13:44 30 Sentyabr 2014
4631 dəfə oxunub
Çap versiyası

 

Sarılıb qələmə ağladım yenə,

Çəkib çalın-çarpaz dağı sinəmə.

Heyiflər söylədim ötən dünənə

Bir parça ümidim qaldı sabaha,

Ucala bilmirəm, bilmirəm daha.

                    *****

 

 

 

Küsüb-barışdığım kəslər çoxalıb

Bu səssiz dünyamda səslər çoxalıb.

Azalıb bəxtim də, nəhslər çoxalıb

Bir parça ümidim qaldı sabaha,

Uduza bilmirəm, bilmirəm daha.

                    *****

Bahar güllərimi döyübdü dolu

Şeytanmı bağlayıb görəsən yolu?

Ucuzluq qoynunda gizlədib pulu

Bir parça ümidim qaldı sabaha

Utana bilmirəm, bilmirəm daha.

                    *****

Nə deyim, bu hələ son deyil bəlkə,

Salıbdır qəlbimə arzular kölgə

Çatmışam deyəsən, qarşımda döngə

Bir parça ümidim qaldı sabaha,

Qayıda bilmirəm, bilmirəm daha.

 

 


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
Saqqallı uşaq
10:25 29.11/2017
Sevdiyi qadını öldürmək
14:13 19.09/2017
 
Xəbər başlıqları
17-01-2018
17.01.2018 Sabahın havası
17.01.2018 Su kəsiləcək
17.01.2018 Neft ucuzlaşıb
16-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4309 san