15:03 03 Sentyabr 2014
5465 dəfə oxunub
Çap versiyası

  Çoxdandır ki, işsizəm. Amma  axtarışlarımı davam etdirirəm. Zığ-Aeroport yolunu icarəyə götürmək istəyim puç oldu. Avtoşları bir zümrə kimi yox elədilər. Mənim də onlardan pul qazanmaq arzum puç oldu. Bir sözlə arzularımı beşiyindəcə boğa-boğa gedirlər. Getdikcə bu dünyadan ayrılıb o biri dünyaya yaxınlaşıram.

Amma cəmiyyətdə alternativlik deyilən bir anlayış da var. Ona görə də heç kim xəbər tutmamış başladım marketinqə.  Nə edim ki, həm qara camaata faydalı  olum, xidmət göstərim, həm də pul qazanım.

Getdim məscidə. Ölü yuyulan, kəfənlənənən, icarəyə pulla mafa, tabut, gülab  verilən yerə - qiymətləri öyrəndim. Sonra məscidin ətrafında dayanan qara maşın sürücüləriylə bazarlaşdım. Sonra getdim qəbiristanlığa. Orda da qiymətləri öyrəndim. Sonra da qəbiristanlığın nəzdindəki daş sexinə dəydim. Ordakı qiymətləri də öyrəndim. Molla pulunu da gəldim üstünə. Sizcə  nə qədər elədi?  Aşağısı min manat, yuxarısı on min, bəlkə də çox. Baxır qəbirüstü abidənin növünə, bir də ölünün kimliyinə. Gəldim kalkulyatoru qoyub qabağıma hesabladım. Vurdum -  çıxdım. Axır qərara aldım.

Alternativ olaraq Krematoriya açacam. Bu sahədəki monopoliyaya alternativ olaraq.  Adını da qoyacam – “Mahir  Krematoriya”. Mahir sözü iki məna daşıyacaq. Həm adım məşhurlaşacaq, həm də krematoriyanın  mahirliyini, mükəmməlliyini ifadə edəcək.

İlk olaraq bununla bağlı poladəritmə zavodları ilə danışığa başladım. Razılıq verdilər. Bu nəcib işimdə mənə uğurlar arzuladılar. Heç icarə pulu da istəmədilər. “Peçdir də... onsuz da bütün günü yanır. Ölünün yanması istiliyini aparmayacaq ki, əksinə bir az da gurlaşdıracaq.

Müasir elit evlərin qazanxanalarından da təkliflər oldu. Onlar da heç nə istəmədilər. Amma gördüm ki,  onlar bu işə  qaza qənaət etmək üçün gedirlər. Ona görə də razılaşmadım. Hər şeyi ölçüb biçəndən sonra qiymət qoydum. Azərbaycanın müsəlman adət-ənənələrindən irəli gələn minimal qiymətlərdən düz on qat aşağı – 100 manat.

Qaydaları müəyyənləşdirdim. Deməli mənə zəng edirlər. Öz CİP maşınımda gəlirəm. Mərhumu taxta tabutda qoyuram maşınıma. Arxamca da dörd ölü yiyəsi gəlir. Aparıram zavoda. Salıram peçə. Yandırıram. Bütün proses ölünün böyük ya balaca, kök ya arıq  olmasından asılı olaraq maksimum iki saat çəkir.  Sonra külünü xüsusi qaba toplayıb verirəm yiyələrinə. Onlarla gəlirik bulvara. Minirik ekskursiya gəmisinə. Çıxırıq Xəzər dənizinə. Urnadakı külü səpirik ləpələrin qoynuna.

Xəzər dənizinə gəmiylə çıxırıq! Bildiniz? Burda qaydaları mən qoyuram. Bu mənim ideyamdır. Yoxsa ki, vertolyltlar alıb, yeni dəb salmayın ki, ölünün külü vertolyotdan dənizə səpilməlidir. Bu sahənin də zibilini çıxarıb VİP xidmət yaratmayın. Bildiniz. Ekskursiya gəmisi – vsyo.

Bu xidmətimlə israfdan savayı, gör nə qədər zülmdən qurtarıram sizi, gələcəkdə öz ailə üzvlərimi də. Nə ad günündə, nə də ildə qəbirüstünə getmək yox, bayramlarda qəbirin üstünə səməni qoyub, şam yandırmaq yox. Başdaşını qucaqlayıb öpmək yox. Ölmüşünə heyfslənmək yox. 

Təkcə sağ qalanları yox, mərhumu da o dünya əzablarından hifz edirəm. Qıl körpüsündən keçərkən kəllə-mayallaq  dərəyə yuvarlanmır,  İnkir-Minkirin sual-cavab meydanında onların sözləri qarşısında qızarıb, utanmır. Ömrü boyu Cənnətdən dəm vurub-vurub sonunda Cəhənnəm alovunda yanmır,  qır tiyanında qaynamır. (Siz heç ömrünüzdə günahsız, Cənnətlik  insana rast gəlmisiniz?) Bütün bu rahatlıqları  mən sizə yüz manata bəxş edirəm. Əgər köhnə adət-ənənələrlə getsəniz, böyük pul xərcləyib, sonda onsuz da yanacaqsınız. Elə bu başdan mən yandırıram da. Sadəcə yüz manata.

“Mahir Krematoriya”nı seçin. Peşman olmazsınız. “Mahir Krematoriya” – Sizin o dünyanız.


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7578 san