13:04 28 Avqust 2014
4357 dəfə oxunub
Çap versiyası

Birinə telefonla zəng edirsən. Həmin adam da hansısa aşağı səviyyəli dövlət işində çalışır. Çaşıb nəsə bir zarafat edirsən. O saat sağollaşmaq istəyir. “Telefonuma qulaq asa bilərlər. Başqa vaxt oturub yaxşıca söhbətləşərik. Üz-üzə. Yoxa çıxma. Zəng elə” deyir. Bununla da özünün guya çox böyük adam olmasını  gözə soxmaq istəyir. Amma əslində heç kimdir. Bu cür astarı bir qəpiyə dəyməyən cılız insanları görəndə uzaq 80-90-cı illər yadıma düşür.

1987-ci ilin yayında  əsgəri xidməti başa vurub qayıtmışdım. Dekabrın 4-ü isə ad günüm idi. O vaxt yapon istehsalı olan maqnitafon, televizor, videokamera, videomaqnitafon almaq bir xülya idi. Bir kamera bir VOLQA qiymətinəydi. Dayım Vaqif də mənə böyük bir hədiyyə - ikikassetli “SHARP” maqnitafonu hədiyyə etdi. Onu da gətirib qoyduq  16 kavadrat metrlik qonaq otağındakı pianinomun üstünə. Bu balaca  otaqda stol, altı stul, divan, iki kreslo, kitab şkafı, televizoru bir təhər yerləşdirmişdik. Mənzilimiz o qədər balaca idi ki, maqnitafonun mikrafonuyla mətbəxdə danışan adamın səsini belə aydın yazmaq mümkün idi.

Evə atamın dostları gələndə,  stolun arxasında oturanda otağın o başına keçməyə heç cığır da qalmırdı. Hökmən kimsə ayağa durub yol verməliydi.  80-ci illərin axırından 90-cı illərin əvvəllərinə qədər atamın dostlarının bizə gəlməsi, toplaşması tez-tez olurdu.  İsmayıl Şıxlını, Bayram Bayramovu, Xəlil Rzanı, Ramiz Duyğunu, İsrail Mustafayevi tanısam da, Sadıq Murtuzayev, Adil Hacıyev mənim üçün köhnə adlar, yeni insanlar idi.

 Başqa qruplar da vardı.  Bəxtiyar Vahabzadə, Nurəddin Rzayev, Xudu Məmmədovu da tez-tez bir yerdə görürdüm.  Bir dəfə həyətə düşüb maşını çıxaranda gördüm ki, Oljas Süleymenov qarajın qabağında dayanıb. Sadə adam idi. Görəndə ki,  qarajın qapısı bağlanır hələ tutub saxladı da. Yoxsa maşına çırpılacaqdı.  Bəxtiyar müəllimi gözləyirdi həyətdə. Xalqımıza kömək lazım olanda Bəxtiyar Vahabzadənin çağırışına uçub gələrdi.  

Mən artıq ali məktəbi bitirmişdim. Evliydim. Ona görə də söhbətlərə diqqətlə qulaq asır, sadəcə siyasi savadımı artırırdım. Hər söhbətin sonunda da bu sözü eşidirdim.

-         Mahir, nə sakit oturub qulaq asırsan. Maqnitafonu işə sal, səsimizi yaz. Vaxt gələcək bu səs yazılarının qiyməti olmayacaq.

Yazardım. Amma yazıçı adam idilər. Bilmirdilər ki, kasset çox bahalıdır. Mənim isə pulum yox. Utanırdım deməyə. İsmayıl Şıxlıyla, Bayram Bayramov hər ikisi eyni, açıq fikirli adamlar idi. Təmkində, siyasi addımlarında tamamlayırdılar bir-birilərini. Amma nədənsə atam Bayram Bayramovun dediklərinə əks reaksiya verir, İsmayıl Şıxlının dediklərini isə razılıqla qarşılayardı. Söhbətlər təkcə siyasi məna daşımırdı. Ədəbiyyatımızın yazılmayan səhifələri də aid idi bura. Nədənsə onlardan biri yadıma düşdü. Əliağa Vahidlə bağlı bir hadisə. İsmayıl Şıxlının dediklərindən:

Qabil, Yazıçılar İttifaqının katibi idim. Xəbər  verdilər ki, Əliağa Vahid  rəhmətə gedib. Çox təsirləndim. Özün bilirsən də, böyük şair-qəzəlxan olsa da yuxarılarda çox da qəbul etmirdilər. Amma Bakı kəndləri çox sevirdi onu. Elə bir məclis yox idi ki, xanəndələr Vahidin qəzəllərini oxumasın.

Bir də gördüm otağın qapısı açıldı. Xarici görünüşlərindən, geyimlərindən Bakı kəndlərinin əhlinə oxşayan dörd nəfər içəri girdi. Ədəb-ərkanla salam verib əyləşdilər:

-         İsmayıl müəllim, xəbəriniz var da yəqin – Vahid rəhmətə gedib.

-         Bilirəm. Allah rəhmət eləsin. Ədəbiyyatımız üçün böyük itkidir.

-         Bu gün də dəfn edəcəyik.

-         Harda?

-         Biz də buna görə gəlmişik ki, sizinlə məsləhət edək. Biz istəyirik ki, Vahid Fəxri Xiyabanda dəfn olunsun. Bizə də dedilər ki, bu sizdən asılıdır. Yazıçıların böyüyü sizsiniz axı?

 Cavab verə bilmədim. Nə cavab verəydim ki? Telefonu götürüb Mərkəzi Komitəyə zəng etsəydim yüz faiz imtina edəcəkdilər. Sözüm yerə düşəcəkdi. Məni isə nəticə maraqlandırırdı. Nəticə də o idi ki, Vahid layiq olduğu məkanda – Fəxri Xiyabanda basdırılmalıydı. Təmkinimi, hisslərimi biruzə vermədən:

-         Bəs sizə nə mane olur ki, Vahidi Fəxri Xiyabanda dəfn etməyinizə.

-         Necə yəni? İcazə alınmalıdır. Özbaşına olmaz.

-         Vahid kimi böyük şairlərə icazə alınmır. Aparın basdırın. Şairi sevən o boyda insan selinin qabağında kim sizə etiraz edə bilər ki?

Bu sözlər dilimdən necə çıxdı özüm də bilmirəm. Yanıma gələnlər sevincək durub getdilər. Mən deyən kimi də eləmişdilər. Böyük izdihamın müşaiyətiylə Əliağa Vahidin cənazəsini aparmışdılar Fəxri Xiyabana və qəzəlxan-şair orda torpağa tapşırılmışdı. Etiraz edən olmamışdı.  Demə yuxarılarda da Vahidi sevənlər az deyilmiş. Üzdə bunu biruzə verməsələr də...  

Mənim bu çağırışımı da  yəqin ki,  heç kimə deməmişdilər. Desəydilər...


Müəllifin digər yazıları

  1. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  2. NİZAMİ, QABİL BURDADI?
  3. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  4. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  5. "Arvad, qadın və sekskukla"
  6. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  7. Mahir Qabiloğlu - "Arvad və maşın"
  8. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  9. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  10. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  11. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  12. LUSİNE NERSESYAN, CAN, CAN...
  13. BULUDXAN XƏLİLOV VƏ MƏN
  14. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  15. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  16. AzTV nədir?
  17. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  18. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  19. TÖHMƏT
  20. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  21. JURNALİST VƏ XORUZ
  22. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  23. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  24. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  25. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  26. QAN
  27. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  28. Atam Qabilin “dərs”i
  29. “QATİLƏ”
  30. Hidayət Zeynalov nəvə toyu görmədi
  31. Öl deyəndə öl, qal deyəndə qal
  32. Arvada işim düşür...
  33. QURD YAĞI
  34. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  35. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  36. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  37. GÖZƏL İBRAHİM
  38. Zaur, bizi yetim qoyma!
  39. Mahir Qabiloğlunun köhnə arzuları
  40. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  41. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  42. Əmir Mustafayevin toyu
  43. HİDAYƏT VƏ FATMA
  44. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  45. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  46. Arvad, Allah verəndən gətir!
  47. İsmayıl Şıxlının böyük günahı
  48. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  49. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  50. Q. idi, Mən idim, Ş. idi...
  51. Bacarırsan yaşa, Bacarmırsan öl
  52. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  53. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  54. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  55. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  56. Sona Tağıyevanın məktəbi
  57. KİTAB OĞRUSU
  58. Ağasəlim Abdullayev, bağışla!
  59. BİZİM TELLİ PƏNAHQIZI
  60. Hacıbala Abutalıbovun Kişi sözü
  61. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  62. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  63. AĞACIN QARĞIŞI
  64. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  65. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  66. Milli komandamıza qara zurna kömək olsun
  67. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  68. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  69. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  70. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  71. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  72. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  73. RADİO VƏ DEPUTAT
  74. POLİS NƏCİB PEŞƏDİRMİ?
  75. Leyla Yunus papağı polisin başından qapdı və ...
  76. BOZQIRIN YALQUZAĞI
  77. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  78. DEBİL ARMEN -2
  79. DEBİL ARMEN - I
  80. Təhsil Nazirliyi və TQDK bir olsa...
  81. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  82. Vəzifəli balasından şikayət məktubu
  83. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-02-2018
19-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6547 san