14:06 13 Sentyabr 2018
1519 dəfə oxunub
Çap versiyası
...

 

MDB dövlətlərinin kitabyayımı ilə məşğul olan müəssisələrin Beynəlxalq əməkdaşlığının gücləndirilməsi, kitabyayımı mədəniyyətinin yüksəldilməsi və MDB dövlətləri arasında mədəni dəyərlərin mübadiləsinin genişləndirilməsi məqsədi ilə hər il Beynəlxalq müsabiqə keçirilir.

Müsabiqənin təsisçisi MDB-nin Dövri mətbuat, kitab nəşri, kitabyayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası şurasıdır. Müsabiqəni Müstəqil Dövlətlərin Kitabyayımı Assosiasiyası təşkil edir və keçirir.

MDB-nin İcraiyyə Komitəsinin qərarılə, 2017-ci ilin yekunlarına görə ölkədaxili və Beynəlxalq kitab mübadiləsini yüksək səviyyədə təşkil etdiyinə görə ilə birinci yeri “Azərkitab” Kitab Təbliği Mərkəzi (Bakı) qazanmışdır.

İkinci və üçüncü yerləri “Bukvoyed” Peterburq Kitab şəbəkəsi (Sankt-Peterburq), “Biblio-qlobus” (Moskva) və “Belkniqa” ASC-nın filialı – “Mərkəzi kitab mağazası” (Minsk) qazanmışdırlar.

Bir neçə gün əvvəl Moskvada keçrilən XXI Beynəlxalq kitab sərgi- yarmarkasında müsabiqənin qaliblərinə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin Fəxri fərmanları təqdim edilmişdir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-09-2018
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.9777 san