12:14 19 Sentyabr 2018
Çap versiyası
...

Prezident Donald Tramp çərşənbə axşamı bildirib ki, ABŞ ilə Cənubi Koreya arasında ticarət sazişinə BMT-də tamamilə yenidən baxılması və həmin sazişin imzalanması gözlənilir. Xatırladaq ki, BMT-nin Baş Assambleyasının gələn həftə keçiriləcək 73-cü sessiyasında ölkələrin liderləri toplaşacaqlar. Bu il mart ayında hər iki ölkənin rəhbərliyi bu sazişə yenidən baxılması barədə razılığa gəliblər. Bundan əvvəl Tramp həmin sazişi ABŞ-ın Cənubi Koreya ilə ticarətdə kəsirinin artmasına imkan yaradan əqd kimi tənqid etmişdi.

AZƏRTAC xəbər verir ki, ilə Trampın görüşü zamanı imzalanması gözlənilir. Qeyd edilib ki, bu saziş 2019-cu il yanvarın 1-dən həyata keçiriləcək, lakin bu işin qrafiki parlament tərəfindən bəyənilməlidir.

Tramp Administrasiyası Cənubi Koreyadan və digər ölkələrdən ABŞ-a avtomobillər və onlar üçün ehtiyat hissələr idxalına görə 25 faizə qədər tariflər tətbiq edilib-edilməyəcəyi məsələsini ayrıca araşdırır. “Ticarətin genişləndirilməsi haqqında” 1962-ci il sazişinə görə, əgər Birləşmiş Ştatların Prezidentinin fikrincə başqa ölkələrdən idxal edilən malların və ya materialların miqdarı, həmçinin bununla bağlı başqa hallar ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid mənbəyidirsə, onda Prezidentin həmin malların idxalına tariflər və ya başqa vasitələrlə düzəliş etməsinə icazə verilir. Cənubi Koreya rəhbərliyi bildirib ki, Koreya hər hansı tariflərdən azad edilməlidir, çünki bu ölkə yenidən baxılmış ticarət sazişi çərçivəsində avtomobillər üçün konsessiyanı artıq tətbiq edib.

 

Yusif Babanlı


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-10-2018
15-10-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.9856 san