17:13 17 Sentyabr 2018
1172 dəfə oxunub
Çap versiyası
...

Ağazahid Şamxal oğlu Zahidov – 1950-ci il aprelin 1-də Şamaxı rayonu Şıxalar kəndində anadan olub. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutuna qiyabi qəbul olmuş, təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanmışdır.

1967-cildə ilk şeri Şamaxının “Yeni Şirvan” qəzetində çap olunmuş, Şamaxıdakı Gənc Sabirçilər ədəbi məclisinin fəal üzvlərində biri kimi diqqəti cəlb etmişdir.

Hərbi xidmətə hərbi rütbə aldığına görə xidməti qurtardıqdan sonra Şamaxı kənd təsərrüfatı texnikomunda hərbi dərs demişdir.

1976 –cı ilin mayından Xakov şəhərinə gələrək Xarkov hüquq İnstutuna qəbul olmüşdur. Təhsilini başa vurduqdan sonra hüquqşünas kimi Xarkov vilayəti post patrul xidmətində çalışaraq Vilayət üzrə Operativ idarə rəisi vəzifəsinə qədər yüksəlmiş, milis polkovniki rütbəsinə, bir sıra dövlət fəxri adlarına layiq bilinmişdir.


Salam kəndimiz

 

Anamın şirin layları qədər mehriban və əziz

Doğularkən xoşbəxt oldum

Çünki qoynunda doğuldum.

Pərvazlandım böyüdüm,

anamın qucağında,

Oda ocaq qaladı,

Atamın ocağında,

İlk dəfə onda bildim,

Oba nədir, ocaq nə.

Yuva nədir, qucaq nə,

Yurduma məhəbbəti,

Dostuma sədaqəti,

Ağsaqqal Ağbirçəyə

Kiçiklərə hörməti,

Dönə-dönə

Aşılayıb qanıma

Tövsiyyə etdin mənə,

Yadlarıma yad oldum,

Şad günümə şad oldum.

Mən də güldüm,

Güllərin açıb güləndə

Gülüşümə sevindim,

Baharnda yazında

İçin-için qüssədən

nə danışdım, nə dindim.

Gülü solmuş

Xəzan olmuş,

Kədərli payızında.

Heç bilmədim necə oldu,

Gündüzmü ya gecə oldu

Ayrı düşdük

Heçə gömmüş

Daşa dönmüş

Ayrılığın ucundan.

İndi könlümdə tufan,

İndi qəlbimdə qiyam,

Sən mənim, kiçik bir kəndə sığan

Böyük bir dünyamsan,

Böyük bir Dünyam

 

Vətənə məktub

 

Salam kəndimiz!

Anamın şirin layları qədər mehriban və əziz

Doğularkən xoşbəxt oldum,

Çünki qoynunda doğuldum.

Pərvazlandım, böyüdüm

anamın qucağında

Oda ocaq qaladı,

atamın ocağında.

İlk dəfə onda bildim

Oba nədir, ocaq nə

Yuva nədir, qucaq nə.

Yurduma məhəbbəti,

Dostuma sədaqəti,

Ağsaqqal, ağbirçəyə,

Kiçiklərə hörməti.

Dönə-dönə

aşılayıb qanıma

Tövsiyə etdin mənə.

Yadlarına yad oldum

Şad gününə şad oldum

Mən də güldüm

Güllərin açıb güləndə

Gülüşünə sevindim

Baharında, yazında.

İçin-için qüssədən

Nə danışdım, nə dindim

Gülü solmuş ,

Xəzan olmuş

Kədərli payızında.

Heç bilmədim necə oldu?

Gündüzmü ya gecə oldu?

Ayrı düşdük.

Heçə gömmüş

Daşa dönmüş

Ayrılığın ucundan.

İndi, könlümdə tufan!

İndi, qəlbimdə qiyam!

Sən mənim kiçik bir kəndə sığan,

Böyük bir dünyamsan

Böyük bir dünyam!!!

 

Ağazahid Zahidov

Ukraina, Xarkov şəhəri


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Salam kəndimiz
17:13 17.09/2018
Alın yazım - 2
11:32 16.07/2018
Çəhrayı qərənfillər
14:55 25.05/2018
BAŞA DÜŞMƏDİ
09:19 17.05/2018
"Orada bir evim var"
13:01 08.05/2018
 
Xəbər başlıqları
23-09-2018
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.7795 san