21:21 24 Sentyabr 2018
Çap versiyası
...

Dünən yağan intensiv yağış zamanı əmlaklarına ziyan dəyən vətəndaşlar 25 min manata qədər təzminat ala bilərlər.Bunun üçünvətəndaşa sadəcə icbari sığorta müqaviləsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq sənəd lazımdır.

Sığortalı mənzil sahibləri dünənki yağış zamanı evlərinə dəyən ziyanın qarşılığında 25 min manataqədər təzminat ala bilər.

Sığorta haqqında qanunun tələblərinə əsasən vətəndaş təbii fəlakət zamanı mənzilinə dəyən ziyanı siğorta şirkətindən tələb edə bilər. Bunun üçün isə ondan sadəcə bir neçə sənəd tələb oluna bilər.

Dünənki yağış su altında qalan avtomobillərin sürücülərini də ziyana salıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəylinin sözlərinə görə, yağış altında qalan avtomobil sahibləri də dəyən ziyanın təzminatını tələb edə bilərlər. Ancaq onların avtomobili Kasko sığortalı olmalıdır.

Qeyd edək ki, Bakı şəhərində əmlakın icbarisığortası illik 50 manat, Gəncə və Sumqayıtda 40 manat, bölgələrdə isə 30 manat müəyyənləşib.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-10-2018
15-10-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.4292 san