11:18 01 Oktyabr 2014
4226 dəfə oxunub
Çap versiyası

  Bu yazının adını görüb çaşmayın. Elə bilməyin ki, oxucu cəlb etmək xatirinə adını belə qoymuşam. Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovun adını Azərbaycanlıların qatı düşməni, Zori Balayanın dişi tayı olan Silva Kaputikyanla bir müstəviyə endirmişəm. Yaxud da ki, vəzifəsinə yarınıb nəsə söz demək istəmişəm, müdafiə etmişəm. Əsla. Sadəcə oxuyun. Mən nəticə çıxarmışam. Oxuduqdan sonra isə nəticə çıxarmaq sizlikdir.

 

SAMVEL QRİQORYAN

Atamla bağlı xatirələri, lətifələri mənim yazılarımda çox izləmisiniz. Mənim müasirlərim olan Azərbaycan yazıçıları da artıq mənim qəhrəmanlarıma çevrilir. 1900-cü ildə anadan olan Süleyman Rəhimovdan üzü bu yana. Kimsə qələmimin yaxşı vaxtına düşür, kimsə də pis. Amma hamısında ortaq məxrəc var. Bütün bunlar Azərbaycan  yazıçılarının  sandıq ədəbiyyatıdır. Çox adamın gördüyü, heç kimin qələmə almadığı sandıq ədəbiyyatı. Düzdür “sandıq ədəbiyyatı” başqa mənada işlənir. Amma siz bunu memuar kimi adlandıra bilərsiniz.  Siz elə bilirsiniz ki, mən yazdıqlarımı Anar, Elçin Əfəndiyev, Vaqif Səmədoğlu, Elçin Şıxlı və adını bilmədiyiniz neçə-neçə yazıçı-şair övladı görməyibmi, bilmirmi?  Görüblər. Düzünü bilsəniz məndən on qat, bəlkə yüz qat  artıq  bilirlər. Amma ki, yazmırlar. Mənim fikrimcə İlyas Əfəndiyev, Rəsul Rza, Səməd Vurğun, İsmayıl Şıxlı, Mirzə İbrahimov, İmran Qasımov və neçə-neçə nəhəngin şəxsiyyəti onların yaradıcılığından qat-qat yüksəklərdə dayanır. Onların yaradıcılığını oxuyub öyrənə bilirik, amma həyatlarına yaxın gedə bilmirik. Bircə Anar “Sizsiz”  kitabını ortaya qoyub. Amma çılpaqlıqlara varmayıb. Sadə bir suala cavab verməyib. Səməd Vurğunla Rəsul Rza dost idimi, yoxsa... Özümə gəldikdə isə “Yarımçıq” romanım beynimdə hazırdır, qalıb kağıza köçürməyim.

Samvel Qriqoryan da mənim qonşum olub. Yox. Belə olmaz. Gəlin sizi yaxından tanış edim. Samvel Qriqoryan – Azərbaycan SSR-in Əməkdar Mədəniyyət işçisi, Azərbaycan SSR-in Xalq Şairi, 16 il Azərbaycan Ali Sovetinin deputatı. Yenə də qaranlıq qaldı sizə. Tanımadınız. Zori Balayanı “Ocaq” kitabına görə mənim nəslim yaxşı tanıyır, amma  Azərbaycan xalq şairi olmuş Samvel Qriqoryanın bir misrasını da bilən yoxdur. Nə sağlığında, nə də indi – öləndən sonra. Şəxsən mən qonşu Mahir də onun nə bir kitabının, nə də yazısının şahidi olmuşam. Baxmayaraq ki, atamın bütün kitabxanası yazıçıların avtoqraf verdiyi kitablar hesabına formalaşıb. Əgər mən tanımıramsa, onda indiki nəsil onu necə tanımalıdır?

1984-cü il idi. Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin  filologiya fakültəsinin 2-ci kursunda oxuyurdum. Tərcümə kursu açılmışdı. Mən də ora yazıldım. İlk müəllimimiz professor Bayram Tahirbəyov oldu. Sonradan onu Şamil Zaman əvəz etdi. Mənə qarşı çox aqressiv idi. Bilmirəm, bəlkə də özümü dərsdə pis aparırdım, ona görə.  Beşinci dərsdə şair Qabildən misal gətirdi. Uşaqlar da çönüb mənə baxdılar. O da niyə belə etdiklərini soruşanda, dedilər ki, bəs Mahir Qabilin oğludur da... Elə bil Şamil müəllimi kökündən dəyişdilər. Zəhləsi gedən mən oldum onun sevimli tələbəsi. Günlərin bir günü tapşırıq verdi ki, bəs özün seç. Rus yazıçılarından birindən tərcümə etməlisən. Mən də evə gəldim, axtardım atamın kitabxanasını. Nəhayət Şukşinin iki cildliyini tapdım. Niyə məhz onu? Çünki Şukşini aktyor kimi rollarını sevirdim. “Krasnaya kalina” bədii filminə dəfələrlə baxmışdım. Kitabda “İmtahan” adlı hekayə diqqətimi cəlb etdi. Bunu Şamil müəllimə dedim. Dərsdən sonra evinə dəvət etdi. Səhv etmirəmsə Verxni Naqornıda, köhnə birmərtəbəli evdə yaşayırdı. Birinci sözü bu oldu: “Mahir, mən fransız dilindən tərcüməçiyəm. Atan “Azərbaycan” jurnalında işləyərkən mənim Viktor Hüqodan etdiyim “Klod Qo” adlı tərcüməmi yüksək qiymətləndirib, çap edib. Ona görə də mənim borcumdur ki, səni tərcüməçi kimi yetişdirəm. Heç olmasa borcundan çıxam”. 

Düzü tərcüməçiliyə həvəsim vardı. Mehdi Mirkişiyevin qısa dərslərinə də qulaq asmışdım.  Amma indiki kimi bu sahəni dərindən dərk etmirdim. Atam demişkən. “Tərcümə etmək çətindir. Gərək oxuyasan, mənanı saxlayasan, sonra özün şeir yazasan. Bu daha asan tərcümədir”. Amma nəsrdə çox çətin idi. Məqsədim tərcümədən danışıb başınızı yormaq deyil. Bu mənim nəsr tərcüməsində sonuncu işim oldu.

O dövrdə, yəni ki 1984-cü ildə Samvel Qriqoryana Azərbaycan ədəbiyyatının digər nümayəndələri ilə birlikdə “Xalq şairi” fəxri adı vermişdilər. Bu bir mənalı qarşılanmamışdı. Dərslərin birində Şamil Zaman bu məsələyə münasibətini bildirdi: “Deyirlər ki, yox, düzgün deyil Samvel Qriqoryana bu adı vermək. Bilirsinizmi, Samvel Qriqoryan Mirzə Ələkbər Sabirin yaradıcılığını erməni dilinə tərcümə edib. Məhz bu xidmətinə görə halaldır ona”. Onda başa düşmürdüm bu sözü. Bəlkə Şamil müəllim də bu sözü məsələnin nə yerdə olduğunu bilmədən dedi. Bəlkə də bu fikir Samvel Qriqoryana yox, Böyük Sabirə olan məhəbbətin bir təzahürü idi. Amma indi başa düşürəm ki, ermənilər erməni dilində Sabiri oxuyandan sonra azərbaycanlıların portretini daha dəqiq, daha səhih yaratmağı bacarıblar.

Millət necə tarac olur olsun, nə işim var,

Düşmənlərə möhtac olur olsun, nə işim var.

Bu misralar görəsən Samvel Qriqoryanın “ifa”sında ermənicə necə səslənirmiş? Ermənicə bilmirəm, amma təsəvvür etmək çətin deyil erməninin yaratdığı azərbayan millətinin surəti.

 

BƏXTİYAR SADIQOV

 

AzTV-də “Xəbərlər”redaksiyasına təzə keçmişdim. Yazıları yazanda fellərin sonluğuna ıb,ib,ub,üb,  ya da  dı,di,du,dü artırıdım. Baş redaktorumuz Həsən Həsənov da bütün bunların üstündən qırmızı rəngli qələmlə xətt çəkib edirdi – mış,miş,muş, müş. Düzünü desəm, yaxud da desək bu cür oxunuş çox qıcıqlandırırdı məni, bizi. Hətta çəkilişlərə gedəndə digər jurnalist həmkarlarımız lağ da edirdilər. Adımızı mışmuş çağırırdılar. Əlavə də edirdilər ki, nə görmüsünüz e bu mışmuşda. Dili ağırlaşdırırsınız.

Amma “Xəbərlər” öz prinsipindən geri çəkilmirdi. Nəinki “Xəbərlər”, AzərTac İnformasiya Agentliyi, “Azərbaycan” və , “Respublika” qəzetləri də. Zaman ötdü. Televiziyamızda nəsil dəyişikliyi getdi. Mışmuşlar getdi, yerinə ib-iblər gəldi. Mışmuşlar ıb,ib-ə çevrildi. Amma  Azərbaycan, Xalq Qəzeti simasını qorudu. Bu gün də qoruyur.

 

SİLVA KAPUTİKYAN

Mən onu Zori Balayanın dişi variantı adlandırıram. Azərbaycanlıların bir nömrəli düşməni sayıram. Zori Balayanla birlikdə Qorbaçovun qəbuluna girib “Qarabaq bizim olmalıdır” deyə ultimatum verəndir Silva Kaputikyan. Azərbaycana, Azərbaycan xalqına nə qədər böyük nifrəti vardı onun, Allah bilir. Amma bir sözü yadımdan çıxmır. Bəlkə də qısa təhriflə ifadə edəcəm. Amma sizə də çatdırmağa borcluyam: “Azərbaycan dili gözəl dildir. Axıcıdır, şirindir. Qulaq asın bir: “Biri varmışşşşşşşş, biri yoxmuşşşşşşş””.

 

SON

Gəlin dilimizə qiymət verək. Onu qoruyaq. Adi mışuşumuzu qorumağa qadir deyiliksə, heç olmasa bu yolla gedənlərə - Bəxtiyar Sadıqova, Həsən Həsənova və onların kollektivinə mane olmayaq. Bunu heç müzakirə obyektinə  də çevirməyək.

 

 

 

 

 

 

 


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0817 san