09:14 02 Sentyabr 2014
9916 dəfə oxunub
Çap versiyası

MAHİR  QABİLOĞLU - SEVİNC

-         Sevinc, təzə yazı yazmışam. Gəl oxu.

-         Day sənsən də... oxuyaram.

Notbukumu həyat yoldaşım Sevincə verirəm. Birinci gileylənməyə başlayır:

-         Bu nədir? Hamıdan yazırsan – Tellidən, Kəmaləddindən, Leyladan, Hüseyn Bağırovdan. Bir dəfə də məndən yaz da...

-          Yazaram.

-         Nə vaxt?

-         İlhamım gələndə.

-         İlhamın nə vaxt gələcək?

-         Bilmirəm.

Yaxşı deyib ümidlənir. Yazımı oxumağa başlayır. Yazıda ailə həyatımızdan da fraqmentlər var.

-         Mahir, - deyə məni səsləyir.- Bu nədir yazmısan – “arvadım Sevinc”.

-         Bəs nə yazım?

-         Yaz ki, həyat yoldaşım, ömrüm-günüm, uşaqlarımın anası. Belə daha  yaxşı çıxır. Yoxsa ki, “arvad”.

-         Yaxşı yazaram. Yazaram ki, nəvələrimin nənəsi.

-         Yazma. Elə arvad yaxşıdır.

Acıq eləyir. Nənəliyin boynuna almır.  Amma sonacan oxuyur. “Yaxşıdır”- deyə qiymətin də verir. Sevinirəm. Senzuradan keçdim deyərək. Notbuku əlindən alıb bir də oxuyuram. Qramatik səhvləri düzəldib sayta göndərirəm.

 

QABİL VƏ HACIBƏYİM

-         Bəyim, ay Bəyim!

-         Nədir?

-         Gəl oxu. Şeiri qurtardım.

-         Oxumuram. Səhərdən it kimi qapırsan məni.

-         Neyləyim axı. Yazının şirin yerində gəlirsən ki,  bəs “Qabil, çay dəmləmişəm, gəl iç. Sonra desən ki, soyuyub – təzədən dəmləyən deyiləm” deyirsən. Qovursan ilhamımı.

Anam əlində qələm oxuyur. Qramatik, daha doğrusu durğu işarələriylə bağlı buraxılan səhvləri gözdən keçirir. Birdən:

-         Qabil, bu nədir yazmısan? Utan e. Yaşından utan. Ayıbdır e səninçün. Oxuyub güləcəklər sənə:

Onsuz da ömrümün xəzan çağıdır...

Xəzanın üstünə xəzan gətirmə!

Ürəyim mehə bənd gül yarpağıdır...

Onu qoparmağa tufan gətirmə!

-         Bəyim, yenə də başladın?

-         Kimə yazmısan bunları?

Sükut. Cavab sükut idi. İlhamı hardan almışdı Qabil? Buna sual yox idi. Sual yox idisə, cavab da verilmirdi. Bayırda hərbi senzura, evdə mənəvi senzura.

HÜSÜ HACIYEV  19

Hüsü Hacıyevdə binamızın qabağında daynmışam. Balkonlara, pencərələrə baxıram. Bəzilərindən işıq gəlir. Bəziləri qaranlıqdır. Görəsən bu binada belə söhbətlər nə qədər olub? Bilmirəm.

 Bina təmir olunub. İşıqlandırma sistemi quraçdırılıb. Bərq vurur. O vaxt  isə belə deyildi. Yalnız küçə işıqlanırdı. Amma bina nura boyanmışdı. Ordan Qabilin ilhamı qanad çalırdı, bu yandan Bəxtiyar Vahabzadənin. O yandan İsa Hüseynov öz Allahı ilə danışırdı, bu yandan İlyas Əfəndiyev indi həsrətlə baxdığımız büllur sarayları uçurdurdu. Qasım Qasımzadə Qubadlıya uçurdu, Əhməd Cəmil “Can nənə, bir nağıl de” yazıb mürgüləyən oğlu Eldarın üstünü  örtürdü. Əliağa Kürçaylı qapının şüşəsində qızı Ülkərin körpə əllərinin əksini görüb  qabağına qaçaraq, qucağına götürüb, aparıb çarpayısına yatızdırıb yenidən ilhamıyla danışmağa gəlirdi. Salam Qədirzadə  su pərisi Mariananı göz önündə canlandırıb kağıza köçürürdü. Bayram Bayramovun qonaqları isə Cəlil Məmmədquluzadəylə Həmidə xanım Cavanşir idi. İsmayıl Şıxlı isə tərəddüd edirdi - Cahandar ağanı öldürsün, ya yox? . Abdulla Şaiqin tülküsü isə Həccə təzəcə yola düşürdü. Zeynal Xəlil, Mirmehdi Seyidzadə, İsi Məlikzadə də oyaq idi. Hamısı da  yazısını ilk olaraq həyat yoldaşlarına oxuyurdu. Çünki ilham pəriləri məhz onlar idi. İlham Pəriləri bütün binamızı sarmışdı, Hüsü Hacıyev 19-a sarılmışdı. Küçə qaranlıq idi, binamız isə nura boyanmışdı. Mən isə o vaxt dərin yuxudaydım. Bunları başa düşmürdüm. Bu gün isə başa düşürəm. Çünki özümün ilham pərim var.

Binamızın qabağındayam. Hacıbala Abutalıbov buranı gözəl təmir edib. İşıqlandırma sistemi də qurub. Bina bərq vurur. Amma çifayda. Nə onlar var, nə də ki, onların ilham pəriləri. 


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6533 san