18:02 13 Sentyabr 2018
368 dəfə oxunub
Çap versiyası
...

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir. Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir.

Бəkisi 62 kiloqrama qədər olan atletlərin mübarizəsində qaliblər müəyyənləşib. Toplam 258 kiloqram (115+143) nəticə ilə Rüstəm Qasımov qızıl medal qazanıb. İkinci yerə 230 kiloqram (105+125) nəticə ilə Elməddin Hüseynov, üçüncü yerə isə 210 kiloqram (96+114) nəticə ilə Murad Əliyev sahib çıxıb.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi və qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-09-2018
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.4163 san