08:40 22 Sentyabr 2014
5916 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

İsmayıl bəy Qaspıralını türk mətbuatına gətirən ilk yazı - "Bağçasaraydan göndərilən məktub" (Tiflis,"Ziya" qəzeti,  08.11.1879, № 42 ) və ya bir daha Bağçasaray məktubu haqqında


  Bu yazıya yenidən qayıtmağım səbəbsiz deyil.Məsələ burasındadır ki, çox vaxt səlahiyyətli şəxslərin sözünə daha çox inanırlar. Oxucularım məni məktəb və maarif məsələlərindən, mətbuat tariximizdən müəyyən dərəcədə  ətraflı məlumatı olan, sözünü tarixi faktlarla, arxiv sənədləri ilə söyləməyi bacaran tədqiqatçı kimi tanıyırlar. Özünü tanımazlığa çəkənlər daha çoxdur. İlk cümlələrdəki "mən" lərə görə məni bağışlayın. Necə deyərlər, desəm öldürərlərər, deməsəm ölləm.
 Son vaxtlar elmi yazılarda (hətta dissertasiyalarda) başqasının  dediklərini öz sözləri kimi deyənlərin sayı çoxalıb. Ən maraqlısı budur ki, imzalardakı tanıtmalardan (filan xarici akademiyanın akademiki, filan mükafatın laureatı...) sui-stifadə baş alıb gedir. Vallah, mən ingilis dilini yaxşı bilməyənləri alim saymıram. Ərəb yazılarını oxuya bilməyən filoloqların halına acıyıram. Asiya ilə Avropanın sərhəddini tanımayan coğrafiyaçıları təbəssümlə sorğu-suala tuturam. Qırxın qırx faizini tənasüblə tapmağa cəhd edən ziyalıların riyazi təfəkkürünü təbii ki, alqışlamıram.
  Görkəmli türk psixoloqu Halil (Xəlil-N.N) Fikrət Kanadın Azərbaycanda ilkin və ardıcıl tədqiqatçılarından biri mənəm. Bu mövzuda real faktlara, zəngin arxiv materiallarına, tutarlı mənbələrə əsaslanan 10-dan çox məqalə müəllifiyəm. Yazılarımın çoxu (30 yazım) Ankarada Haldun Cezayirlioğlu Koleksiyonunun səhifələrində NAZİM NASREDDİNOVUN YAZILARI başlığı ilə dünyanın türk dilini başa düşən oxucularına ünvanlanmışdır. Bu yazıları oxuyan müəlliflərdən biri  elmi jurnalların birində mənim yazılarımdan öz tədqiqatı kimi danışanda, təbii ki, əsəbiləşməyə bilmədim. Onu dərs dediyi tələbələr qarşısında səhvini etiraf etməyə çağırıram. 
 Əslən şəkili olan türkiyəli  alim Abdulbaqi  Gölpinarlı haqqında yazı yazanlardan da bilməlidirlər ki, istifadə etdikləri mənbələri göstərmələri gərəkli görünür. Həyatda olduğu kimi elmi yaradıcılıqda da subordinasiya (burada sonra yazanın ilkin yazanı xatırlaması nəzərdə tutulur-N.N.) gözlənilməlidir.

 Etika xatirinə bəzən sözü birbaşa demək olmur. Bu xasiyyət fəsadlar da törədə bilər. Bəzən səhvli yazıları yada salmaqdan ötrü bir bəhanə ilə o mövzuya qayıtmalı olursan. Günahkar günahını başa düşməyəndə, birbaşa qaydalı  döyüşdən elmi döyüşə keçmək olar.
 Bu gün İsmayıl bəy Qaspralı haqqında yazanların sayı Həsən bəy Zərdabidən yazanlardan çoxdur. Doğrudur, H.Zərdabiyə  bizdə o qədər maraq var ki,  hətta onu ölümündən sonra 4 il də  artıq yaşadır, məşhur gimnaziya müəlliminin, ilk milli qəzetimizin banisinin ölüm tarixini 1911-ci il kimi göstərməkdə öz israrlarını davam etdirirlər.
  Mən həmişə demişəm, yenə də təkrar edirəm: İsmayıl bəy Qaspralı Azərbaycanın maarifçilik tarixində şərəfli yer tutan Səid Əfəndi Ünsizadəni (1825-1905) özünə müəllim hesab edir, onun xidmətlərini yüksək qiymətləndirirdi. Bu məşhur etirafı unutmaq olmaz. Mənə elə gəlir ki, gələn il - 2015-ci ildə S.Ünsizadənin 190 illiyini keçirməklə günahımızı yuya bilərik. Yubiley tədbirlərində görkəmli maarifçinin elmi-publisistik, elmi-pedaqoji irsi, nəşriyyat sahəsindəki zəngin və səmərəli  fəaliyyəti, məktədarlıq xidmətləri layiqli yer tutmalıdır.
 ...İl başa çatır. S.Ünsizadənin redaktorluğu və naşirliyi ilə 1879-1884-cü illərdə çıxan "Ziya" qəzetinin ilk nömrəsinin 135 illik  təntənəsini - yubileyini keçirə bilmədik. Nömrələrini oxumadan "Ziya"dan yazırıq, Bağçasaraydan danışırıq, müqayisələr aparırıq....

 Nə isə.... Keçək əsas məsələyə....
 

         Böyük və çox əhəmiyyətli  işlər üçün kiçik bir müqəddimə

   1879-1884-cü illərdə Tiflisdə  Səid Əfəndi Ünsizadənin rəhbərliyi ilə  Azərbaycan dilində nəşr olunan "Ziya" qəzetinin 135 yaşı tamam  oldu. 

   S.Ünsizadə (1825-1905)  1878-ci ilin sonlarında Tiflisdə Azərbaycan dilində nəşriyyat fəaliyyəti üçün litoqrafiya (daş basmaxanası) və mətbəə  açmaq üçün hökumət dairələrindən icazə alır. 1879-cu il yanvarın 18-də   "Ziya" qəzetinin  ilk nömrəsi S.Ünsizadənin öz şəxsi mətbəəsində işıq  üzü görür.

  "Ziya" türk dünyasının  ümidlə baxdığı və oxuduğu,inandığı və güvəndiyi həftəlik qəzet idi. "Ziya" bir müddətdən sonra öz coğrafiyasını xeyli  genişləndirmiş,"Ziyayi-Qafqasiyyə" adı ilə (bəzilərinin iddia etdiyi kimi "Ziayi-Qafqaziyyə" adı ilə yox-N.N.)çıxmışdır. "Ziya"nın İstanbul, Peterburq, Moskva,Tehran, Tiflis, Bakı, Şamaxı, Göyçay, Şəki, Dərbənd, Spasski (Tambov quberniyası), Bağçasaray və s. böyük, kiçik şəhərlərdə  daimi müxbirləri var idi. Ümumi  türk dili ideyası ilk dəfə "Ziya"nın səhifələrində  öz əksini tapmışdır.
   Uzun illər boyu unudulmuş bu mətbu orqanın  135  illik ildönümünün keçirməsinə  aid hazırlığa gec də olsa,  başlamaq lazımdır. 
  Bu istiqamətdəki ilk yazımızdan birini yenidən müəyyən artırmalarla oxucuların diqqətinə çatdırırıq. 


         Ovraq və  məkatib (vərəqlər və məktəblər)

  Bu, "Ziya"qəzetindəki rubrikalardan (daimi başlıqlardan) biridir. Redaksiya burada veriləcək xəbəri oxucuya aydınlaşdırır, onu materialın yaxşı dərk olunmasına yönəldir. Oxucu redaksiya qeydlərindən anlayır ki, o, maraqlı bir mövzunun oxusuna başlayır : 

  "Bu axir vəqtlərdə Rusiyanın içərisindən, yəni Qazan və Ufa və Qrımdan  aldığımız məktubları oxuyan vəqtlərdə məlum olur ki, o yerlərin əhli "Ziya" qəzetəsinin  təb və nəşr olunmağından səmim qəlb məmnundurlar. Hərçənd onlar ilə Qafqaz müsəlmanlarının  bəzi danışıqlarında  cüzi təfavüt var isə də,  amma yazırlar ki, onlardan sahibi- savad olanlar  sühulətlə (asanlıqla-N.N. )  "Ziya"nı oxuyub, mətləblərini  fəhm edirlər. Necə ki  zeyldə (aşağıda-N.N. ) dərc olunan "Bağçasaray məktubu" sübut edir ki, Azərbaycan ilə Bağçasaray yazılarının  arasında  o qədər fərq yoxdur. Bəlkə diqqət nəzəri ilə baxan vəqtdə demək olar ki, onların təhriratı  ifadeyi-mənaya müstəidd (istedadlı,bacarıqlı-N.N. ) olmaqda Qafqaz təhriratından əskük degildir.Bu mülahizə ilə Bağçasaraydan  göndərilən məktubu təğyir və təbdil etməmiş,  kəmal-i məmnuniyyət ilə qəzetəmizə dərc elədük".

   "Ziya"nın naşiri və  mühərriri belə materialları diqqətlə araşdırandan sonra  oxuculara çatdırırdılar. 
   "Ziya"nın o vaxt imtiyaz sahibi  və naşiri Səid Əfəndi Ünsizadə, mühərriri  isə onun  ortancıl qardaşı Cəlal Əfəndi Ünsizadə idi. 
   Göndərilən material diqqətlə oxunandan sonra  redaksiyanın yönəldici  qeydləri ilə fərqli, daha aydın oxunan iri şriflərlə oxuculara təqdim edilirdi."Bağçasaray məktubu"nda da bu qaydaya əməl olunmuşdur.

      

                     Bağçasaraydan göndərilən məktub

   (Bu yazının tarixini yadda saxlayın- 07.11.1879-cu il,N42,səh.4.
  Bəzi tədqiqtçılar "Tərcümanın"ın Azərbaycan səhifələrini işıqlandırmaq istəyəndə Bağçasaraydan göndərilən məktubun  "Ziya"qəzetinin1879-cu ildəki 9-cu nömrəsində dərc olunduğunu yazırlar. Bu tarix səhvdir.  "Ziya" nın  1879--cu ildəki 9-cu  nömrəsi martın 20-də çıxmışdır -N.N.)


  Bağçasaray məktubunu oxucuların diqqətinə olduğu kimi  çatdırırıq. 

  "Məlumdur ki, Rusiya dövləti içərisində olan  millətlər, məsələn ...,polyaq, latış, yəhudi və ğeyri çoxdan bərü kəndi lisanında ğazetalar və ədəbiyyata dair qeyri şeylər peyda etmişlər.  İki-üç milyondan ibatət olan Rusiya tatarları ədəbiyyatsız və dəxi  bir ğazetəsiz  olduqları çox təəccübdür. 

   Ğazeta millətin lisanıdır. Ğazetələr  millətə  mühafiz ola bilürlər. Ticarət və hansı səlahiyyət  (bir işi görməyə səllahiyyəti və hüququ olma-N.N.) sırasında (cərgəsində) yol göstəricisi ola bilürlər. Millətin  aqilinə (əqlinə) və fikrinə inayə (kömək-?)  ola bilürlər. Qısası, ğazetəsiz, və kitabsız millət  sağır (kar)  və dilsiz adama bənzər. Bu halda tatar lisanında  "Ziya" ğazetəsi  nəşr olunması pək (çox) faidəli, iftixarlı iş olduğundan  ziyadəsilə xoşnud olduq. "Ziya" ğazetəsinin gündən-günə ilərü(irəlü)  getməsini istəriz(istəyirik)  və məmnun ediriz. Bundan sonra  bəz-bəz "Ziya" qazetəxanəsinə məktub və ğeyr kağızlar  göndərilməgini  kəndimizə borc ediriz. Bu  dəfə tərəfi-əhvalımızdan sual  olunur isə  həmd olsun bu sənə (il-N.N.) Qırım  bərəkatı  ("bərəkət" sözünün cəmidir-N.N.) pək əla olmuşdur.  Əkin, meyvə, düxan (burada "tütün" mənasındadır-N.N.   ) gözəl olub. Cümlə ticarət  pək  sırasındadır. Buğda  çox  oldusa da , qiyməti  çox bahalıdır. Şöylə ki, puti   on beş mənata satılmışdır. Hal bu isə xəlqlər karlı olduğundan  şimdilik  zəhmət  çəkməyürlər.


Bağçasaray şəhr məclisindən  İsmayıl Mirza".
Bu, adı informasiyadır.Redaksiyaya göndərilən yüzlərlə məktubdan biridir.Lakin tarixilik,ədəbi-mənəvi baxımdan,dil qohuluğu və əqidə birliyi baxımından  tarixdə qalacaq xəbərdir.Bu xəbər hələ çox çözələnməli,araşdırılmalıdır.O ki qaldı "Bağçasaraydan göndərilən məktub" başlığına, bu, redaksiyanın arayıb axtardığı, məsləhət bildiyi addır.


                                ***
           İsmayıl bəy Qaspralını tanıyırsınızmı?

    Çətin sualdır. Hamı elə bilir ki,İsmayıl bəyi hamı tanıyır.  Hamının tanıdığı aşkarda olan İsmayıl bəydir.
    İsmayıl bəy  Qaspıralı 1851-ci il martın  8 (21) -də Tavriya quberniyasının  Yalta uyezdinin  Avcıköy (bir sıra mənbələrdə  Ulu Sala-N.N.) kəndində rus zabitinin ailəsində anadan olmuşdur.  Atası Mustafa Əli oğlu  əslən Qaspıra (bu sözü Qaspra da yazırlar) kəndindəndir. Anası  Fatma Sultan Temur qızı  Kantakurovadır.
  Əvvəlcə  ev təhsili almış, sonra ibtidai məktəbdə oxumuşdur. 
  Atası oğlunu özü kimi zabit görmək istədiyindən  İsmayıla yaxşı təhsil vermək qərarına gəlmişdir. İsmayıl ibtidai təhsilini qurtarandan sonra Simferepoldakı oğlan gimnaziyasına  daxil olmuşdur.(Oğlan  məktəblərinə ZÜKUR məktəbləri də deyirlər.Zükur - "erkək " sözünün cəmidir,  yəni erkəklər-N.N.).

  Simferopol hərbi liseyini qurtarandan sonra İsmayıl bəy  Voronej  Hərbi  Liseyinə daxil olmuşdur.  İsmayıl  hərbi məktəbi qurtarandan sonra Moskvadakı 2 nömrəli hərbi məktəbə daxil olsa da,  burada çox oxumur, Krıma qayıdır, ibtidai məktəbdə müəllim işləyir. ). 
   İsmayıl bəy 1871-ci ildə, 20 yaşında francız dilini  və Fransa həyat  tərzini öyrənmək məqsədilə Fransaya gedir,   ( adamın yadına M.F.Axudzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah..." əsəri düşür. Şahbaz bəy də Fransaya getmək istəyəndə  təxminən bu yaşda idi, İsmayıl bəydən cəmi iki yaş böyük idi ). İsmayıl bəy Fransada cəmi bir il qalır. Burada da çox  qərar tuta bilmir, Türkiyəyə üz  tutur.  
   İsmayıl  bəy Tükiyədə də cəmi bir il  yaşayır,  sonra Krıma qayıdır, burada Bağçasarayda şəhər məclisinə rəhbərlik edir.  O, 13.02.1879-cu ildən 23.05 1884-cü ildək Bağçasaray Şəhər Məclisinin başçısı - rəisi  vəzifəsində işləyir.  Maraqlıdır ki, bu, "Ziya" qəzetinin fəaliyyət dövrü ilə , demək olar ki, üst-üstə düşür.  

   İsmayıl bəyin  Ünsizadə qardaşları ilə qiyabi ünsiyyəti  "Ziya" qəzetinin nəşr işlərinə hazırlıq  dövründən başlayır. Belə ki, Səid Ünsizadə "Əkinçi"nin nəşrə hazırlıq təcrübəsindən yararlanaraq,  tanıdığı, sorağını eşitdiyi türkdilli ziyalılara çıxaracağı qəzetin proqramını göndərmiş, onlarla qələm əhlini əməkdaşlığa dəvət etmişdir.          
  İsmayıl bəy Bağçasarayda işləyərkən, çöx güman ki, yaşadığı ərazidə "Ziya"nın  yayılmasına köməklik göstərmişdir.

   İ.Qaspıralı  bu əməkdaşlıq təklifindən sonra özü  də qəzetçilik fikrinə düşmüşdür.  O,1880-ci ilin əvvəllərində  "Faydalı əyləncə" və "Qanun " adlı qəzet çıxarmaq  istəyi ilə  müvafiq təşkilatlara müraciət edir, lakin dövlətdən icazə ala bilmir, yeganə çıxış yolunu Tiflisdə Ünsizadələrin mətbəəsində  kiçik jurnallar nəşr etməkdə görür.Belə də edir. Onun  "Ziya" mətbəəsində çıxardığı ilk məcmuə  dörd səhifəlik "Tunğuc"dur. "Tunğuc"-ilk doğulan övlad, ailədə başqalarından əvvəl dünyaya gələn " mənasını verir.
   Maraqlı faktdır ki, İ.Qaspralı "Tunğuc"un  "Söz-i əvvəl"ində (girişində-N.N.) Səid Ünsizadəni, onun yaradıcısı  olduğu  "Ziya" qəzetini və   türk dünyasının ictimai fikir tarixində mətbuatın tarixi  xidmətlərini yüksək qiymətləndirmişdir.
  ... Azərbaycan və  türk mətbuatında  "Tunğuc" jurnalı haqqında  haqqında yazdığım yazılar   adi oxucuların və elm  adamlarının ciddi marağına səbəb olmuşdur.
  "Tunğuc"un  bəzi materialları "Ziyayi-Qafqasiyyə" qəzetinin 1881-ci ildəki 17-ci nömrəsində dərc olunmuşdur. 1881-ci ilin avqustunda  Tiflisdə S.Ünsizadənin "Ziya" mətbəəsində İ.Qasrpalının "Şəfəq" adlı daha bir jurnalı çap edilmişdir. Bu jurnalın çapına görə "Ziyayi-Qafqasiyyə"nin növbəti nömrəsi bir həftə təxirlə çıxmışdır. "Ziyayi- Qafqasiyyə" buna görə öz oxucularından üzr istəmiş, abunəçilərin hərəsinə "Şəfəq" jurnalını məccani( havayı,pulsuz-N.N.) olaraq göndərmişdir.

    İ.Qaspralının "Tərcüman"a qədərki dörd səhifəlik digər jurnalları- "Günəş", "Ay", "Ulduz" və s. İ.Qaspralının Bağçasaraydakı öz şəxsi mətbəəsində çap olunmuşdur.
    İ.Qaspralı  türkdilli jurnalist  kimi peşəkarlıq vərdişlərini "Ziya"dan, onun  yaradıcıları olan Ünsizadə qardaşlarından əxz etmişdir. Mən buna işarə edərək yazılarımın birini "Tərcüman"ın təcrübə məktəbi" adlandırmışdım. Redaktor bu sərlövhəni  "Tərcüman məktəbi" adı ilə çap etməyi daha münasib görmüşdü ("Oğuz eli" qəzeti, 27.01.1993, 
N 2 ).

   İ.Qaspralı   uzun  mübarizə və çarpışmalardan sonra 1883-cü ilin aprel ayında, nəhayət ki, "Tərcüman" qəzetin nəşrinə icazə aldı."Tərcüman"ın son nömrəsi 1918-ci ildə çap olunmuşdur. Artıq dörd il idi ki, görkəmli   türk aydını  dünyadan köçmüşdü: ölümündən  sonra qəzeti onun oğlu çıxarmışdır.
   İ.Qaspıralının Ünsizadə qardaşları ilə  dostluq və əməkdaşlığı  ictimai fikir tariximizin  yaxşı öyrənilməyən bir   sıra qaranlıq məqamlarını   aydınlaşdıra bilər. İ.Qaspıralının pedaqoji fəaliyyəti, türkdilli qadın və uşaq mətbuatının inkişafındakı rolu  da monoqrafik tədqiqat  yolu ilə ciddi tədqiq edilməlidir.




                                                  Ədəbiyyat

1.İsmail Bey Gaspıralı İçİn.          ( Başeditor Hakan Kırımli  ).   Ankara, Birinci Baskı.
                                                                                                   ekim 2004, 697 səhifə.

2..Sona Vəliyeva.                       "Əkinçi"dən başlanan yol.   "Kaspi" qəzeti-online ,23.07.2013.
3.Nazim Nasreddinov.                 130 yaşlı "Tunğuc"  veya açılmatan kapılar,pencereler.
                                                               22 aralık 2011."Halduncezayirliooğlu Kolleksiyon"

4.Nazim Nəsrəddinov.               "Tərcüman məktəbi.  "Oğuz eli" qəzeti,27.01.1993, 2.
5.Nazim Nəsrəddinov.                "Ziya","Tunğuc","Şəfəq"... "Dalğa" qəzeti,18-24.05.1993 N19(125).
6.Nazim Nəsrəddinov.                 Unudulmuş Ünsizadə. "Həyat" qəzeti,   09.02.1993,N 13(7748) .
7.Nazim Nəsrəddinov.                 İsmayıl bəy Qaspralının "Tunğuc" məcmuəsi 
                                                    və yaxud "Tərcüman"ın təcrübə  məktəbi."Davam.az.,18.02.2013.

8.Nazim Nəsrəddinov.                 Səid Ünsizadə və M.Ə.Sabir.  "Ziya" qəzeti,21.05.1992, N 9.


9.Aybəniz Kəngərli.      İsmayıl bəy Qasprinski. Bakı,   2005. 275 səh.


10.Vilayət Quliyev.    "Tərcüman"ın Azərbaycan səhifələri. 
            525-ci qəzet,  
 № 166 (4183), 13.09.2014-cü il, səh.14-15.



Müəllifin digər yazıları

  1. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  2. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  3. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  4. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  5. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  6. Bu tarix ki var, qəliz məsələ imiş......
  7. SÖZ KİMİNDİR?
  8. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  9. Mənim dualarım
  10. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  11. Təzadlar, ay təzadlar....
  12. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  13. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  14. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  15. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  16. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  17. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  18. Testdən qəsdən danışmırıq
  19. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  20. Dərsliklərimizin halı və vəziyyəti
  21. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  22. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  23. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  24. Hırsızın gözü əlyazmalara düşdü
  25. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  26. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  27. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  28. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  29. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  30. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  31. Hacı Səid Əfəndi Ünsizadə-191
  32. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  33. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  34. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  35. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  36. Bir daha Ünsizadələr haqqında
  37. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  38. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  39. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  40. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  41. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  42. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  43. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  44. Bizə hansı elmlər lazımdır və yaxud ...
  45. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  46. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  47. Soyqırımı günündə dostumu itirmişəm
  48. Bu yaz bir başqa yazdır
  49. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  50. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  51. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  52. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  53. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  54. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  55. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  56. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  57. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  58. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  59. Dərgahdan başlanan yol
  60. Fikrin ifadə formalarından biri
  61. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  62. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  63. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  64. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  65. Təhsil tariximizin maraqlı səhifələri
  66. Təhsil tariximizdən maraqlı səhifələri
  67. Akademiklərin cərgəsindəki müəllim
  68. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  69. Mübarizə bu gün də var,sabah da...
  70. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  71. "Əkinçi" qəzeti-140
  72. Mustafanın Çanakkala məktubu
  73. Məktəbdə elm və texnologiya həftəsi
  74. Mübarizə bu gün də var, yarın da....
  75. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  76. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  77. Yazımızın tarixi-özümüzün tarixi
  78. Fikrət Sadıq -Dədə Qorqud
  79. Tədqiqatçı öz fikrində israrlıdır
  80. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  81. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  82. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  83. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  84. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  85. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  86. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  87. "Bağçasaraydan göndərilən məktub"
  88. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  89. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  90. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  91. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  92. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  93. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  94. Abdulla Şaiqin uşaq bağçası
  95. "Ziya"nın biblioqrafiyası
  96. Kasıblığın üzü qara olsun
  97. Bu gün M.Ə.Sabirin ad günüdür
  98. Keçən günə gün çatarmı ... - Fotolar
  99. Elmə yönələn yolun başlanğıcı - FOTO
  100. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  101. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  102. Ucundadır dilimin həqiqətin böyüyü ...
  103. İlk hesab dərsliyimiz
  104. Yusif Vəzirovun kölgədə qalan yazıları
  105. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  106. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  107. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  108. Dərslik, dərslik, yenə də dərslik...
  109. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  110. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  111. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  112. "ZİYA"lı ziyalı - Foto
  113. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
27-03-2017
27.03.2017 Bulvarda intihar
26-03-2017
25-03-2017
25.03.2017 Xaçmazda ev yanıb
25.03.2017 Bakıda ev yandı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2516 san