə "Qəbələ" qələbə qazanıb, 8 qarşılaşma isə heç-heçə yekunlaşıb.

"Neftçi" növbəti oyununu səfərdə "Qarabağ"a qarşı keçirəcək. "Qəbələ" isə eyniadlı şəhər stadionunda "Sumqayıt"ı qəbul edəcək.

Qeyd edək ki, bu turun açılış matçında "Qarabağ" komandası "Səbail"i 2:0 hesabı ilə məğlub edib. "Zirə"nin çempionatdakı ilk matçında "Keşlə" ilə qarşılaşması heç-heçə yekunlaşıb - 2:2.

İkinci tura "Sabah" – "Sumqayıt" komandalarının "Əlincə Arena"dakı matçı ilə yekun vurulacaq.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-09-2018
19-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.585 san