09:05 29 Sentyabr 2014
29499 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

Görkəmli türk pedaqoqu, keçən əsrin 20-ci illərindən başlayaraq, əsərlərini “tərbiyə doktoru  Halil Fikret”  kimi imzalayan Halil Fıikret (1892-1974 ) və onun yaradıcılığı haqqında elmi araşdırmalar apararkən hər dəfə maraqlı və çox böyük elmi əhəmiyyəti olan faktlarla,dəyərli materiallarla rastlaşanda onları elmi ictimaiyyətlə bölüşməyə tələsirəm. 1916-cı ildə Almaniyanın Leipziq şəhərində çap olunan 31 səhifəlik bir kitabın üz qabığında onun adını dünyanın ən məşhur pedaqoqlqrından biri , alman afrikanşünası və şərqşünası Hans Stumme (1864-1936) ilə yanaşı gördükdə isə nədənsə tələsmədim, faktları diqqətlə araşdırmağa başladım. Yox, səhv etməmişdim.Leipziq Universitetinin son kurs tələbəsi oxuduğu ali təhsil ocağının professoru ilə birgə elmi əməkdaşlıq etmişdir. Bəri başdan deyim ki, əsər 1915- ci ilin sonlarında tamamlanmış, 1916 -cı ilin yanvarında Leipziqdəki “Otto Harrassowitz” nəşriyyatı tərəfindən latın qrafikası ilə  dünyanın türkdilli oxuculara çatdırılmışdır. Bu,o vaxtlar idi ki, türkdilli ölkələrdə, o cümlədən Türkiyədə də, Azərbaycanda da ərəb qrafikalı yazıdan istifadə olunurdu. Doğrudur, ayrı-ayrı ziyalılar  1878-ci ildə dünyasını dəyişən M.F.Axunzadənin  latın qrafikalı əlifba çağırışı hələ də unuda bilmirdilər. Bu yolda M.Şahtaxtlının xidmətləri  ziyalılara daha qabarıq şəkildə  çatdırılırdı.
  1879-1884-ci illərdə Tiflisdə Azərbaycan dilində  çap olunan  "Ziya"   qəzetində ana dili və onun  mübtədi(ibtidai -N.N.) məktəblərdə tədrisi üsulları  haaqqında maraqlı mülahizələr söylənilmişdir. Qəzetin redaksiya heyəti ərəb əlifbasının islahı və dəyişdirilməsi ətrafında uzun illər boyu aparılan mübahisələri fikir mübadiləsini genişləndirmək məqsədilə gündəmə gətirirdi. Əslində  "Ziya"qəzetinin naşiri Səid Ünsizadə də,baş mühərriri Cəlal Ünsizadə  də ərəb əlifbasının tərəfdarları idi;  onlar əlifbanın dəyişdirilməsinin törədəcəyi çətinlikləri görür, məktəblərdə dilin tədris üsullarını yaxşılaşdırmağı daha vacib sayırdılar.
  1296-cı hicri-qəməri  ilində( miladi təqvimi ilə 1879-cu ildə) İstambulda  "Şirkəti-İraniyyə" mətbəəsində  İranın Tiflisdəki konsulxanasında  tərcüməçi işləyən Mirzə Rza xan Daniş latın və rus əlfbaları əsasında  düzəltdiyi  "Risaleyi-Rüşdiyyə" kitabçasını nəşr etdirir.Bu kitabça tanışlıq və rəy üçün  işin içində olan bir sıra ziyalılara göndərilir.İstanbulda fars dilində nəşr olunan "Əxtər" qəzeti öz səhifələrində geniş müzakirə açır.  Həmin müzakirə materialları operativ şəkildə "Ziya" qəzetində də çap edilir.Müzakirələrdə Zaqafqaziyanın şeyxülislamı Əhməd vəy Hüseynzadə, müfti Əbdülhəmid Əfəndizadə,  atası fransız, anası alman olan rus şərqşünası Adolf Berje və başqaları çıxış edirlər.

   Əlifba  qalmaqallarının  səngimədiyi, gündəmdən düşmədiyi  bir vaxtda-1916-cı ildə  Almaniyanın Leipziq şəhərindəki iri mətbəələrinin  birində - OTTO HARRASSOWİTZ-də latın qrafikası ilə 

                                                    Türkische Lesestoffe

                  handschriftlich im  Rуka- Charakter und umschrieben mit 

                  lateinischen Buchstaben,unter Beifügung einer einführenden

                   Darstellu des türkischen  Alphabets im  Rукa-Charakter


adlı 31 səhifəlik  bir kitab çap edilir.   
  
"Halil Fikret 1923-26-cı illərdə   babalarımıza Bakı Dövlət Universitetində psixologiya və pedaqogikadan dərs deyən professoplardandır.  O, Azərbaycan Respublikasının elml- ictimai həyatında əhəmiyyətli yeri olan türk qardaşlarımızdan biridir.Bakıya ali təhsil müəssisələrində işləməyə dəvət edilmiş,Azərbaycan Xalq Maarif Komissarlığında məktəbəqədər tərbiyə şöbəsinin müdirı vəzifəsində işləmişdir.  Halil Fikret Bakıda müxtəlif elmi jurnallarda, respublika və əyalət mətbu orqanlarında maarifçilik məsələlərinə aid onlarla elmi, elmi-metodiki, bədii- publisistik məqalə yazmışdır. Professor, tərbiyə doktoru Halil Fikretin Bakıda S.M.Qənizadə, A.Şaiq, H.Cavid, M.S.Ordubadi, Q.R.Mirzəzadə, M.Mahmudbəyov,Ə.Cəfərov, A.İsrafilbəyov,C.Cəbrayılbəyli , Ə.Haqverdiyev kimi çoxlu əqidə və məslək dostları var idi. Halil Fikret 1926- cı ildə Bakıdakı ən birinci dövlət nəşriyyatında —Azərnəşrdə “Tərbiyə və tədris tarixi ” adlı ilk iri həcmli, 2 hissədən ibarət olan dərsliyini çap etdirmişdir. O, Bakıda üç il işləyəndən sonra Almaniyaya gedir,  çox qısa bir müddətdən sonra— 1927-ci ildə vətənə qayıdır, Konyada açılan Qazi Orta Müəllim Məktəbində müəllimlik edir. Bir müddətdən sonra bu məktəb Ankaraya köçürülür.  Halil Fikrətin təşəbbüsü ilə burada pedaqojı bölüm yaradılır və o, bu bölümdə işləyir.
Halil Fikret  XX əsrin 20-ci illərində  kitab əhli olan babarımıza Bakı Dövlət Universitetində psixologiya və pedaqogikadan dərs deyən professoplardandır.  O, Azərbaycan Respublikasının elml- ictimai həyatında əhəmiyyətli yeri olan türk qardaşlarımızdan biridir.Bakıya ali təhsil müəssisələrində işləməyə dəvət edilmiş,Azərbaycan Xalq Maarif Komissarlığında məktəbəqədər tərbiyə şöbəsinin müdirı vəzifəsində işləmişdir.  Halil Fikret Bakıda müxtəlif elmi jurnallarda, respublika və əyalət mətbu orqanlarında maarifçilik məsələlərinə aid onlarla elmi, elmi-metodiki, bədii- publisistik məqalə yazmışdır. Professor, tərbiyə doktoru Halil Fikrətin Bakıda S.M.Qənizadə, A.Şaiq, H.Cavid, M.S.Ordubadi, Q.R.Mirzəzadə, M.Mahmudbəyov,Ə.Cəfərov, A.İsrafilbəyov,C.Cəbrayılbəyli , Ə.Haqverdiyev kimi çoxlu əqidə və məslək dostları var idi. Halil Fikrət 1926- cı ildə Bakıdakı ən birinci dövlət nəşriyyatında, Maarif Komissarlığına tabe olan nəşriyyatda —Azərnəşrdə “Tərbiyə və tədris tarixi ” adlı ilk iri həcmli, 2 hissədən ibarət olan dərsliyini çap etdirmişdir. O, Bakıda üç il işləyəndən sonra Almaniyaya gedir,  çox qısa bir müddətdən sonra— 1927-ci ildə vətənə qayıdır, Konyada açılan Qazi Orta Müəllim Məktəbində müəllimlik edir. Bir müddətdən sonra bu məktəb Ankaraya köçürülür.  Halil Fikretin təşəbbüsü ilə burada pedaqojı bölüm yaradılır və o, bu bölümdə işləyir.
  1927-ci ildə Halil Fikrətin Ankarada ilk kitabı –”Coğrafiyanın tədris üculu” çap olunur. “Coğrafiyanın tədris üsulu” kitabının materialları Azərbaycanda toplanmış və Türkiyəyə çapa hazır vəziyyətə gətirilmidi. Bu kitabın yazılmasında Halil Fikretdən əvvəl türk dünyasında bir neçə coğrafiya dərsliyi yazan şamaxılı Qafur Rəşad Mirzəzadənin güclü təsiri olmuşdur.

..Mövzunun aydınlığı naminə deyilən bu qeydlərdən məlum olur ki, alman alimi Hans Stumme ilə yazdığı “Türkische Lesestoffe…” (“Türkiyə antologiyası ”)  kitabı məşhur Leipziq Universitetinin tələbəsi Halil Fikretin ilk əsəri deyil. Halil Fikretin 1916-cı ildən sonra da Hans Stumme ilə əməkdaşlıq etməsi güman edilir. Onun 1927 -ci ilin əvvəllərində Bakıdan Almaniyaya qayıtması da bu fikrə rəvac verir.
                                 
Alman alimi Hans Stumme və türk aydını  Halil Fikretin birgə yazdıqları  “Türkische Lesestoffe 
”(“Türkiyə almanaxı ” )  kitabı haqqında indiyədək  bu sətirlərin müəllifi və Haldun Cezayirlioğlundan başqa,  türkologiyada tutalı bir söz deyilməmişdir. ( Bəlkə də Almaniya və Türkiyə arxivlərində hələ də qatı açılmamış sənədlər var. Hər halda bu, ədəbi və elmi ictimaiyyətə məlum deyil ).

Əsərin birinci səhifəsində alman dilində yazılmış  ön sözdən -  “Vorbemerkunq”dan– giriş və izahat xarakterli yazıdan məlum olur ki, müəlliflər kitabın yazılması və araya-ərsəyə gətirilməsində zəngin ədəbi və elmi mənbələrdən istifadə etmiş, faktları diqqətlə araşdıraraq, türk dili və ədəbiyyatını öyrənmək istəyən avropalılara çox gözəl bir hədiyyə bağışlamışlar.

    2 -ci və 3-cü səhifələrdə o vaxtlar türk yazısında işlənən ərəb əlifbasının yazı sistemi, iki və dörd cür yazılan hərflərin yazı nümunələri və ayrı- ayrı səslərin qrafik işarəsi, hərflərin adı (elif,be, re, te, se, ğim, ha, dal, re, ze, sim…..sad, zad, lam, mim, nun, vav, je, lam-elif …, cəmi – 34) əyani şəkildə oxucuların diqqətinə çatdırılmışdır.

Müəlliflər oxucuların oxu prosesindəki işini asanlaşdırmaq üçün cüt səhifələrdə (2, 4, 6, 8 ,10, 12,14,16,18 və s) ərəb əlifbasından,təklərdə isə latın qrafikasından istifadə etmişlər.Ərəb qrafikalı xətlər , şübhəsiz ki, Halil Fikrətə məxsusdur).              

4-cü səhifədə 16 cərgədə sözlərin hərflərlə ifadəsi göstərilmişdir. Buradakı 139 sözün hamısının  latın qrafikalı yazılış forması sonrakı səhifədə- 5-ci səhifədə  yeni əlifba ilə təqdim olunmuşdur.Mənfəətdən xali olmadığı üçün onların bəzilərini sadalayırıq-baba,pak,tütün,tarla,baş,vadi, kartal,kar,yağ,bağ,corab,havi (əhatə edən-  N.N.),padişah,topal,toparlaq,sora,fani,qatı,bulut,lale,lüle, mal, madam,maşa..

 6-cı səhifədə qafiyə, omonim, paronim,sinonim kimi işlənə bilən sözlər 16 nömrə altında toplanmışdır. 7-ci səhifədə həmin sözlər latın qrafikası ilə təkrarlanmışdır. 
  
8 və 9-cu səhifələrdə də leksik materialların ərəb və latın qrafikalı təqdimatı verilmişdir.

Kitabın 10- cu səhifəsində “Zurub-i emsal” (zərbi məsəl- N.N. ) başlığı altında 16 nümunə verilmişdir. Bunların hamısı türk xalqları arasında geniş yayılmış, həyatın çətin sınaqlarından keçmiş nümunələrdir: “At ilə eşşək yarışamaz”, Adam odur ki, ikrarından dönməyə, “Az söyləmək çox söyləməkdən evladır”( daha yaxşıdır-N.N.),”Azı bilməyən çoxu heç bilməz” , “Yorğanına görə ayağını uzat”, “Dilin kemiyi (sümüyü-N.N.) yoxdur, amma kemiyi kırar”, “Yeməksiz qalmaq borc ilə kalmakdan eyidir” , Ya dəvə , ya dəvəçi” və s.11-ci səhifədə bu materiallarin latın qrafikalı variantı verilmişdir.

    Kitabın12-18-ci səhifələrində “Müxləlif lətifələr” başlığı altında müxtəlif yazılı və şifahi məxəzlərdən seçilmiş lətifələr toplanmışdır. Müəllilər daha çox əsl adı Əhməd olan tanınmış türk yazarı, şairi, egitimi,qəzetəçisi və xəttatı Faik Rəşadın (26 iyul 1851- 1914 ) 1328-cı ildə (hicri )Konstantinopolda çap etdirdiyi “Külliyyat-i – lətaif” əsərindən və Hoca Nəsrəddin lətifələrindən istifadə etmişlər.Təsəvvür yaratmaqdan ötrü onlardan bir neçəsini təqdim edirik:

   *Hastanın biri kendisini eyi eden bir doktora der ki, “doktor efendi, beni az zemanda eyi etdiyiniz içün size okadar medyun-i -şükranim ki, yaşadıkce oni bir dürlü ödeyemeyeceyim”. Hekim cevab olarak: “ödeyemeyeyek gibi deyil, efendim; hepsi yüz quruş-dur!” demiş.

   * Bir hasta adam karısına bir gün der ki: “aman, karı, odama , reca edirim, senden başka kimse girmesin, zira hastalığım sari ( yoluxucu-N.N.) və tehlikelidir”.            

    * Bir odada yatan iki arkadaş şu yolda bir muhawerede (danışıq, söhbət -N.N.) bulunmuşlar:

      Birinci arkadaş:yahu,bana bak”–İkinci: “ne var?”

      Birinci:uyuyormusun?” –Ikinci: “neden sordun?”

      Birinci:” bir para ödünc isteyecekdim!”—İkinci: (yorğanı başına çekerek):”uyuyorum,dostum!” cewabında bulunmuş.

 * Bir odada yatan iki arkadaş şu yolda bir muhawerede (danışıq, söhbət -N.N.) bulunmuşlar:

      Birinci arkadaş:yahu,bana bak”–İkinci: “ne var?”

      Birinci:uyuyormusun?” –Ikinci: “neden sordun?”

      Birinci:” bir para ödünc isteyecekdim!”—İkinci: (yorğanı başına çekerek):”uyuyorum,dostum!” cewabında bulunmuş.

   * Bir deyirmenci eşeyini önünə katmış gider imiş.Yolda köylünün biri buna rast gelüb: “böylə ikiniz nereye gidiyorsunuz?” deyince, degirmenci parmağıyle köylüyü göstererek:”üçümüz içün saman almağa gediyoruz “cevabını vermiş.    

12,14,16 və 18-ciı səhifələrdə ərəb əlifbası ilə yazılmış lətifələrin latın qrafikalı variantı verilmişdir.

   Kitabın 18-23-cü səhifələrində “Türkce şeirlər ” ümumi başlığı altında 1908-ci ildə yazılmış “Ordu marşı”, 10 mani və “Yabanda bulunurum ” adlı  32 misralıq iki hissəli bir şeir verilmişdir.

 Kitabdakı “Ordu marşı”nı müasir mətnlərlə müqayisə etmək üçün oxucu və tədqiqatçıların nəzərinə çatdırırıq.

 

                                          Ordu marşı

 

                                     1.Qrdumuz etdi yemin,

                                        titredi hak ü zemin,

                                        milleti etdi emin,

                                        açıldl rah-i-nevin.

                                                     ( Nakarat )

                                        sancağımız,şanımız,

                                        osmanlı ünvanımız,

                                        vatan bizim canımız,–

                                        feda olsun kanımız!

 

                                      2. terki-i-aram eylədik,

                                          cahd ü ikdam eyledik,

                                           neşr-i-meram eyledik,

                                           haqle kiyam eyledik.

 

                                            ( Nakarat )

 

                                      3. osmanlı ahfadıyız ,(neveleriyik-N.N.)

                                          biz vatan evladıyız,

                                          milletin efradıyız,

                                          hürriyet eşhadıyız.

 

  “Manilər”dəki 10 şeirin hamısı klassik, ənənəvi bayatıarı xatırladır. Bunların bəzisinin müəllifli bayatı olması şübhəsizdir.Anlaşıqlı olmaq üçün bir neçəsini nümunə göstəririk:

                                       Bağa gitdim nar içün,

                                       gül kopardım yar içün;

                                       analar kız doğurmuş,

                                       deli-kanlılar içün

 

                                               ***

                                        sabahdan sen kalkarsın,

                                        mektebe sen gidersin;

                                        meramın mekteb deyil;

                                       sen çapkınlık edersin!

                                                 ***

                                         hey, güzel kız, gelmezler,

                                         seni bana vermezler;

                                         eyil bir yol öpeyim,

                                         karanlıkdır,gürmezler.

                                         

    İki hissədə–1 və 2 nömrə ilə verilmiş “Yabanda bulunurum” şeirində “Memleketimdən uzağım, yabanda bulunurum” misraları 32 misralıq bu əsərdə 3 dəfə təkrar olunur. Şeir türk ədəbiyyatında “Qürbət türkiləri” adı ilə tanınan janrın ən gözəl nümunələrindən biri kimi qiymətləndirilə bilər:

                                      Ah ,o kızıl güllerinin 

                                      kokusu bana esse,-

                                      ah, beyaz camilerinin

                                      buhuru (ətri- N.N. ) bana gelse!

 

                                      lakin buraya gelemez

                                       senden ol şirin koku,

                                      zira denizlere sürer

                                      ruzgarların ordusu.

      

     Əsərin 24-cü səhifəsində gənc bir çocuğun dilindən söylənilən “Tərbiyəli bir qitə” adlı həyat proqramı–manifest səpkili maraqlı bir yazı yerləşdirilmişdir. Ərəb əlifbalı səhifədə başlıq göstərilməsə də , 25-ci səhifədə –latın qrafikalı variantda bu, aydın yazılmışdır.” Tərbiyəli bir qitə”nin müəllifi əsl adı Ömər olan,  “Tərcümani-həqiqət”, “Səadət”, “Bakıt” qəzetlərində müxbirlik,Qalatasaray Liseyində və “Məktəb-i-hüquq”da ədəbiyyat müəllimi işləyən, türk ədəbiyyatında Müəllim Naci (1850-1893) kimi tanınan söz ustasıdır.   Şair Müəllim Naci “Ateşpare”,”Şerare”,”Füruzan” və sair şeir kitablarının müəllifidir. O, ərəb,fars və frasız dillərindən çoxlu tərcümələr etmişdir.Ölümündən sonra “Yadigar-i-Naci” kitabı çap edilmişdir. Onun “Ömərin çocuqluğu” kitabı avtobioqrafik səciyyə daşıyır. Kitabda Ömərin çocuqluq həyatının ağrılı- acılı səkkiz ili  öz əksini tapmışdır.

     Haqqında geniş söhbət açılan kitabdakı “Tərbiyəli bir qitə”  “Ön söz”də yazıldığına görə Müəllim Nacinin “Təlimlül-qiraət” (oxu təlimi-N.N.) əsərindəndir. “Oxu təlimi ” kitabınıın Türkiyədə necə təbliğ olunmasını öyrənmək çox maraqlı görünür.

     “Tərbiyəli bir qitə”nin mütaliəsi elmə, təhsilə, ətraf mühitin öyrənilməsinə can atan çocuğun işıqlı fikirləri kimi çox maraqlıdır: “Derslerimi dıkkatla okursam, hatırımda kalır,unutmam. Okuduklarımı belledikce fikrim açılır, gitddikceməlumatım artar.Tenbel, itaetsiz olan çocuklar hiç bir şey öyrenemezler,cahil kalırlar. Ben oyle tenbel, itaetsiz çocuqlardan deyilim.Ben çalışacağım,öyreneceyim, cahil kalmayacağım”.

Əsərinin sonuncu materialı 27-31-ci səhifələrində çap olunan “Çanak-kaladan bir türk askerinin mektubu”dur. Bu, epistolyar üslubda yazılmış, dünya ədəbiyyatında, bəlkə də, analoqu olmayan bədii nəsr nümunəsidir. Məktub Birinci Cahan müharibəsində Çanaqqala uğrunda ölüm-dirim vuruşunda Vətənin müstəqilliyi uğrunda mübarizə aparan Mustafa adlı bir gəncin 18 kanun evvəl 1915-ci ildə Anafortadan anasına yazdığı təsirli bir məktubdur. Burada müharibə səhnələrinin bir sıra dəhşətli məqamlarından söz açılır. Məktubda anasının, karısının, oğlu Osmanın həyatı naminə özünü fəda eməyə hazır olan, ölümü gözləri ilə görən, yağı düşmənin ağır zərbəsini dadan, hələ həyatdan doymayan vətən əsgərinin düşmənlə barışmazlığı,ölümü ilə yaxınlarını ağladacaq və ağrıdacaq məqamlar göz önünə gətirilir. Mustafa onunla bir cəbhədə işğalçı düşmənə qarşı vuruşan , dostluqda sədaqətli və dəyanətli olan bir alman əsgərinin təmənnasız köməyi ilə sağ qalır.

     Gənc türk əskəri Mıstafanın harayı, müharibələrə dərin nifrəti əsərdə ustalıqla qələmə alınmışdır.

        İstanbul xəstəxanasında müalicədən sonra yenidən cəbhəyə gedəcəyini qəti qərara alan Mustafa anasına məktubunu bu sözlərlə qurtarir: “Şayəd ileride şehid olursam, karımı, oğlum Osmanı ve seni Allaha emanet ediyorum.Benim içün hiç ğam yemeyiniz. Vatanımızı,milletimizi və dinimizi kurtarmak içün burada şan və namus meydanında düşmenle çarpışmak ve icab ederse (lazım gələrsə N.N. ), ölmek sen da bilirsin ki, bizim içün en mukaddes bir vazifedir. Ve Allah-i-təala bunu bize Kuran-i-kerimde bir çok defa emr eylemişdir.Bu defalık senin ellerinden ve karımım,oğlumun da gözlerinden öperim, sevgili anacığım!

                                                                        Oğlun Mustafa”.

 Anaya müraciətlə başlayan məktub Məhəmməd Peyğəmbərin müqəddəs adlarından biri ilə qurtarır.

         P.S.Yazını hazırlayarkən texniki cəhətdən mənə kömək etdikləri üçün psixoloq, bu günlərdə ADA-ya yüksək vəzifəyə təyinat alan Zöhrə müəllimə,  şagirdlərə ingilis dilini ingilisdən yaxşı öyrədən  Aysel müəllimə,  fizika müəlimi Kəmalə xanıma, ixtisasca riyaziyyatçı olan şahmat ustası Rəhim müəllimə öz dərin təşəkkürlərimi bildirirəm.

   Sağ olsunlar, var olsunlar.”

 

                      İstifadə olunmuş ədəbiyyat

           1.Hans Stumme Halil Fikret .  Türkische Lesestoffe Handschrift im Ryka -Charakter...Leipziq,OTTO Harrassowitz.1916.

           2.Nazim Nasreddinov. Dr.Halil Fikret ten;Türkçe okuma Parçaları.04 aralık 2011. "Haldun Cezayirlioğlu   Koleksyonu".
        
           3.Haldun Cezayirlioğlu.  Türkçe, LatınHarfleriyle ilk kez 1916 Yılında mı yazıldı? 06 aralık  2011. "Haldun Cezayirlioğlu Koleksiyonu ".

           4.Nazim Nasreddinov. Yenə də Halil Fikret,yene de Türkische Lesestoffe,yene  de Hans Stumme. 07 aralık 2011.  "Haldun Cezayirlioğlu Koleksiyonu".

           5.Nazim Nəsrəddinov. Kim kimdir? (Türk dünyasınınilk psixologiya doktoru Xəlil Fikrət və yaxud   babalarımızın müəllimi). "Strategiya.az " saytı,   20.11.2012. 

          6. "Ziya"(1879-1884)  qəzeti .      

 

                           

                                                                        


Müəllifin digər yazıları

  1. Təzadlar, ay təzadlar....
  2. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  3. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  4. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  5. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  6. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  7. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  8. Testdən qəsdən danışmırıq
  9. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  10. Dərsliklərimizin halı və vəziyyəti
  11. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  12. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  13. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  14. Hırsızın gözü əlyazmalara düşdü
  15. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  16. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  17. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  18. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  19. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  20. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  21. Hacı Səid Əfəndi Ünsizadə-191
  22. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  23. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  24. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  25. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  26. Bir daha Ünsizadələr haqqında
  27. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  28. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  29. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  30. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  31. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  32. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  33. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  34. Bizə hansı elmlər lazımdır və yaxud ...
  35. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  36. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  37. Soyqırımı günündə dostumu itirmişəm
  38. Bu yaz bir başqa yazdır
  39. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  40. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  41. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  42. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  43. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  44. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  45. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  46. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  47. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  48. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  49. Dərgahdan başlanan yol
  50. Fikrin ifadə formalarından biri
  51. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  52. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  53. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  54. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  55. Təhsil tariximizin maraqlı səhifələri
  56. Təhsil tariximizdən maraqlı səhifələri
  57. Akademiklərin cərgəsindəki müəllim
  58. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  59. Mübarizə bu gün də var,sabah da...
  60. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  61. "Əkinçi" qəzeti-140
  62. Mustafanın Çanakkala məktubu
  63. Məktəbdə elm və texnologiya həftəsi
  64. Mübarizə bu gün də var, yarın da....
  65. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  66. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  67. Yazımızın tarixi-özümüzün tarixi
  68. Fikrət Sadıq -Dədə Qorqud
  69. Tədqiqatçı öz fikrində israrlıdır
  70. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  71. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  72. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  73. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  74. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  75. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  76. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  77. "Bağçasaraydan göndərilən məktub"
  78. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  79. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  80. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  81. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  82. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  83. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  84. Abdulla Şaiqin uşaq bağçası
  85. "Ziya"nın biblioqrafiyası
  86. Kasıblığın üzü qara olsun
  87. Bu gün M.Ə.Sabirin ad günüdür
  88. Keçən günə gün çatarmı ... - Fotolar
  89. Elmə yönələn yolun başlanğıcı - FOTO
  90. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  91. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  92. Ucundadır dilimin həqiqətin böyüyü ...
  93. İlk hesab dərsliyimiz
  94. Yusif Vəzirovun kölgədə qalan yazıları
  95. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  96. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  97. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  98. Dərslik, dərslik, yenə də dərslik...
  99. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  100. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  101. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  102. "ZİYA"lı ziyalı - Foto
  103. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-02-2017
20.02.2017 Sabahın havası
20.02.2017 Xaçmazda ev yanıb
20.02.2017 Ağsuda yanğın
19-02-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2093 san