21:07 08 Sentyabr 2018
553 dəfə oxunub
Çap versiyası
...

Azərbaycanda qədim musiqi alətləri üçün ilk dəfə not səsləri yazılıb.

 Azərbaycan Milli Konservatoriyasının nəzdindəki “Əsrlərin sədası” ansamblının hazırda məşq etdiyi musiqi nömrələri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə sentyabrın 27-dən 30-dək ölkəmizdə ilk dəfə keçiriləcək Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının açılışında ictimaiyyətə təqdim olunacaq.

Dəmir gövdəli davu, şimşək və bəm səsli üçbucaq şahrud, ərqanun, dolça, qopuz və neçə-neçə qədim musiqi alətləri... Müasirlərindən fərqlənən belə musiqi alətlərini bərpa etmək, qorumaq və gələcək nəsillərə çatdırmaq missiyasını bu gün Milli musiqi alətlərinin təkmilləşdirilməsi elmi-tədqiqat laboratoriyası həyata keçirir.

Heydər Əliyev Fonduna təşəkkür edən laboratoriyanın rəhbəri Məmmədəli Məmmədov deyib: “Fond köməyini, dəstəyini bu gün də bizdən əsirgəmir. Bizim kitabların çapında, ansamblın üzvləri üçün səhnə geyimlərinin tikilməsində yaxından dəstək olur. Festivalda çıxışımız bir daha göstərəcək ki, bu laboratoriya milli musiqi alətlərimizin inkişafına öz töhfəsini verir”.

Onun sözlərinə görə, laboratoriyada musiqi xəzinəmizə yenidən qaytarılan alətlərdə elə incəsənət ocağında təhsil alan gənclər ifa edirlər. Yeni yaradılan “Əsrlərin sədası” ansamblı artıq bir neçə gündür festivala ciddi hazırlaşır.

Ansamblın bədii rəhbəri, Xalq artisti Fəxrəddin Dadaşov deyib: “Əsərlər yazılıb və onun üzərində işləyirik. Sentyabrın 28-də həmin əsərləri ilk dəfə notla ifa edəcəyik. Bu əsərlər isə XIII-XIV əsrlərdə yaşamış görkəmli Azərbaycan musiqiçisi Əbdülqadir Marağayinin bəstələri əsasında gənc bəstəkarlar tərəfindən yazılıb”.

Ə.Marağayinin motivləri əsasında festival üçün əsər yazmaq təklifi aldığını söyləyən gənc bəstəkar Fərid Fətullayev bildirib ki, bu motivlərdən istifadə edərək əsər yazıb və onu “Cəngi” adlandırıb.

Qeyd edilib ki, digər musiqilər isə Aliyə Məmmədova, Rüfət Axundov və Ayaz Qənbərliyə məxsusdur. Belə əsərlər ölkəmizin qədim musiqi alətləri üçün ilk dəfədir yazılır.

P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu və hazırda Azərbaycan Dövlət Musiqi Teatrında çalışan gənc dirijor Orxan Həşimov deyib ki, belə bir layihədə iştirak onun üçün yenilik və təcrübədir. Çünki bu qədim alətlər başqa bir səsdir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-09-2018
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
4.804 san