08:32 25 Avqust 2014
5439 dəfə oxunub
Çap versiyası

 

Bəzən xəbər saytlarında, sosial şəbəkələrdə “polis qanunu pozdu”, “vətəndaşın hüquqlarını tapdaladı” kimi müxtəlif başlıqlı yazılara rast gələndə hərdən özümü saxlaya bilmirəm. Özünü kiminsə haqqını müdafiə edən kimi göstərib, ictimai rəyi çaşdırmaq istəyənləri görəndə “insaf”, “insaf” deyib hayqırmaq istəyirsən. Birdə görürsən ki, kimlərsə kamerasını, fotoaparatını və ya telefonunu əlinə alıb piyada keçidindən keçmək istəməyən, özünün və başqasının həyatını təhlükəyə atanın qanunun tələblərinə tabe olmağa dəvət edən polis əməkdaşı ilə mübahisəsini çəkib sosail şəbəkələrdə yerləşdirir. Adını da qoyurlar ki, polis vətəndaşı cərimə edir, onu “dinc yaşamağa” qoymur.

Hələ bu harasıdır. Sən demə yol polisi qayda-qanunu pozmağa meylli olan bir-neçə nəfərin gözünün düşməni imiş. Səbəb nədir, heç özləri də bilmirlər. Öz günahlarını etiraf etmək əvəzinə, başlayırlar ki, polis bizi nahaq yerə saxladı, sənədlərimizi aldı. Hər gün yol qəzalarında gənc insanların həyatını itirməsi görəsən “hüquq müdafiəçi”lərini özünü “ziyalı”, “jurnalist” adlandıranları narahat etmirmi?  Əgər ürəkləri yansaydı, o zaman, sürət həddini aşanlara, avtomaşınlarını sərxoş idarə edən sürücülərə qarşı onlar da bir kompaniya başlayıb vətəndaş mövqelərini nümayiş etdirirdilər. Görün iş nə yerə gəlib çatıb ki, maşını sərxoş vəziyyətdə, sənədsiz idarə edənlərin müdafiəsinə qalxır, polisin onların hüquqlarını pozduğunu deyib özlərini qəhrəman kimi göstərirlər. Bir ona məəttəl qalmışam ki, belələri hansı məntiqlə başqalarına da məsləhət verməklə öyünürlər...

Fikrinizi çox uzağa çəkmək istəmirəm. Bir anlıq gözlərimizin önünə Qarabağ uğrunda gedən döyüşləri gətirək. Torpaqlarımızı, ərazi bütövlüyümüzü müdafiə etmək üçün əlinə ilk dəfə silah alanların önündə bilirsinizmi kimlər gedirdi? Bilirsinizmi ki, adi bir məişət probleminə görə suçladığınız Azərbaycan Polisi sıralarından neçə şəhid verib? Bilirsinizmi ki, Azərbaycanı xürafatın, cahilliyin, nadanlığın meydan suladığı “islam dövləti” etmək istəyənlərlə, cihadla cinayətkarlığın yerini “səhv salanlarla”, müxtəlif ölkələrdə dini təhsil adı altında döyüş təlimi keçib   ölkəmizdə təxribat yaratmaq istəyənlərlə mübarizədə onlarla polisimiz şəhid oldu, övladları yetim qaldı. Bunları sadalamaqla kiminsə boynuna minnət qoymaq fikrində deyiləm. Bu, Azərbaycan Polisinin  işi, içdiyi anda sədaqəti, millətə və dövlətə vəfa borcudur...

Bəlkə də indi diqqətinizə çatdıracağım bir futbol oyununun təəssüratlarını polisin fəaliyyəti ilə əlaqələndirməyim sizə mətləbdən uzaqlaşmağım kimi gələr, amma yox...

Avqustun 21-i keçmiş tarix olsa da  “Qarabağ” günü kimi yaddaşlarda qalacaq. O gün hamı Qarabağla, hamı Qarabağlı idi. “Qarabağ” “Tvente” oyununu izləmək üçün Tofiq Bəhrəmov adına respublika stadionuna çatanda adam əlindən tərpənmək olmurdu. Düzü, tez gəldiyimə sevindim. Otuz mindən çox tamaşaçı tutan stadion gözlərimdə bir az da böyümüşdü. Üçrəngli bayrağımıza qanad taxan külək “Qarabağ” nidalarını düşmən gülləsindən, topundan, tankından qorxmadan düz Qarabağa aparırdı. Mən buna əmin idim.

Qarabağ birinci hissədə hollandlarla hücüm “havasında” oynadı. Deyəsən oyun rəqib komandanın da sümüyünə düşmüşdü. Bir-iki hücüm edib onlar da qapımız istiqamətində top atdılar. Yaxşı ki, top qapımızda “partlamadı”, yoxsa biz “qarabağ”lıların ürəyi partlayacaqdı...

Qayıdıram yenə əvvələ, o şəkil, video söhbətinə, o şəkilçəkənlərə. Bəlkə həmin gün onlar da futbola baxmağa, yatanları, mürgüləyənləri, yıxılanları, duranları, “azadlıqları”na “qənim kəsilən” polisləri çəkməyə gəlmişdilər. Dünyaya fotoaparatın, kameranın obyektivindən baxanlar (hamıya aid deyil) unutmuşdular ki, minlərlə tamaşaçının, azarkeşin təhlükəsizliyini  qoruyan, səhərdən-axşama kimi rahatlıq nədir bilməyən, istidə-soyuqda, qarda-yağışda xidmət aparan Azərbaycan Polisi təkcə 90 dəqiqəlik bir futbol oyununda deyil, hər yerdə vətəndaşlarımızın keşiyini çəkir, içdiyi anda sədaqətini həyatı bahasına, hətta yeri gəlsə ölümü ilə belə təsdiq edir.

Hər ağzına gələni yazmaq, hər gördüyünü çəkmək qəhrəmanlıq olsa, onda dünyanın şöhrət tablosunda, fəxri adlar siyahısında  yer qalmazdı ki...

 


Müəllifin digər yazıları

  1. Söyməyə, yoxsa gəzməyə qərib ölkə...
  2. Tanıyın!... O, Azərbaycan Polisidir...
  3. Tarix yazan, tarixdə qalan qəhrəmanlar…
  4. 100-ə nə qaldı...
  5. Əsrin faciəsi, qəhrəmanlıq tarixi...
  6. “Gül var Xocalıdan sonra açılmır...”
  7. Nakomaniya ilə mübarizədə KİV-lərin rolu
  8. Ünvanına yetişən məktublar...
  9. Azadlığa can vermişik...
  10. Xilaskar
  11. Bir ömrün qazancı: inam və etibar... (FOTO)
  12. Bu köç hara gedir?...
  13. Uğurlu yollarla irəli…
  14. Tarixə dönənlər...
  15. Biz onları unutmadıq... FOTO
  16. Sizinlə qürur duyuruq… FOTOLAR
  17. Vətəndaşın güvənc yeri
  18. Könül adamı...
  19. Nəyi təbliğ edirsiniz, heç düşündünüzmü? Nəşələnib hallanıram...
  20. Kitab oxuduğunuza görə sizə təşəkkür edirəm …
  21. Vətənin başladığı yerdə… FOTOLAR
  22. Polisi sevənlər və sevdirənlər... (FOTO)
  23. “Mən Azərbaycanlıyam” demək haqqı...
  24. Bu, xilaskar ömrüdür...
  25. Uşaqlar ölməsin....
  26. Polis övladları-onları siz də tanıyın (FOTOLAR)
  27. Polis-döyüşə hazır əsgər kimi ...
  28. Tarixin yaratdığı, tarix yaradan Şəxsiyyət
  29. Xilaskarlar… (FOTO)
  30. Yeni maşınlar təqdim edildi
  31. Xocalıdan başlanan xilaskarlıq... (FOTO)
  32. “Vicdanlı” başlıqlar...
  33. Pirallahı-uzaq və yaxın yaşıl ada…
  34. Vətənpərvər və sağlam gənclik üçün…
  35. Vətən üçün, xalq üçün və gələcək üçün...
  36. Onun rəngli dünyası... (FOTO)
  37. Ölümün ağ rəngi... (Fotolar)
  38. “Artıq gecdir” deməmək üçün...
  39. Azərbaycan qadını-Müqəddəs və zəhmətkeş ömür sahibi…
  40. Görüşə polislər gəlmişdilər...
  41. Polislər bu nəcib işdə birincidirlər
  42. Haqqı görə bilmək xoşbəxtliyi...
  43. Bəxtiyar olmaq...
  44. Əbədiyaşar…
  45. Etibar edənlər peşman olmur…
  46. Bir həsrət yazısı…
  47. Tələsin insanlar...
  48. Azadlıq rəngli Bayrağım!
  49. Sabahı bu gün düşünək...
  50. Çətin qazanılan şirin nemət-Azadlıq…
  51. Sabitlik adlı sərvətimiz…
  52. Bu, müəllim ömrüdür: cəfakeş, qayğıkeş və əzabkeş bir ömür...
  53. 90 yaşın işığında… - FOTO
  54. İtirdiklərimiz…
  55. Təhlükəsizliyimizi qoruyurlar-yerin altında da… - Fotolar
  56. Dağ İlməzli məktəbinin məzunları və müəllimləri
  57. Çörək satıb, çörək qazanan qadın...
  58. AĞLAMA
  59. Qəhrəman şəhər və AZADLIĞA gedən yol...
  60. 20 yanvar-Vətən tarixi...
  61. Zəlimxan Yaqub həyatdan köçdü dedilər...
  62. Həmrəyliyə gedən yollar
  63. “Yox deməyi bacaraq”!!!
  64. On iki il, bir ömürlük həsrətdi hey....
  65. Vətən üçün...
  66. Mirzə Fətəlinin uzaqgörənliyi və ya dərviş Parisi partlatdı
  67. “Küçə uşaqları”nın gələcəyi...
  68. Çəkdim ki, izim qala...
  69. Kim haqlıdır? və ya “görünən dağa nə bələdçi”...
  70. Gələcəyimizin sağlamlığı üçün...
  71. “Sevdiyin və seçdiyin peşədə uğur qazanmaq da Vətənə xidmətdir”…
  72. “Söz”dən sonra….
  73. Vətən daşı olmaq üçün... Foto
  74. Ölüm ömrün sonu deyil… Foto
  75. Sədaqətindən, cəsarətindən, qeyrətindən Sən güc aldın, Azərbaycan Polisi!
  76. Xalq, dövlət və bayraq üçün… Foto
  77. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  78. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  79. Sən yanmasan, mən yanmasam...
  80. Məşhur Azərbaycan polisi ilə bağlı daha ətraflı… Foto
  81. Sahibsiz köçün hekayəsi...
  82. Rahatllıq da bir xoşbəxtlikdir...
  83. “Kapitan Kataniya” və ya “Qara rus polkovniki”... Fotolar - Xüsusi olaraq Strategiya.az üçün
  84. Gələcək üçün, gənclik üçün...
  85. Andına sadiq Azərbaycan Polisi…
  86. Vətən unudulmur, Vətən unutmur… Foto
  87. Ümidləri doğrultmaq üçün...
  88. İyirmi beş il, iyirmi beş qərənfil...
  89. Bir “həmkarıma...
  90. Bayram günlərində də...
  91. Bu, elə bir bəladır ki...
  92. “Uğur olsun”, deyirik…
  93. Azərbaycan deyiləndə ayağa dur ki...
  94. Hər atılan daşa...
  95. O, həmişə bizimlədir
  96. Bir oğul var... - Fotolar
  97. Qayğı da var, nəzarət də
  98. Görüşməyək, qorxuram...
  99. Dərdin adı Xocalı...
  100. Eşitdikləri xəbərdən, gördükləri mənzərələrdən qan iyisi gəlir az qala
  101. Bayrağımızı ucaldanlar... -Fotolar
  102. Rənglər danışır, biz isə susuruq...
  103. Vətəndaş kömək umur, kömək görür...
  104. Arzu dolu ömür yolu... - Foto
  105. Kaş, yuxum çin olaydı...
  106. Belə bir oğul vardı... - Fotolar
  107. Belə “qəhrəmanlıq” olmur...
  108. Ağ qadın
  109. Peşəkarlıq, məsuliyyət və nizam-intizam uğurların açarıdır
  110. Yollara
  111. Azərbaycan Polisi-illərdən və nəsillərdən yadigar...
  112. Həsrətinə bir film çəkmək istəyirəm...
  113. Bir gözəl gəzirəm məni öldürə
  114. Ürək
  115. Bir məktub, bir ailənin sevinci...
  116. 23 ay-23 il...
  117. Qayıtma
  118. Qocalar
  119. Həsrət
  120. Məktub
  121. Bir ömrün yuxusu
  122. Ayrılıq ölüm deyil...
  123. Ehtiyac ölümdən qorxuludur...
  124. Atamın 55 yaşı...
  125. Vətənin dərdini sevənlər çəkir... - Fotolar
Şərh yaz




Enter Code*:

Son xəbərlər
DİN və din
17:38 23.05/2018
 
Xəbər başlıqları
24-05-2018
24.05.2018 Şabranda ev yanıb
24.05.2018 Neft ucuzlaşıb
23-05-2018
23.05.2018 DİN və din

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.2604 san