13:05 13 Sentyabr 2018
462 dəfə oxunub
Çap versiyası
...

Vətəndaşlar dövlət əmlakının istifadəsi ilə bağlı icarə haqqını internetlə ödəyə bilərlər.

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) bildirilib ki, dövlət əmlakının istifadəsi ilə bağlı icarə haqqını ödəmək məqsədilə banklara getməyə ehtiyac yoxdur. Bunun üçün internetə çıxışın olması kifayətdir. Belə ki, fiziki və hüquqi şəxslər plastik kart vasitəsilə icarə borcunu onlayn qaydada ƏMDK tərəfindən yaradılan “Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun ödənilməsi” elektron xidməti vasitəsilə ödəyə bilərlər. Əlavə ödəniş tələb etməyən sistem vətəndaşlara vaxt qazandırmaqla bərabər, ən müasir və çevik ödəmələrin aparılmasına şərait yaradır. Eləcə də ödəniş prosesində şəffaflıq və səmərəliliyi təmin edir.

Bu interaktiv ödəniş xidmətindən fiziki və hüquqi şəxslər, dövlət orqanları və bələdiyyələr istifadə edə bilər. Qeyd edək ki, müvafiq sistem vasitəsilə dövlət əmlakının icarə haqqı və ya müamilə borclarının öyrənilməsi də mümkündür.

Həmin elektron xidmətdən istifadə etmək üçün komitənin elektron xidmətlər portalına (www.e-emdk.gov.az) daxil olmaq lazımdır. Mövcud xidmətlər siyahısından 37-ci bölmədə yerləşən “Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun ödənilməsi” elektron xidməti seçilir. Açılan yeni pəncərədən göstərilən 3 rekvizitdən biri, o cümlədən sənəd nömrəsi, qeydiyyat nömrəsi və ya dövlət əmlakının icarəyə verilməsi zamanı istifadəçi ilə bağlanılmış müqavilə üzrə ona təqdim edilmiş “İcarəçinin kodu” elektron müraciət formasına daxil edilir. Dövlət əmlakı ilə bağlı icarə borcunu öyrənən istifadəçi “ödə” düyməsini sıxaraq ödənişi onlayn qaydada həyata keçirir. İstifadəçi “İstifadə təlimatı” və ya “Reqlament” faylını yükləyərək elektron xidmətdən istifadə qaydaları ilə tanış ola bilər.

Bundan başqa 9193 SMS xidməti vasitəsilə də icarə haqqı və ya müamilə borclarını da öyrənmək mümkün olacaq.

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların dövlət rüsumları, xidmət haqları, eləcə də əmlakla bağlı digər ödənişləri rahat üsullarla həyata keçirməsi üçün müasir və sürətli idarəetməni təmin edir. Həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində bu sahə tam elektronlaşdırılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-09-2018
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.8352 san