09:37 14 Sentyabr 2018
415 dəfə oxunub
Çap versiyası
...

Sentyabrın 13-də Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında Avropa çempionatı başlayıb.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, çempionatın ilk günündə Azərbaycan millisi 4 medal qazanıb.

Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Tofiq Məmmədov finaladək inamla irəliləyib. Həlledici görüşdə rusiyalı Konstantin Simeonidisə qalib gələn T.Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Çempionatda 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançılarımız Rövşən Əliyev gümüş, Balabəy Ağayev isə bürünc medala sahib olublar.

Qızların mübarizəsində 44 kiloqram çəki dərəcəsində Şəfəq Həmidova yarışı üçüncü pillədə başa vurub.

Sentyabrın 16-dək davam edəcək çempionatda 42 ölkədən 400-dən çox cüdoçu birincilik uğrunda mübarizə aparır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-09-2018
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.8556 san