14:04 13 Sentyabr 2018
340 dəfə oxunub
Çap versiyası
...

Gömrükçülər Gürcüstandan gələn avtomobildə qanunsuz yolla keçirilən dərmanlar aşkarlayıb.

DGK-dan verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Mercedes Benz C 180" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin sağ və sol yan karnizlərinin içindən üzərində "Etambutol" yazısı olan hər birində 10 ədəd olmaqla 566 konvalut və üzərində "Karipazim" yazısı olan 2 ədəd şüşə flakon dərman vasitələri aşkarlanıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Faktiki hava
14:18 23.09/2018
 
Xəbər başlıqları
23-09-2018
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.7853 san