10:45 18 Avqust 2014
5075 dəfə oxunub
Çap versiyası

(hekayə)

“Dayım Fikrət Rəhimova həsr edirəm”

Bu əhvalat çoxdan baş verib. Sovet dövründə Biləcəridə kitab mağazasının müdiri işləyirdim. Dükan balaca olduğundan cəmi bir satıcım vardı. Günlərin bir günü gəldi ki, bəs bir aydan sonra dekretə - analıq məzuniyyətinə çıxıram. Mən də işimi bilib başladım satıcı axtarışına. İşləmək istəyən çox idi. Amma eləsini tapmalıydım ki, həm “əli təmiz” olsun, həm də kitabı sevsin. Axtarışda ikən mağazaya bir oğlan daxil oldu:

-         Salam, Fikrət müəllim.

-         Salam.

-         Elanı oxudum. Məni satıcı götürərsinizmi?

-         Adın nədir?

-         Füzuli.

-         Əvvəllər bizim sahədə işləmisən?

-         Xeyr. Tələbəyəm. Axşam şöbəsində oxuyuram. Dərsim də bir gündən birdir. Pula  ehtiyacım olduğu üçün işləmək istəyirəm. Axşam dərsə getdiyimə görə gecə gözətçisi düzələ bilmirəm.

-         Bacaracaqsan?

-         Çalışaram.

-         Nə çalışmaq. Bura uşaq bağçası-zad deyil e. Riyaziyyatı yaxşı bilirsən?

-         Bəli, Fikrət müəllim, o baxımdan narahat olmayın. Elə şeylərdə düzəm.

-         Kitabı necə, sevirsən?

-         Çox. Kəndimizin kitabxanasında kitab qalmamışdı, hamısını oxumuşdum.

-         Əhsən. Onda belə elə. Lazım olan sənədləri yığ, cümə günü gəl “Azərkitab”ın idarəsinə. Yaxşımı?

-         Baş üstə. Çox sağ olun, Fikrət müəllim.

Tələbə sevinə-sevinə otağımdan çıxdı. Öz institut illərim yadıma düşdü. O beş ildə nə işləməmişdim ki, gözətçi, tikintidə fəhlə, qaynaqçı köməkçisi... Yaxşı başa düşürdüm Füzulini. Ona görə də kömək eləməyə qərar verdim.

Vədələşdiyimiz kimi, cümə günü idarənin qabağına gəldi. Kasıbyana, amma səliqəli geyinmişdi. Çox həyəcanlı idi. Lap  ilk  görüşə gedənlər kimi. İdarəyə girdik. Ərizə yazdı. Lazım olan müqaviləni imzaladı. Təzə əmək kitabçası açdılar. Ordan da birbaşa gəldik dükana. Analıq məzuniyyətinə gedən qızla təhvil-təslim etdik. Füzuli oldu mənim satıcım.

Səhər onun yarısında gəlir. Dükanı açır. Təzə gələn kitabları rəflərə düzür. Xadiməyə nəzarət edirdi. İlk günlərdə bir narazılığım yox idi ondan. Əksinə ağır kitab bağlamalarını daşımaqda köməkçim idi. Kişi xeylağı olduğu üçün lap arxayın idim dükandan. Amma, bircə şey narahat edirdi məni. Hər dəfə dükana girəndə hövllü ayağa durur, rəngi-rufu ağarırdı. Dəqiq desək əsirdi. Nəsə pis iş tutmuş biri kimi  əsirdi. Başa düşmürdüm niyə belə edir.  

Dükanın vitrinindən Füzulini  izləməyə başladım. Gördüm ki, piştaxtanın arxasında oturub. Başını  stola dayayıb. Beləcə yarım saat gözlədim. Tərpənmədi. Bir saat göz qoydum yenə də tərpənmədi. Ancaq mağazaya kimsə daxil olsaydı  başını qaldırar, ayağa durardı. Sonra yenə də əvvəlki yerinə oturar, başını piştaxtaya qoyub eləcə quruyardı. Mən isə mağazaya girəndə tez ayağa qalxar, rəngi-rufu ağarar, əlləri əsər, sifətini soyuq tər basardı. Soruşmağa da qorxurdum ki, birdən ürəyi gedər. Ağlıma yüz fikir gəlirdi. Bəlkə piştaxtanın arxasında başqa işlərlə məşğuldur. Ya da ki, kassadan oğurluq edir.  Axı, məndən niyə qorxmalıydı ki? Söymürdüm, döymürdüm. Heç buna səbəb də yox idi. İşindən razıydım Füzulinin. Üstündən bir az keçəndən sonra özünə gəlirdi. Çay dəmləyəndə onu da şokolada, keksə qonaq edirdim. Deyirdi, gülürdü. Əvvəlki əsməyindən əsər-əlamət də qalmırdı. Soruşmaq da istəyirdim, amma çəkinirdim. Bəlkə nəsə xəstəliyi var? Düzü ayın axırını gözləyirdim ki, otçot-uçot edim. Bircə əliəyriliyindən şübhələnirdim. Beləcə bir ay keçdi. Kitabları saydıq. Vurdum-çıxdım, gördüm ki, qəpiyinə söz ola bilməz, hər şey qaydasındadır. Bəs onda Füzuli  məni görəndə niyə bu günə düşür? Nəsə bu suala cavab tapa bilmirdim. 

Günlərin bir günü “Azərkitab”a çağırdılar. Mühasibat sənədlərində nəsə səhv getmişdi. Özü də ki, özlərinin səhvi ucbatından. Taqsırı isə mənim boynuma atmaq istəyirdilər. Çənə-boğazdan sonra axır ki, səhvlərini sübut elədim. Amma nə olsun ki, yenə kəsiri ayağıma yazdılar. Dedilər ki, defisit kitabları normadan artıq verərik kəm-kəsiri örtərsən. Geri mağazaya döndüm. Amma, hirsim soyumamışdı. İçəri girəndə Füzuli adətincə tez ayağa qalxdı, yenə rəngi-rufu ağardı, əlləri əsməyə başladı. Bu hirsindən patlayan məni daha da özündən çıxartdı. Dilimin əzbəri olan sözlə:

-         Ə, düdüy! Neyləyirsən piştaxtanın arxasında gizlin-gizlin? Həə? Nə vaxtdır izləyirəm səni. Nə oyun çıxarırsan orda?

-         Heç nə, Fikrət müəllim, vallah heç nə eləmirəm.

-         Keç bu yana, görüm nə var orda!

-         Vallah, heç nə yoxdu.

-         Çıx piştaxtanın arxasından!

Füzuli piştaxtanın arxasından çıxdı. Əsməyi bir az da artdı. Elə hey “vallah, heç nə eləməmişəm” deyə-deyə qalmışdı. Piştaxtanın arxasına keçdim. Heç nə yox idi. Yerə açıq şəkildə bir kitab düşmüşdü. Əlimə götürdüm.

-         Bu nədir?

-         Teodor Drayzerin “Kerri bacı” kitabıdır.

-         Demirəm e kimin kitabıdır. Bunu niyə yerə atmısan? Əzilsə kim alacaq bunu?

-         Fikrət müəllim, siz Allah bağışlayın. Çıxartmayın məni işdən. Pula ehtiyacım var.

-         Bağla dükanı içəridən, gəl otağa.

Füzuli tez mağazanı bağlayıb otağıma gəldi. Yenə də həyəcanlıydı. Mən onun bu həyəcanının səbəbini öyrənmək istədikcə əsməyi daha da artırdı. Bu da məni qorxuzurdu. Qorxurdum ki, ürəyi-zadı gedər, günahı üstmüdə qalar.

-         Fikrət müəllim, siz Allah məni bağışlayın. Qələt eləmişəm. Bir də eləmərəm.

Satıcının bu sözləri məni daha da özümdən çıxarırdı. Axı nə qəbahət edib, nə qələt eləyib? Bu suala cavab ala bilmirdim.

-         Nə eləmisən axı sən? Piştaxtanın arxasında nə edirdin ki?

-         Kitab oxuyurdum, Fikrət müəllim.

-         Nə?!

-         Kitab oxuyurdum.

-         Başa düşmədim.

-         Rəfdə satışa qoyulan kitablar var e, onlardan bir-bir götürüb oxuyurdum. Bilirəm olmaz, səhvim böyükdür. Oğurluq sayılır. Siz Allah bağışlayın məni. Bir də götürüb oxumaram.

-         Sən məni dolamısan, düdüy. Düzün de, piştaxtanın arxasında nə edirdin ki, hər dəfə əsmə-qorxuya düşürsən.

-         Vallah, kitab oxuyurdum. Bilirəm ki, olmaz. Bağışlayın məni. Bir də oğurlayıb oxumaram.

-         Ə, bura bax, necə yəni olmaz. Kim deyir olmaz.

-         Fikrət müəllim, vallah pulum yoxdur ki, alım oxuyum, kasıbçılıqdır. Ona görə də sizdən gizlənib, daha doğrusu kitabı oğurlayıb  oxuyurdum. Axı, bura kitabxana deyil. Bura kitab mağazasıdır. Burda gərək kitabı pulunla alasan, sonra oxuyasan. Mənim də pulum yoxdur. Var e, maaşım ancaq yeməyimə çatır.

Lap məəttəl qalmışdım. Demə səhərdən “günah işlətmiş” saf, təmiz kənd uşağının “etiraf”larına qulaq asırmışam. Pul ödəmədən kitabı götürüb oxumağı oğurluq hesab edirmiş. Gözlərim doldu. Ağlamağımı güclə saxladım. Heç nə deyə bilmədim. Əlimlə işarə etdim ki, otaqdan çıxsın. Füzuli pərt vəziyyətdə gedib yerində oturdu. Mağaza  bağlanana yaxın ona yaxınlaşdım.

-         Füzuli, bir dostumun ad günüdür. Ona kitab bağışlamaq istəyirəm. Hansıları məsləhət görərdin?

-         Fikrət müəllim, o qədər maraqlı kitab var ki... Hamısını.

-         Onda bu gündən sonra gizlincə kitab oxuma. Piştaxtanın altı qaranlıqdır. Gözün xarab olar. Hansı kitabı istəyirsən götür oxu. İcazə verirəm, lap evə də apar. Mağazadakı bütün kitablar qurbandır sənə.

Üstündən illər keçdi. Füzuli ali məktəbi bitirib kəndlərinə döndü. Çox satıcılarım oldu. Amma onun kimi “kitab oğrusu”na rast gəlmədim ki, gəlmədim.

 


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.1054 san