08:28 05 Sentyabr 2014
6097 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

                                       Hacı Zeynalabdin Tağıyevin Bakıdakı kənd məktəbinin 110 illik yubileyini nə vaxt keçirəcəyik?

    Hacı Zeynalabdin Tağıyev haqqında yazdığım məqalələrin hamısında onun elm və maarif sahəsində gördüyü əzəmətli işləri dünyanın ən böyük xeyriyyəçilərinin fəaliyyəti ilə müqayisə edirəm. Özümdən asılı olmayaraq, birinci yerdə həmişə H.Z.Tağıyev olur.

  Hər dəfə arxiv materialları əsasında məqalə yazarkən, əlləri çox da uzaqlara gedib çatmayan babalarımızın elm və təhsil yolunda özlərinə məxsus fədakarlığı qarşısında baş əyirəm.

  Müxtəlif illərdə H.Z.Tağıyev haqqında  Azərbaycan və rus dillərində yazdığım "Плохих педагогов  Г.З.Тагиев не держал" ( "Баку "-04.02 1993),  "Носил  ли Г.З.Тагиев белые перчатки?" ("Баку", 06.02.1993), "Onların arzuları" ("Azərbaycan məktəbi" jurnalı,2008, №8, səh.100-104), "İşıq" qəzeti H.Z.Tağıyevin bir portreti haqqında"(Milli Azərbaycan Tarixi Muzeyi" məcmuəsi -2011, səh. 195-200) adlı məqalələr oxucular və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
  Sonralar H.Z.Tağıyev  mövzusuna dəfələrlə qayıtmışam.
  H.Z.Tağıyevin Əhmədli kəndində öz fabrikində işləyən fəhlələrinin-Əhmədli və Zığ  kəndlərində yaşayan fəhlə uşaqları üçün açdığı ibtidai məktəbə aid yazım da bu mövzudadır.

  XX əsrin əvvəllərində - 7  oktyabr 1901-ci ildə  Bakıda  fəaliyyətə başlayan qızlar məktəbi  hələ  açılmamışdan   məşhurlaşmışdı. Məktəbin açılışı günü Bakıya Rusiya müsəlmanlarından, dini idarə rəhbərlərindən onlarla təbrik teleqramı  gəlmişdi. Qonşu ölkələrin dövlət başçıları və ömrünü məktəb və maarif  işinə həsr edən ziyalılar bu məktəbin uğurları ilə tanış olmaq istəyirdilər. 
  1902-ci ilın sentyabrında İran şahı Müzəffərəddin şah (1853-1907)Avropa  səfərindən  öz ölkəsinə qayıdarkən zövcəsi ilə bərabər yolüstü  Hacı Zeynalabdin Tağıyevin və Bakının mötəbər din xadimlərinin  müşayiəti ilə qızlar  məktəbinə gəlir. Məktəb şahın  çox xoşuna gəlir,  burada  oxuyan qızların hərəsinə hədiyyə  olaraq medalyonlu qızıl zəncir  bağışlayır. Heç kəsə borclu olmaq istəməyən H.Z.Tağıyev şaha öz ləyaqətini  göstərmək istəyir. H.Z.Tağıyev 1902-ci il noyabrın 13-də Bakı quberniyası  və Dağıstan Xalq Məktəbləri İdarəsinin  direktoruna  rəsmi şəkildə  müraciət edərək,  ona məxsus olan Əhmədli Lifli Materiallar  Zavodunun fəhlələrinin uşaqlarının yaxşı təhsil almaları, cəmiyyət üçun faydalı  vətəndaş olmaları üçün Əhmədli kəndində ibtidai məktəb açmasına icazə istəyir və bu məktubunda məktəbə İran şahı Müzəffərəddinin adının verilməsini xahiş edir(F.309,siyahı 1,saxlama vahidi 814, vərəq 1). Xalq Məktəbləri İdarəsinin direktoru H.Z.Tağıyevin xahiş məktubunun məzmununu Qafqaz Təhsil Dairəsinə xüsusi məktubla xəbər verir. Qafqaz Təhsil Dairəsinin hamisi 1903-cü ilin  martında  381  nömrəli  məktubu  ilə məktəbin açılışına öz razılığını bildirsə  də, nədənsə məktəbə İran  şahının adının verilməsi xahişinə məhəl qoyulmur (v.3,4). Çox güman ki, bu, ölkədə gündən-günə qüvvətlənən  qarışıqlıq  və hərc-mərcliklə əlaqədar idi.
  İran şahı Müzəffərəddin şah (1853-1907) bəzi mənbəələrdə  yazıldığına görə, 1900-cu ildə Osmaniyyədə rəsmi səfərdə  olarkən Əbdülhəmid şahdan Azərbaycan (Cənubi  Azərbaycan- N.N.) məktəblərində türk dili tədrisinin bərpa olunmasını xahiş etmişdi.  Gürünür , İran şahının Bakıdakı Qızlar Məktəbinə səfəri də  məktəb və maarif məsələlərinin tərəqqisi yolunda görmək istədiyi yeni layihələrlə bağlı olmuşdu
 H.Z.Tağıyevin  Əhmədli kəndindəki  ibtidai məktəbinin rəsmi açılışını  Müzəffərəddin şahın Bakı səfərindən iki il sonra- 1904-cü il oktyabrın 1-də keçirmək qərqra alınsa da, bu iş bir az ləngiyir (v.8).
  17.12.1904-cü ildə H.Z.Tağıyevin adından Bakı-Dağıstan Xalq Məktəbləri İdarəsinə göndərilən bir məktubdan məlum olur ki, məktəbin 46 şagirdi var; onlardan 10-u rus,2-si alman, qalanları müsəlmandır. O vaxtlarda Bakıda rus və başqa əcnəbi dillərdə çıxan qəzetlərdən məktəbin açılışı haqqında ətraflı məlumat toplamaq mümkündür. (v.11) Rəsmi sənədlərdə  bu məktəbin H.Z.Tağıyevin  Əhmədlidəki Kağız-İplik və Toxuculuq Fabriki  işçilərinin uşaqları üçün açıldığı xüsusi qeyd edilir. Lakin burada  yaxın kəndlərdə yaşayan  yoxsul  balaları da təhsil alırdılar.
Məktəbin Nizamnaməsində burada üç müəllimin işləməsi nəzərdə tutulurdu. Müəllim əməyinin qiymətləndirilməsində nədənsə çox böyük fərqlər var idi: elmi  fənlər müəlliminin əmək haqqı ildə  600 rubl, Azərbaycan dili  və  şəriət  müəlliminin maaşı isə  ildə 300 rubl müəyyənləşdirilmişdi(v.2).
1904-cü il  oktyabrın 27-də Yelizavetpol  quberniyasının Gülablı kənd məktəbinin direktoru Əbdülkərim bəy Vəlibəyov H.Z.Tağıyevin ibtidai məktəbinə direktor vəzifəsinə dəvət olunur.
   Əbdülkərim bəy Vəlibəyovun kənddən  paytaxtın kənd məktəbinə rəhbər vəzifəyə dəvət edilməsi heç də təsadüfi deyildi. Birincisi, onun qardaşı Əbdüləli bəy  Bakıdakı  8 nömrəli rus-tatar məktəbində  direktor vəzifəsində işləyirdi, o, paytaxt ictimaiyyətinin  tanıdığı, biliyinə  və savadına güvəndiyi ziyalılardan idi. Əbdüləli bəy Vəlibəyov 1904-cü il oktyabrın 27-də H.Z.Tağıyevin xahişini teleqramla Gülablıda yaşayan qardaşına  xəbər vermiş, onun  Bakıya gəlişini tezləşdirmişdi.  İkincisi,  Bakıya dəvət olunan qardaş- Əbdülkərim bəy Vəlibəyov  ölkə  təhsilinin tanınmış nümayəndələrindən biri idi. O, 1896-cı ildə Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasını bitirmiş, təyinatla Yelizavetpol quberniyasının Gülablı kənd məktəbinə direktor (smotritel) vəzifəsinə göndərilmişdi(v.9).

   8 il Xalq Maarif Nazirliyi sistemində səmərəli fəaliyyət göstərənən Əbdülkərim bəy Vəlibəyovun Bakıya məktəb rəhbəri vəzifəsinə dəvət edilməsi H.Z.Tağıyevin yaxınlarından biri olan, Vəlibəyovları həmyerli kimi yaxşı tanıyan,  mühəndis Fərrux bəy Vəzirovun təklifi də ola bilərdi. 
   Məktəbə  Azərbaycan dili və şəriət müəllimi vəzifəsinə o  vaxtlar Bakıdakı şəhər  məktəblərində  ehtiyat müəllim  kimi  fəaliyyət  göstərən Mirzə Abdulla Talıbzadə (Abdulla Şaiq- N.N.) dəvət olunmuş(v.8), lakin o, məktəb açılanacan Sabunçu kənd məktəbində işə düzəldiyinə görə  Əhmədli kənd məktəbində işləməmişdir(v.13). İkinci təklif  Əlauddin Əfəndiyə olmuş və o, 1906-cı il sentyabrın 17-dək - Bakı Kommersiya Məktəbinə keçənədək  burada  Azərbaycan dili və şəriət dərslərini  keçmişdi. Məktəbdə bir müddət Azərbaycan dili  və şəriət  dərsləri boş  keçmiş, sonralar bu iş Rza bəy Lətifbəyova həvalə olunmuşdur(v.15,21). 

Əbdülkərim bəy Vəlibəyovdan sonra - 1908 -ci ilin  sonunda məktəbə  R.Cəfərov direktor  təyin olunmuşdur (v.16)..  Lakin o,  bu vəzifədə bir neçə ay işləyir. R.Cəfərovdan sonra direktorluq vəzifəsi Vera Stefanovskaya adlı bir müəlliməyə tapşırılır (v.19). Cəmi bir neçə  aydan sonra  o  da rəhbərlikdən uzaqlaşdırılır.Vera Stefanovskayanın yerini M.Reyn tutur (v.23).

1909-cu il yanvarin 1-nə  aid  siyahıdan öyrənirik ki,  məktəbin 4 şöbəsində (qarma siniflərdə ) oxuyan  34  şagirdin    24-ü müsəlman, 10-u isə rus idi.Müsəlman şöbəsində - oxuyanların sayı 7 nəfər idi (18). Tarixi dəyərləndirmə üçün onların hamısının ad və soyadını tədqiqatçılara təqdim edirik:
1.Abdullayev Əlisəftər
2.Babayev Məmmədtağı
3.Hacıyev İbad
4.Dadaşov Heydər
5.Cəlalov Əbülfəz
6.İsayev İsa
7.Salmanov Salman


Digər  müsəlmanlar (azərbaycanlılar--N.N.) - beynəlmiləl siniflərdə oxuyurdular(v.18).

  1909-cu ilin  sentyabrında  H.Z.Tağıyevin ibtidai məktəbininin  dörd  şöbəsində oxuyanların sayı  80  nəfərə  çatmışdı.  Burada "xalqın  böyük  ehtiyacı olan, bilməyəcəyi təqdirdə əlacı olmayan" (S.Ə.Şirvani-N.N. ) rus dili ilə yanaşı, Azərbaycan dilinin tədrisinə də böyük  qayğı göstərilirdi. Şagirdlər  əsas fənlərdən başqa, əl əməyi, nəğmə, hüsnxətt  dərsləri də  keçir, islam dininin tarixini  öyrənirdilər.
  H.Z.Tağıyevin Əhmədli kənd   ibtidai məktəbin 1914-cü ilə aid  həftəlik dərs cədvəli də arxiv sənədləri kimi diqqəti cəlb edir (v.25 a,b). Cədvəli  Bakı-Dağıstan Xalq Məktəbləri İdarəsinin müfəttişi,məktəbin tədris işləri üzrə direktor müavini  xanım  V.Ottomar Şteyn  imzalamışdır.
 Təlimi Azərbaycan dilində olan  hazırlıq sinfində gündə 3 saat dərs keçirilir.18 saatlıq dərs həftəsinin  6 saatı  tatar dili adı ilə keçirilən Azərbaycan dii dərsləridir. Bu dərslər  üç gün  dərs gününün birinci saatında ,üç gün isə ikinci saatında keçirilmişdir. Dərs cədvəlinə görə  şəriət dərsinə  həftədə cəmi bir saat  vaxt ayrılmışdır.Hazırlıq şöbəsinin şagirdlərinə həftədə  6 dəfə rus dili dərsi keçirilməsi planlaşdırılmışdır. Məktəbdə şagirdlərin yazı savadına da xüsusi fikir verilmişdir:yazı vərdişlərinə yiyələnmək üçün şagirdlərə  hər dərs gününün sonunda   ayrıca dərs keçirilmişdir. 1910-cu ildən  hazırlıq şöbəsinin  bütün dərslərini Rza bəy Lətifbəyov tədris etmişdir( v.21,25).

  H.Z.Tağıyevin ibtidai məktəbinə aid son sənədlər 1917-ci il iyulun 27-də imzalanıb. Sənədlər  içərisində pedaqogika tariximiz üçün  maraqlı görünən materiallar çoxdur. Məktəbdə keçirilən ədəbi-bədii  gecələrin  proqramları (v.36), dərs bölgüsü və cədvəllər, müxtəlif yazışmalar bu qəbildəndir.
  Məktəbdə şagirdlərin  bədii-estetik tərbiyəsinə,vətənpərvərlik uğrunda böyümələrinə  həmişə xüsusi diqqət verilmişdir.
25 mart 1916-cı ildə məktəbdə Novruz bayramı ilə ilgili  ədəbi-bədii uşaq axşamı keçirilmişdir.  Tədbirin iki hissəli proqramdan məlum olur ki,uşaqların ifasında səslənən materiallar diqqətlə seçilmiş,onların hamısı gənc nəslin bədii  və idraki zövqünün formalaşdırılmasına yönəldilmişdir.Tədbirdə rusdilli şagirdlərlə yanaşı,Azərbaycan bölməsinin uşaqları da fəal iştirak etmişlər; Rəhimov rus dilində "Quşların şikayəti" şeirini oxumuş, Bagiyev isə Abdulla Talıbzadənin tolerantlığın təbliğinə yönəlmiş "Hamımız bir günəşin zərrəsiyik" şeirini Azərbaycan dilində ifa etmişdir.(v.36).
 1916-cı ildə məktəbin nəzdində yaşlılar üçün gecə kursları açılmış, şəhər məktəbini  bitirmiş Mir Məcid Abdullayev fəhlə-şagirdlərə müəllimlik etmişdir.
 9 dekabr 1904-cü ildə H.Z.Tağıyevin adından   Bakı-Dağıstan Xalq Məktəbləri İdarəsinin direktoruna  göndərilən məktubda göstərilir ki, dərslər 1904-cü il dekabrın 4-dən başlasa da, ibtidai məktəbin rəsmi açılışı 1905-ci ilin aprelində olacaqdır(v.12).
    
H.Z.Tağıyevin Əhmədli kəndindəki  ibtidai  məktəbində  keçirilən tədbirlərdə şəhərin adlı-sanlı adamları, o  cümlədən təsisçinin özü fəal  iştirak  edirdi. Məktəbin bir şox məzunları sonrakı təhsillərini şəhərin rusdilli məktəblərində uğurla  davam etdirmişlər. Onlarıh adlarını tapıb üzə çıxarmaq, maarifçilik tariximizdə özünə şərəfli yer tutan  bu nümunəvi təhsil ocağının tarixini hərtərəfli öyrənmək, onun unudulmuş yubileyini keçirmək pedaqoji  ictimaiyyətimizi  ciddi  düşündürməlidir.

Bakı, 03.09.2014.


                                                    Ədəbiyyat siyahısı
1.ARDTA(Azərbaycan Respublikası Dövlət Tarix Arxivi).
     Fond 309 siyahı 1, saxlama vahidi 814. (Бакинско-Дагестанская Дирексия  Народных училищ. Материалы  о деятельности  начального училища  при фабрике Г.Я.А.Тагиева),
2.Nəsrəddinov Nazim. Onların arzuları."Azərbaycan məktəbi" jyurnalı, 2008, №4, səh.100-104.
3.Nəsrəddinov.Nazim."İşıq" qəzetində H.Z.Tağıyevin bir portreti haqqında. "Milli Azərbaycan Tarixi Muzeyi" məcmuəsi,  2011,səh.195-200.
4.Nəsrəddinov Nazim.H.Z.Tağıyevin ibtidai məktəbi. "İslam dünyası" qəzeti,15.06.1993,№12.
5.Nasreddinov Nazim.Школа при фабрике Г.З.Тагиева. Газета "Баку", 1993, № 164(8496).
6.Ибрагимов М.Дж.Предпринамательская деятельность Г.З.Тагиева.Баку,1993.


Müəllifin digər yazıları

  1. "Kəlilə və Dimnə"nin ilk mətbu nümunələri haqqında bir neçə söz...
  2. Türk dünyasının 1865-ci il tarixli üçdilli atalar sözü lüğəti
  3. 130 il bundan əvvəl İrəvandan "Bir müsəlman" Tiflisə - Azərbaycan dilində nəşr olunan "Kəşkül" qəzetinə nə yazırdı?
  4. Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?
  5. XIX əsrin görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin türk dünyasına tanıtdığı təhsil ocağı və yaxud Kürdəmirin ilk dövlət məktəbinin tarixi 1881-ci il fevralın 9-dan başlayır
  6. Nüktələr və nöqtələr....
  7. "Ziya" qəzetinin qaranlıqdan və alatoranlıqdan işığa uzanan yolları
  8. AMEA və universitet alimlərinin orta məktəb marafonları
  9. Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz...
  10. Azərbaycanın İlk milli jurnalının - "Kəşkül"ün 135 yaşı tamam oldu
  11. Azərbaycan İstiqlal Bəyannaməsini neçə nəfər imzalayıb və yaxud doğru sözü niyə səhv deyirlər?
  12. Azərbaycan ədəbi dilinin yeni anlayışları ifadə edən rus və Avropa dillərindən alınmış terminlərlə zənginləşməsində "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin (1879-1884) rolu
  13. 130 illik yubileyi gecikdirilən Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və yaxud adı ensiklopediyaya düşən elmi dərəcəli biologiya müəllimi
  14. Əhmədli kəndi... Tarixi xidmətləri unudulmuş təhsil ocağı
  15. DÜNƏN "ZIYA"NIN 139 YAŞI TAMAM OLDU VƏ YAXUD TÜRK DÜNYASININ TİFLİSDƏN BOYLANAN GÜNƏŞİ
  16. Orfoqrafiya mədəniyyəti-dil mədəniyyətidir
  17. Gəlin orfoqrafiya qaydalarını hazırlamağı dilbilənlərə tapşıraq
  18. "Ziya" qəzetinin Şəkidə yaşayan Şamaxılı müxbirlərindən biri
  19. Pıçıltılı etiraf və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik
  20. İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...
  21. Bağışla, bağışla, bağışla bizi
  22. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
  23. S.Ə.Şirvani şeyxülislam ola bilərdimi?
  24. Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?
  25. Orta məktəb şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsində alınma sözlərin rolu
  26. Bizə ən gərəkli - Fil hesabatı
  27. “Bağçasaraydan göndərilən məktub”
  28. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  29. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  30. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  31. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  32. Doğma yurdun qış lövhələri...
  33. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  34. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  35. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  36. Hamıya dostam mən,bir qardaşam mən
  37. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  38. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  39. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  40. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  41. Söz sözü çəkər, əgər sözün közü varsa
  42. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  43. Müəllim olanda da yaxşı müəllim olun
  44. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  45. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  46. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  47. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  48. Ay Allah bəndəsi, niyə yazıqsan?
  49. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  50. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  51. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  52. Təbrizdən kənd məktubları
  53. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  54. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  55. Dünya yaman dünyadır
  56. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  57. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  58. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  59. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  60. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  61. Sözgəlişi, ola bilər düzəlişi...
  62. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  63. Bu Dünya- Şirin Dünya.....
  64. Göz görür,ağıl kəsir....
  65. Tərcüməsiz başa düşülən tatar bayatıları
  66. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  67. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  68. Mənim nəğməli bibim - Foto
  69. Sən yazmasan,mən yazaram
  70. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  71. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  72. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  73. Qulam Məmmədli-120
  74. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  75. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  76. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  77. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  78. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  79. Bu tarix ki var, qəliz məsələ imiş......
  80. SÖZ KİMİNDİR?
  81. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  82. Mənim dualarım
  83. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  84. Təzadlar, ay təzadlar....
  85. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  86. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  87. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  88. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  89. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  90. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  91. Testdən qəsdən danışmırıq
  92. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  93. Dərsliklərimizin halı və vəziyyəti
  94. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  95. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  96. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  97. Hırsızın gözü əlyazmalara düşdü
  98. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  99. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  100. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  101. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  102. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  103. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  104. Hacı Səid Əfəndi Ünsizadə-191
  105. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  106. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  107. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  108. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  109. Bir daha Ünsizadələr haqqında
  110. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  111. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  112. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  113. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  114. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  115. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  116. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  117. Bizə hansı elmlər lazımdır və yaxud ...
  118. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  119. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  120. Soyqırımı günündə dostumu itirmişəm
  121. Bu yaz bir başqa yazdır
  122. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  123. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  124. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  125. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  126. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  127. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  128. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  129. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  130. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  131. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  132. Dərgahdan başlanan yol
  133. Fikrin ifadə formalarından biri
  134. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  135. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  136. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  137. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  138. Təhsil tariximizin maraqlı səhifələri
  139. Təhsil tariximizdən maraqlı səhifələri
  140. Akademiklərin cərgəsindəki müəllim
  141. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  142. Mübarizə bu gün də var,sabah da...
  143. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  144. "Əkinçi" qəzeti-140
  145. Mustafanın Çanakkala məktubu
  146. Məktəbdə elm və texnologiya həftəsi
  147. Mübarizə bu gün də var, yarın da....
  148. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  149. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  150. Yazımızın tarixi-özümüzün tarixi
  151. Fikrət Sadıq -Dədə Qorqud
  152. Tədqiqatçı öz fikrində israrlıdır
  153. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  154. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  155. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  156. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  157. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  158. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  159. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  160. "Bağçasaraydan göndərilən məktub"
  161. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  162. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  163. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  164. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  165. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  166. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  167. Abdulla Şaiqin uşaq bağçası
  168. "Ziya"nın biblioqrafiyası
  169. Kasıblığın üzü qara olsun
  170. Bu gün M.Ə.Sabirin ad günüdür
  171. Keçən günə gün çatarmı ... - Fotolar
  172. Elmə yönələn yolun başlanğıcı - FOTO
  173. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  174. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  175. Ucundadır dilimin həqiqətin böyüyü ...
  176. İlk hesab dərsliyimiz
  177. Yusif Vəzirovun kölgədə qalan yazıları
  178. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  179. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  180. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  181. Dərslik, dərslik, yenə də dərslik...
  182. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  183. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  184. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  185. "ZİYA"lı ziyalı - Foto
  186. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-02-2018
23.02.2018 Qızıl ucuzlaşdı
23.02.2018 Neft ucuzlaşıb
22-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8104 san