11:48 19 Sentyabr 2014
5466 dəfə oxunub
Çap versiyası

Sovet dövrü ədəbi tənqid çox inkişaf etmişdi. Şair və yazıçılar dövrünün tənqidçilərindən qorxurdular desəm yanılmaram. Bəzən uzun illərin zəhməti hesabına başa gələn iri bir kitab tənqidçinin bircə rəyi ilə çapdan dayandırılırdı. Tənqidi yazılar arasında mənə ən maraqlısı bədii əsərlərdəki prototiplər idi. Az hallarda prototiplər faş olunurdu. Atam Qabilin “Pərvanə” poemasının, “Ömür həbləri” romanındakı obrazların, şeirlərinin çoxunun prototipini bilirəm. Bilirəm ki, əsərin qəhrəmanları əslində kimlərdir. Bir çox yazıçı-şairin də kimləri yaratdıqlarını, yaradarkən kimləri nəzərdə tutduqları yaddaşımdadır. Niyə yaddaşımda dedim. Çünki daxili mətbəxdə danışılarkən eşitmişəm və yadımda saxlamışam. Müasir dövrümüzdə isə bir çox yazıçımızı yada salan yoxdur. O ki, qalsın onların hansısa əsərində nəzərdə tutduğu adamları.

“Səhv düşəndə yerimiz” şeirinin qəhrəmanıyla sizi tanış etmişdim. İndi isə atamın dostu, qonşumuz, görkəmli yazıçı Salam Qədirzadənin bir balaca hekayəsi haqqında danışmaq istəyirəm. Əslində olan hadisənin hekayətidir bu. Salam əmi bura heç nə əlavə etməyib. Adını gizli yazsa da 40 il bundan qabaq qələm əhlinin hamısı bilirdi ki, Q. Kimdir, Ş. kim. İstəyirəm siz də biləsiniz:

“Haçan hansı toya, ad gününə, qonaqlığa düşürəmsə, dostlar, tanışlar məndən, olmuş bir əhvalatı məclisdəkilər üçün danışmağımı xahiş edirlər.

Düzü lap cəzana gəlmişəm! Bir şeyi neçə dəfə söyləyərlər?! Axırı çıxış yolu tapmışam; fikirləşmişəm ki, həmin əhvalatı yazım, maraqlananlar oxuyub, yaxamdan əl çəksinlər...

Bir dəfə... (adlarını deməyəcəyəm) Q. Idi, mən idim, Ş. idi – oturmuşduq Pirşağıda, dəniz qırağındakı açıq kababxanada. Q. ayaq üstə, bir əlində soyuq araqla ləbaləb dolu qədəh, o biri əlində çəngəldən yağı daman isti quyruq tikəsi, Ş-nin haqqında sağlıq deyirdi:

-  Sən mənim əzizim, canım-ciyərimsən! Xətrini də nə qədər istəyirəm – özüm bilirəm. İkinci bir adam yoxdur ki, adını səninki ilə yanaşı çəkim. Yaşa! Çalış, ölmə! Bunu içirəm şəxsən sənin sağlığına!..

Q. qədəhini açılmış ağzına yaxınlaşdıranda... haradansa bir it gəlib yanında çömbəldi; gözlərini onun əlindəki yağlı tikəyə zilləyib marıtladı.

Q. nə düşündüsə, boşaltmağa macal tapmadığı qədəhi ağzından uzaqlaşdırdı, üzünü itə tutub qəribə bir tərzdə, mərhəmətlə ona nəzər yetirdi:

- Can!..- dedi -  və çəngəlin ucundakı quyruğu itə uzatdı.- Sən də bilirsən biz burda neyləyirik? – Özü öz sualına cavab verdi: - Hardan biləcəksən, ay yazıq! Araq içirik, kabab yeyirik... – O təəssüflə başını tərpədib, ağlamsındı. – Eh!.. Dünyanın ləziz nemətlərindən məhrum, zavallı it!.. Sən bəzi yeyib itirən, yaltaq dostlardan çox sədaqətlisən! – Q. köksünü ötürdü. Sonra qədəhini qaldırıb Ş-yə müraciətlə bayaqkı sözünü tamamladı:

- Deyirəm, bunu içək elə ikinizin sağlığına!..”

Əhvalat, hekayə bu qədər. Adları çəkilən bu insanların hamısı indi haqq dünyasındadır. Q.- Qabil də, Salam Qədirzadə də, Ş.- şair Şükür Xanlarov da. Allah hamısına  rəhmət eləsin.

 

YAZIÇILAR BİRLİYİNİN KİTABÇASI İŞƏ YARADI

 

Günlərin bir günü atam zəng edir köhnə dostu, ədəbiyyatşünas Mirabbas Aslanova. Ev telefonu cavab vermir. Zənn edir ki, yəqin bağdadır. Zəng edir dayım Rafiqə ki, bəs gəl maşını çıxar gedək gəzməyə. Yolda  yaxşı bazarlıq edirlər. Lyubitelski kolbasa, Holland pendiri, şoraba xiyar, limon, kişmiş üzüm, balıq konservası, qril toyuq, araqlar, mineral su, bir sözlə hər şey alırlar. Yolüstü də Balasadığı və səhv etmirəmsə Fikrət Sadığı da götürürlər. Gəlib çıxırlar bağa. Darvazanı döyüb Mirabbası haylayırlar. Səsə it hürə-hürə qapıya gəlir. Amma demə Mirabbas müəllim bağda deyilmiş. Neyləsinlər, geri qayıtmayacaqlar ki... Qapını arxadan açıb həyətə girmək istəyirlər ki, həyətdəki besedkada süfrə açsınlar. Qapını açmağına açırlar. Amma it hürməyində davam edir. Tutmasa da, qapmasa da onların irəliləməsinə imkan vermir. Bu zaman Qabil:

-         Ay it, sən bilirsən mən kiməm? Mən Xalq şairi Qabiləm.- deyir.

İt isə hürməyində davam edir. Bu dəm dayım arxadan zarafatla:

-         Qabil, deyəsən tanımadı.

Atam da cibindən Yazıçılar Birliyinin qırmızı üzlü vəsiqəsini çıxarıb açaraq:

-         Necə yəni tanımadı? Bu da mənim vəsiqəm! – deyə itə göstərir.

İt bir an dayanır. Oturur. Vəsiqəyə baxır. Mırıldayır.  Kənara çəkilir. Atamgil də bağa  girib stolun üstünə qəzet salırlar. Gətirdiklərini süfrəyə düzürlər. Başlayırlar yemək-içməyə.

Həmin gün Yazıçılar Birliyinin vəsiqəsi yaman işə yarıyır. Yazıçılar Birliyinin üzvlərinə hörmətlə yanaşdığına görə kolbasadan, balıqdan itə də pay düşür.

 


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.3724 san