09:19 09 Oktyabr 2014
8902 dəfə oxunub
Çap versiyası

   1989-cu il. Tətillər, mitinqlər, xaos. Xalq yazıçısı İsmayıl Şıxlının 70 yaşı bu dövrə təsadüf etdi. Cəmiyyət kimi yazıçılar da iki yerə bölünmüşdü. Əksəriyyəti danışır, xalqın haqq sözünü deyir, mitinqlərin qəhrəmanlarına çevrilir, bəziləri isə ümumiyyətlə dinmirdilər. Susmağı qızıl sayırdılar. O dövrə indi bu sözdən çiyrindiyimiz demokratiya deyirdilər. Qorbaçovun rusca  səsləndirdiyi “qlasnost” kəlməsi Azərbaycan dilinə “aşkarlıq” kimi tərcümə olunsa da, sonradan məlum oldu ki, bu açıq-saçıqlıq imiş.

O vaxt Azərbaycana Əbdürrəhman Vəzirov başçılıq edirdi. Tanımayanlara xatırlatmaq istəyirəm: Vəzirov Azərbaycanda Kirovabadın 1-ci katibi olub, sonra isə SSRİ boyda dövlətin Pakistanda Fövqəladə və Səlahiyyətli səfiri işləyib. Yenidənqurma dövründə isə Qorbaçov tərəfindən Azərbaycana 1-ci katib göndərilib ki, Heydər Əliyevi gözdən salsın. O, milli adam deyildi. Azərbaycanca çox əndrabadi danışdığından siyasi lətifələr də əsasən buraxdığı  dil xətalarının üzərində qurulurdu. Məsələn: “Mən qoz ağacları əkəcəyəm. Bir neçə ildən sonra hamı mənim qozlarımı yeyəcək”. Yaxud da tarlada işləyən kəndli qadınla söhbət zamanı:

-         Neçə uşağın var?

-         On, başına dönüm.

-         Kimnəndi?

-         Boy kimnən olacaq ki? Ərimdən.

Sonradan məlum olurdu ki, Vəzirov demə qadından “bütün günü işdəsən. Bəs uşaqları kimin yanında qoyub tarlaya gəlmisən? ” soruşmaq istəyirmiş.

Yaxud da mitinqçilər iqamətgahın qabağına yığışıb “İstefa, istefa!” qışqıranda, kabinetindəkilərdən soruşurmuş ki, “Camaat Mustafa, Mustafa qışqırır. Axı, bu Mustafa kimdir?” Yaxud da Azərbaycanın bütün kəndlərində hamam tikilməlidir. Əsas məsələ kənddə hamam məsələsidir. Bütün bunlar da Azərbaycan Dövlət Televiziyası ilə olduğu kimi yayımlanırdı.  

Deyirdilər ki, Vəzirov yerlibazlıqla mübarizəyə gəlmişdi. Amma sonradan məlum oldu ki, ətrafına Füzuli rayonundan doğulanları topladı. Birini rektor qoydu, birini cəmiyyət sədri, o birini dövlətin bir nömrəli qəzetinə baş redaktor. Mən bilmədiklərimi də bilənlər bilir.  Baş ideoloqu da Füzulili idi.

O dövrlər mitinqlərdə görkəmli  ziyalılar fəal iştirak edirdilər. İsmayıl Şıxlı, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Famil Mehdi, Qulu Xəlilov, Sabir Rüstəmxanlı. Atam da onlarla bir sıradaydı. Azad mətbuat yarandığına görə yazıçılar mətbu orqanlarda müxtəlif taleyüklü məsələlərlə bağlı yazılar  çap eləyirdilər. Atam da dilimizin saflığı və ictimai-siyasi proseslərlə bağlı böyük məqalələrlə çıxış edirdi. Yuxarılardan reaksiya çox da özünü gözlətmədi. Birinci ictimai rəyi formalaşdırmağa başladılar. Əvvəlcə “Molodyoj Azerbaydjana” qəzeti, daha sonra AzTV-nin “Günün ekranı” proqramında Gəncə şəhərinin sakinlərindən küçələrdə alınmış müsahibələr efirə getdi. Bir gün yox, hər gün. Sovet dövrü olduğundan vəziyyət təhlükəli həddə çata bilərdi. Vəzirovun isə milli qanı yox idi. Bir də ki, o Azərbaycana Heydər Əliyevi “vurmaq” üçün gəlmişdi. Qabil isə Heydər Əliyevin bir nömrəli müdafiəçilərindən  sayılırdı.

Belə bir zamanda İsmayıl Şıxlının Dövlət Dram Teatrında 70 illik yubileyinə yığışdıq. Zal dolu idi. Rəyasət heyətində indiki kimi təkcə yubilyar və aparıcı oturmamışdı. Qədim ənənələrə əsasən Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri səhnədə idilər. (Çıxış elədi-eləmədi - ənənə belə idi). Yadımda xalq yazıçısı Bayram Bayramov, Qabil, Qulu Xəlilov qalıb. Mən parterdə axırıncı sırada giriş-çıxış qapısının uanında oturmuşdum. Çıxışlar bir-birini əvəz edirdi. Yazıçılar təkcə İsmayıl Şıxlı yaradıcılığından yox, o dövrün fonunda İsmayıl müəllimin yaradıcılığından, yazdığı əsərlərin əhəmiyyətindən geniş bəhs edirdilər. “Dəli Kür” romanı öz yerində, mətbuatda təzəcə çapdan çıxmış, zəmanəylə səsləşən  sapı özümüzdən olan baltalar yazısı daha çox qabardılırdı. Qısaca da olsa bu hekayəni sizə də xatırladım.

Meşənin ağacları təşviş içində qocaman palıd ağacının yanına qaçırlar ki, bəs meşəyə insan gəlir, əlində də balta. O da soruşur ki, bəs balta nə olan şeydir. Izah edirlər ki, ucu iti, balaca dəmir parçasıdır. Qocaman palıd da gülür ki, əl boyda dəmir parçası bizə nə edə bilər ki? Cavab verirlər ki, bəs dəmir parçasının sapı özümüzdəndir - ağacdandır. (Nəyi təhrif etdimsə İsmayıl Şıxlının ruhundan üzr istəyirəm).

Bu yazı çap olunandan bugünədək İsmayıl Şıxlının “Sapı özümüzdən olan baltalar” ifadəsi zərbi-məsələ çevrildi. Bu gün də mətbuatda bu sözü işlədənlərə rast gəlirik. Bu sözü işlədib, İsmayıl Şıxlıya istinad etməyənlər! Bəlkə də bilmirsiniz. Bu məşhur ifadəni İsmayıl Şıxlı diriltdi. Bilirsinizmi kimə dedi bunu? Çox az adam bilir.  Və bu yazını da yazmağıma məhz bu ifadə səbəb oldu.

Qayıdaq Azdramaya. Yubiley davam edirdi. Çıxışçıların da çoxu öz təbriklərini çatdırıb qurtarmışdı. Bu an zalın arxasındakı qapı açıldı. Başda Əbdürrəhman Vəzirov, arxasıyca Nazirlər Kabinetinin sədri Ayaz Mütəllibov və digər yüksək vəzifəlilər zala daxil oldular. Səhnənin önünə qədər addımlayaraq birinci sırada əyləşdilər. Amma nə rəyasət heyətində oturanlar, nə də ki, zal ayağa qalxdı.  Heç əl çalan da olmadı. Gecənin aparıcısı durub “yubiley mərasimində Azərbaycan KP MK 1-ci katibi, yoldaş Əbdürrəhman Vəzirov, digər hökumət nümayəndələri iştirak edir” də demədi. Yubiley necə gedirdisə, eləcə də axarınca davam etdi. Daha doğrusu həmin vaxt söz professor Qulu Xəlilova verilmişdi. Bəlkə də Vəzirov direktor lojasına yox, bilə-bilə məhz zala  nümayişkaranə daxil olmuşdu ki,  yubiley iştirakçıları böyük hörmət əlaməti olaraq öz rəhbəri üçün ayağa dursun, əl çalsınlar. Amma belə olmadı.

Çıxış edənlər üçün səhnənin ortasında, “Juravlik” deyilən mikrafon qoyulmuşdu. Qulu Xəlilovla Vəzirovu iki addım ayırırdı. Qulu Xəlilov yuxarıda, Vəzirov aşağıda. Çıxışına Qulu müəllim dəvəyə məxsus bir xasiyyəti misal gətirməklə başladı. Çıxışın məğzi beləydi:

-         Övladda nəvə, dövlətdə dəvə deyiblər. Dəvə yiyəsinin əlindən çox tutur. Onu isti, qumlu sahillərdən keçirir. Amma sahibinə qarşı bir dəfə çıxır -  sahibi onu yerə yıxıb kəsmək istəyəndə. Sonuncu nəfəsində olsa belə, boğazına bıçaq dirənəndə özünü toparlayıb – Xxxxııı–tffu! deyə tüpürür yiyəsinin üzünə. İndi Azərbaycanın da boğazına bu cür bıçaq dirəyiblər.

Qulu Xəlilov Xxxııı-tffu  deməyini təsvir etməyə heyf ki, mənim qələmimim gücü çatmır. Qulu Xəlilov sözün əsl mənasında tüpürmədi. Gündəlik həyatda etdiyimiz bu prosesi sadəcə axıra çatdırmadı. Yəni ki, tüpürcək bayıra çıxmadı. Amma ovaxtkı bu hərəkəti anlamaq üçün sadəcə hamama girib bunu təkrar edin. Yox tüpürməyin. Sadəcə bu səsi ürəkdən qışqırın və bu zaman ovcunuzua ağzınızın qabağına tutun. Nə qədər ağzınızı bağlamaq istəsəniz də, istər-istəməz əlinizə tüpürcək dənələri düşəcək. Qulu Xəlilov səhnədə yuxarıdaydı, aşağıda isə, birinci sırada Vəzirov oturmuşdu. İndi fikirləşirəm ki, ona ünvanlanan bu misalla yanaşı, tüpürcəyin xırda zərrəciklərindən də Vəzirova  pay düşmüşdü.

Zaldan alqış, gurultu səsləri qopdu. Qulu Xəlilov yerinə əyləşdi. O sonuncu çıxışçı idi. Son söz isə yubilyarın idi. İsmayıl Şıxlı qırx beş dəqiqəlik çıxışının otuz dəqiqəsini dostu, qonşusu Qabilin müdafiəsinə həsr etdi. Daha doğrusu Qabilə  qarşı başlanılan kampaniyanı dəf etməyə başladı. Xətt isə “sapı özümüzdən olan baltalar” idi. Əlbəttə ki, bu “sap”lar birinci sırada əyləşmişdilər. Hər dəfə İsmayıl Şıxlı bu ifadəni işlədəndə sağ əlini aşağı salaraq üfüqi surətdə soldan sağa hərəkət etdirib, sanki birinci sıranı göstərirdi. Yox, səhv etdim. Sanki yox, elə birinci sıranı işarə verirdi. İşarə vermirdi. Dəvə tüpürmüşdü, İsmayıl Şıxlı isə sapları şillələyirdi.

Çıxış bitdi. Hamı ayağa durdu. Əl çaldı. Vəzirov səhnəyə qalxmadı. Elə aşağıdan  əl uzadıb İsmayıl əmini təbrik etdi və getdi.  Bununla da yubiley başa çatdı.

Ertəsi gün atam Qabilin əleyhinə başlanan kampaniya dayandırıldı. Hələ bir-iki dənə xoş söz də səsləndi televiziyadan. Vəzirovun ağzına isə təzə söz düşdü. Çıxış eləyəndə fikrini tam ifadə edə bilməsə də, bircə bunu deyirdi: “Sap məsələsi”. Ləzzət eləmişdi İsmayıl Şıxlının bu hekayəti ona. Deyəsən mənasını dərindən anlamamışdı. “Sap məsələsi” ifadəsini ziyalılar, o yubileydə iştirak edənlər başa düşürdü. Amma xalq başa düşmürdü. Çünki sapı özümüzdən olan balta – Vəzirovun dilindən “sap məsələsi”ni nəinki eşitmək, SAPI yerli-dibli qəbul belə etmək istəmirdilər. Necə ki, sonda belə də oldu.

 

 

 

 


Müəllifin digər yazıları

  1. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  2. NİZAMİ, QABİL BURDADI?
  3. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  4. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  5. "Arvad, qadın və sekskukla"
  6. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  7. Mahir Qabiloğlu - "Arvad və maşın"
  8. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  9. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  10. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  11. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  12. LUSİNE NERSESYAN, CAN, CAN...
  13. BULUDXAN XƏLİLOV VƏ MƏN
  14. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  15. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  16. AzTV nədir?
  17. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  18. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  19. TÖHMƏT
  20. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  21. JURNALİST VƏ XORUZ
  22. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  23. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  24. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  25. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  26. QAN
  27. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  28. Atam Qabilin “dərs”i
  29. “QATİLƏ”
  30. Hidayət Zeynalov nəvə toyu görmədi
  31. Öl deyəndə öl, qal deyəndə qal
  32. Arvada işim düşür...
  33. QURD YAĞI
  34. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  35. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  36. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  37. GÖZƏL İBRAHİM
  38. Zaur, bizi yetim qoyma!
  39. Mahir Qabiloğlunun köhnə arzuları
  40. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  41. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  42. Əmir Mustafayevin toyu
  43. HİDAYƏT VƏ FATMA
  44. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  45. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  46. Arvad, Allah verəndən gətir!
  47. İsmayıl Şıxlının böyük günahı
  48. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  49. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  50. Q. idi, Mən idim, Ş. idi...
  51. Bacarırsan yaşa, Bacarmırsan öl
  52. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  53. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  54. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  55. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  56. Sona Tağıyevanın məktəbi
  57. KİTAB OĞRUSU
  58. Ağasəlim Abdullayev, bağışla!
  59. BİZİM TELLİ PƏNAHQIZI
  60. Hacıbala Abutalıbovun Kişi sözü
  61. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  62. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  63. AĞACIN QARĞIŞI
  64. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  65. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  66. Milli komandamıza qara zurna kömək olsun
  67. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  68. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  69. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  70. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  71. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  72. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  73. RADİO VƏ DEPUTAT
  74. POLİS NƏCİB PEŞƏDİRMİ?
  75. Leyla Yunus papağı polisin başından qapdı və ...
  76. BOZQIRIN YALQUZAĞI
  77. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  78. DEBİL ARMEN -2
  79. DEBİL ARMEN - I
  80. Təhsil Nazirliyi və TQDK bir olsa...
  81. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  82. Vəzifəli balasından şikayət məktubu
  83. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-05-2018
22.05.2018 La Liqada yeni klub
22.05.2018 Neftin qiyməti
21-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.4362 san