09:50 27 Avqust 2014
6268 dəfə oxunub
Çap versiyası

Qafqaz Müsəlmanları İdarəsinin Təzə Pir məscid kompleksində mərasim zalları açılanda bəlkə də məndən çox sevinən olmadı.  “Axır ki...” dedim. Sevindim ki, nəhayətdə dinimizə böyük hörmət gətirəcək bir addımdır. Nə qədər acın, kasıbın qarnı tox olacaqdı. Özü də hər gün. Amma...

Bir necə dəfə bu mərasim zallarında keçirilən yas mərasimlərində iştirak etmişəm. Qabağıma çay qoyublar – içmişəm. Plov çəkiblər - yemişəm. Ac olmasam da... Deyiblər ki, ehsandır, zəhmət çəkiblər, yeməlisən.  Ye, sonra da  “Allah qəbul eləsin”, “Allah rəhmət eləsin!” de. Zəhmət çəkib bu təamları hazırlayanların  ölənlərinin ruhuna bir salavat da çək.  Mən də məclis yiyəsinin bu sözlərinə əməl eləmişəm.  Süfrədə nə olmasından, zənginliyindən asılı olmayaraq sevinmişəm. Təzə Pir məscidində bu cür geniş mərasim zallarının açılmasına sevinmişəm. Amma bir anlıq fikrə getmişəm. Əgər bura Təzə Pir məscidirdisə, onun tərkibində fəaliyyət göstərən mərasim zalı – ehsan paylanan yerdirsə, onda Mahir, sənin nə işin var burda? Yaxud qabağımda oturan nazirin, nazir müavininin, imkanlı şəxslərin? Axı, onlar bura başsağlığına gəliblər, yeməyə yox! Axı ehsan kasıb-füqəra, bir tikə çörəyə, yaxud ət yeməyinə həsəd olanlar üçündür axı? Biz isə sadəcə başsağlığına gələnlərik. Ehsan bizlərçün deyil.

Bu gün QMİ-ni taqsırlandırırlar. Hardasa həqiqət də var bu iradlarda. Adi bir detalı götürək. QMİ-nin adı rəsmi idarədir. O əmr verməlidir. Amma ki, tövsiyyə verir. Əgər Şeyxülislam da belə şeylərin əleyhinədirsə, onda onun tabeliyində olan bu mərasim zallarında niyə yemək bişirilməsi üçün mətbəx açılıb? Professional aşbazlar cəlb olunub?  Bilirsiniz nəyə görə? Çünki desələr ki, burda ancaq çay, halva, limon , qənd verilir – bir nəfər də Təzə Pirdə öz yas mərasimini keçirməz. Təzə Pirdəki mərasim zalları şan-şöhrət üçündür, bir sözlə 5 ulduzdur, VİP-dir.  Əgər belə deyilsə, əks reaksiya yaxın günlərdə özünü göstərəcək, əməli addımlar atılacaq – peçatlı-möhürlü, rəsmi sözçüsü  olan idarə kimi.

 Amma zalların adına bir fikir verin. Mərasim zalı. Yəni ki, başsağlığına gələnlər üçün zal. Burda çay, qənd, limon, su, halva olsa yetər. Ehsan zalı isə ayrıca olmalıdır. Hər gün olmalıdır. Mərasim keçirməyə gələnlər hamısı bu zala pul köçürməli, nəticədə kasıb-kusub heç olmasa gündə bir dəfə də olsa isti yeməklə təmin olunmalıdır. Buna nə bir jurnalistin, nə mənim,  nə də Modern.az saytının etiraz etməyə gücü çatmaz. Əksinə informasiya dəstəyi verərlər. Məsələn: “QMİ-nin mətbuat xidmətindən kasıb-füqəranın nəzərinə. Hər gün saat 14-də Təzə Pir məscidinin ehsan zalında ehsan süfrələri təşkil olunur”. Menyu vacib deyil. Nə qədər zəngin olsa alqışlayar Modern.az saytı bunu.

Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin fəaliyyət dairəsi çox genişdir. Çox insan onlara müraciət edir. Hamısı ağlayır, sızlayır, pis həyatlarından gileylənirlər. Bu cür ehsan zallarının yaradılması dövlətin sosial prinsiplərinə yardım etməzmi? Bir də ki, Təzə Pirdəki mərasim zalları dövlətin vəsaiti hesabına tikilməyibmi? Yəqin ki, nazir Səlim Müslümov bunu bizim hamımızdan yaxşı bilir, qiymətləndirir. Nəinki o, Qırmızı Aypara cəmiyyəti də, digər əlaqədar sosial institutlar da.

Təzə Pir məscidində isə mərasim zalları fəaliyyətini davam etdirir. Məhərrəmlik, Orucluq, səfər ayı toy biznesinə ildə üç ay zərbə vursa da, yas biznesi ilin 365 günü durmadan inkişaf edir, çiçəklənir. QMİ isə sadəcə tövsiyyə verir. Tövsiyyənin arxasınca da konkret  menyu.

 Hər gün Təzə Pirdəki mərasim zallarına başsağlığına yüzlərlə adam gəlir. Çay içir, plov yeyir, sonra da bığının yağını silir, salavat çəkib “Allah qəbul eləsin”, “Allah rəhmət eləsin” deyir. Bunu yas yiyəsi şan-şöhrət kimi qəbul edir. Mollalar da razılıq edir. Bəs görəsən toxların  yediyi bu ehsanı Allah  qəbul edirmi?


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.8929 san