14:38 03 Sentyabr 2014
3613 dəfə oxunub
Çap versiyası
Paşa ARAZ
Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

 

Hələ psixoloq işlədiyim zaman, özünü iyirmi metr hündürlükdə olan körpüdən atmaq istəyən bir insanla ünsiyyət qurmaq məcburiyyətində qalmışdım. Uzun söhbətdən sonra onun dediyi “ölüm qurtuluşdur” sözünü adi, vaxt qazanmaq üçün edilmiş bir hərəkət kimi qəbul etdim.

İnsanı fikrindən daşındırdım, o, azad oldu.

- Sən heç əynində son dərəcə yüksək qiymətə malik rəsmi bir geyimdə harada olmasından asılı olmayaraq ucsuz-bucaqsız taxıl zəmisinin ortasında dayanıb özünə “mən kiməm” və yaxud “mən kimə lazımam” sualını vermisənmi?  Əminəm ki, yox! Əgər belə bir hadisəylə qarşılaşsan, o zaman anlayacaqsan ki, sən heç kimə deyil, ölümə lazımsan. – Bunu mənə intihar qurbanlarından bir demişdi və maraqlıdır ki, sonda o da fikrindən daşınmalı olmuşdu.

İşdən xaric edilməmişdən bir ay əvəl rəhbərliyə mənim barəmdə belə bir məzmundə rəy verildi: “Xidməti vəzifəsini yerinə yetirdiyi son bir ildə ünsiyyət qurduğu dörd nəfərin hamısı intihar fikrindən daşınmamış və intihar edərək ölmüşlər”.

On iki ildən sonra “İntihar psixologiyası” adlı kitab yazanda belə bir cümlə işlətdim: “İntiharın mühüm və məxsusi özəlliyindən biri ondan ibarətdir ki, insan keçmişə qayıtmaq, orada yaşamaq, yaşananlara sadiq qalmaq istəyir”.

Kitab tezliklə qadağan olundu.

Bu hadisədən təsirlənən Konyada yaşayan bir həmkarım mənə təsəlli dolu məktub yazdı. Həmin məktubda belə bir cümlə var idi: “Heç düşünmüsənmi ki, ölümün insandan imtina etmək hüququ olsaydı necə olardı, təsəvvür et, sən ölmək istəyirsən, lakin ölüm səni qəbul etmir və ölə bilmirsən, bax, bu dəhşətdir. Düşünəndə belə insan dəli olur...”.

 


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
Saqqallı uşaq
10:25 29.11/2017
Sevdiyi qadını öldürmək
14:13 19.09/2017
 
Xəbər başlıqları
17-01-2018
17.01.2018 Sabahın havası
17.01.2018 Su kəsiləcək
17.01.2018 Neft ucuzlaşıb
16-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4541 san