09:55 14 Sentyabr 2018
336 dəfə oxunub
Çap versiyası
...

Filippində "Manqhut” tufanına görə 800 mindən çox insan təxliyə olunacaq.
 
Bu barədə yerli hakimiyyət orqanlarına istinadla Filippin kütləvi-informasiya vasitələri məlumat yayıb.
 
Filippin Risklərin Azaldılması və Fəlakətlərin İdarə Olunması Milli Şurasının nümayəndəsi (NDRRMC) Edqar Posadas bildirib ki, hazırda fəlakətin keçəcəyi rayonlarda təxliyə məşqləri aparılır.
 
NDRRMC-nın icraçı direktoru Rikardo Calad isə qeyd edib ki, söhbət Kaqayan, İsabela, Apayao, Abra, İfuqao, Cənubi İlokos, Şimali İlokos və Dağlıq əyalətlərindən 845 min insanın təxliyəsindən gedir.
 
Hakimiyyət orqanları tufan zonasına düşən vətəndaşlara ciddi dağıntılardan, daşqın və torpaq sürüşmələrindən qorunmaq üçün təxliyə mərkəzlərinə toplanmağı tövsiyə edir.
 
Filippinə "Manqhut” tufanı sentyabrın 12-də yaxınlaşıb. Müvafiq qurumlar qasırğa xəbərdarlığı yaysalar da, onun sentyabrın 15-də maksimum gücə çatacağı gözlənilir. Supertufan kimi təsnifləşdirilən "Manqhut”da küləyin maksimum sürəti saatda 270 kilometrə çatır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-09-2018
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.6907 san