09:38 13 Sentyabr 2018
391 dəfə oxunub
Çap versiyası
...

Sentyabrın 18-də Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək.

Strategiya.az-ın məlumatına görə, açılış mərasimində Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası çıxış edəcək. Həmçinin görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, akademik Arif Məlikovun 85 illiyi münasibətilə fortepiano və orkestr üçün konserti səslənəcək (solist Xalq artisti Murad Adıgözəlzadə).

 

Konsertin biletlərini Heydər Əliyev Sarayının kassasından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 26-dək davam edəcək festivalda Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçi və kollektivlər – T.Dokşitser adına “New life brass” kvinteti, “Dədə Qorqud” kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və başqalarının iştirakı ilə 30-a yaxın tədbirlərin keçirilməsi nəzərdə tutulub.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-09-2018
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.8961 san