15:13 24 Dekabr 2013
3444 dəfə oxunub
Çap versiyası

 "Sənə güvəndiyim dağlar,

 Sənə də qar yağarmış..." 

 

Gözünün üstündə qaşın da varmış.

Demə sevənlər də vəfasız olur.

Ayrılıq ruzgarı səni aparmış,

Həsrətdən saralır, çıçəklər solur.

 

Bəlkə bu sözlərin daha yox yeri,

Sındırdın qəlbimi, qayıtma geri.

Nağıla dönsə də, günlərin biri

Ürəkdə əbədi məşəl yanarmış,

Gözünün üstündə qaşın da varmış.

 

Nə qədər xoş günlər yaşadıq birgə,

Xəyalın hələ də yanımda kölgə.

Nahaqdan incitdin sən məni bəlkə

İnsafsız, ürəkdən nələr qoparmış,

Gözünün üstündə qaşın da varmış.

 

Həsrətdən qəlbim də bağladı qubar,

Dönüb xatirəyə gedən ömür var.

Bəzəyi nə qədər, neçə yadigar

Arzular ürəkdə qatar-qatarmış

Gözünün üstündə qaşın da varmış.

 

Bilmədin qədrini o xoş günlərin,

Sən idin günəşim, nurlu səhərim.

Sönüb bu məhəbbət, bir gün donarmış

Gözünün üstündə qaşın da varmış.

İnsafsız, nə deyim sənə...

"Sənə güvəndiyim dağlar,

Sənə də qar yağarmış..."

 

İyul 2011-ci il

 

 

 

 
 

Müəllifin digər yazıları


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
Saqqallı uşaq
10:25 29.11/2017
Sevdiyi qadını öldürmək
14:13 19.09/2017
 
Xəbər başlıqları
17-01-2018
17.01.2018 Sabahın havası
17.01.2018 Su kəsiləcək
17.01.2018 Neft ucuzlaşıb
16-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4328 san