12:41 14 Sentyabr 2018
309 dəfə oxunub
Çap versiyası
...

Əfqanıstanın şimalında “Taliban” hərəkatı ilə toqquşmada 6 polis əməkdaşı həlak olub, 17 nəfər isə yaralanıb.

İnsident sentyabrın 13-dən 14-nə keçən gecə Samanqan əyalətində baş verib. Döyüşlər nəticəsində 4 silahlının da öldürüldüyü bildirilir.

Telekanalın yaydığı digər xəbərə görə, son sutka ərzində ölkənin milli müdafiə və təhlükəsizlik qüvvələri 12 birgə hücum və təmizləmə əməliyyatı keçirib. Xüsusi təyinatlı dəstələr 114 tapşırıq yerinə yetirib, hava qüvvələri üsyançıların mövqelərinə 12 aviazərbə endirib. Nəticədə müxtəlif əyalətlərdə 67 silahlı məhv edilib.

2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində hücumları davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-09-2018
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.8705 san