08:49 13 Oktyabr 2014
5794 dəfə oxunub
Çap versiyası

        

         Çevrəmizdəkilərdən kimsə düşüncəsini, fikrini ifadə etmək üçün onu hər hansı bir formada, lakin tamamilə başqalarından fərqli bir şəkildə ifadə etmək bacarığını nümayiş etdirə bilirsə, biz ona istedadlıdır deyirik. Bu fərqlilik min illər boyu özünü biruzə versə də, əslində məkanından və zamanından asılı olmayaraq bir mədəniyyət çətiri altında birləşməyin yolunu göstərib bizə. Bizdən fərqli olanlar isə bu fərqlilikləri ilə heç zaman öyünməyiblər, əksinə, hər zaman bizimlə bir sırada addımlamağı bacarıblar.

         İstedad doğulur, ancaq onu mühit böyüdür, inkişaf etdirir. “O bəxti gətirənlərdən olmadı, yoxsa böyük istedad sahibi idi” ifadəsi hər halda bu gün adı gələndə fəxarət hissi keçirdiklərimizin necə keçməkeşli bir ömür yaşamasının bariz nümunəsidir. Yəni onlar da kiminsə kölgəsində qalıb var ola-ola  yoxluqları ilə barışa bilərdilər.

         Bizim ən böyük xoşbəxtliyimiz odur ki, biz öncəgörənlərdən fərqli olaraq “bizi nə gözləyir”i bilmirik. Gözləmək bəzən elə gözləntilərlə  yadda qalır ki, onu uzun müddət unuda, təsirindən çıxa bilmirsən...

         Elə biz də onu gözləyirdik. Muasir İncəsənət  Muzeyindəki sərgi polis əməkdaşının əl işlərindən ibarət idi. Keçən illər ərzində belə sərginin nümayiş olunmasına birinci dəfə idi ki, rast gəlirdim. Sabitliyi qorumaq, asayişin müdafiəsində durmaqla yanaşı, könlünü sözə, rəngə, fırçaya verib qəlbindəkiləri duyğularının dili ilə insanlara çatdıran həmkarlarımızın uğurlarını eşidəndə, şahidi olanda sevincimizin həddi-hüdudu olmur. Polisin adına ləkə yaxanlar, hətta onun qüruru ilə oynayanlar bilmirlər ki, polis həm də cəmiyyətimizin mədəni, elmi sferasında layiqli yer tutan insanların xidmət etdiyi bir qurumdur...

         Həmkarımız Rəşad Babayevin  “ADA” adlı fərdi sərgisində nümayiş olunan əsərlərlə “dil tapmaq” ilk baxışdan çox çətin görünsə də cəmi bir neçə dəqiqədən sonra anlayırsan ki, modernizm və postmodernizm üslubunda çəkilmiş əsərlər “baxmaq” və ya ona necə yanaşmaq fəlsəfəsini sərgiləyir bizə. Yəni kim necə baxırsa, mənalandırırsa elə də görür...

         Əlbəttə, həmkarımızın əsərləri barədə bu sahənin biliciləri daha dolğun fikir bildirə və ya onu təhlil edə bilərlər.

         Qarşısında dayandığımız rəsm əsərləri ilk baxışdan heç nə demir. Rənglərin qarışığı, qurulmuş ekspozisiya əvvəlcə yad bir adam kimi diqqətdən kənarda qalsa da, sonradan doğma izlər, isti rənglər səni özünə çəkir. Bu əsərlərdə yad heç nə yoxdur. Əgər bir düz xətt sənin fikrini harasa yönəldirsə və o düz xətt boyunca sən öz fantaziyanın gücünə inanıb onu canlandıra bilirsənsə, demək rəssamın iç dünyası ilə dil tapa bilmisən.

Əslində müasir incəsənətin bütün növləri bizi inandırmağa çalışır ki, yaradılmış nə varsa, hər birində ilahi bir məna yükü var. Hətta “lazımsız”dır deyib tulladığımız əşya belə təxəyyülümüzdə yaşanmış zamanın simvoluna, yada hər kəsin diqqətini cəlb edəcək bir sənət əsərinə çevrilə bilər.

Ümumiyyətlə, incəsənətdə bu yaxşıdır, bu pisdir meyarı yoxdur, sadəcə müqayisəli təhlil var. İnsanı düşündürən, inkişafa səbəb olacaq nə varsa, o qiymətləndirilir, ya yazılır, ya da çəkilir. Müşahidələrdən belə qənaətə gəlmək olar ki, “iz qoymaq”, tarixdə qalmaq artıq müasir incəsənətdə polemika mövzusu deyil, əsas məsələ insanlarda maraq oyatmaqdır. Bu isə dövrümüzdə həm çətin, həm də çox asandır. Sadəcə bir az ürəkli və optimist olmaq lazımdır...  

Həmkarımızın sərgisi ilə tanış olarkən əsərləri haqqında yazılmış bu fikirlər diqqətimi  xüsusilə çəkdi: “Rəssam Rəşad Babayevin incə və bir qədər sirli yaradıcılığı birbaşa danışmanı sevmir. Qeyri-fiqurativ incəsənət dilinə malik olan və məişət təfərrüatlarına böyük əhəmiyyət vermədən, rəssam tamın intuitiv anlamasına cəhd edir, onun əsərləri isə zamansızlığı ilə, qəribə qeyri-maddiliklə və son dərəcə sadəliklə fərqlənir. Öz şəxsi reallığını yaradan rəssam xəyallar dünyasına müraciət edərək, fikirlərə forma və enerji verir”.

Fərdi sərgisinə “ADA” adını verməsi həm də rəssam-polisin iç dünyasından xəbər verir. “ADA” niyə deyəndə cavab verdi: “Yaradıcı insanları mən ada kimi görürəm. Düzdür, ada kimi müstəqil insan yoxdur və hər insan materikin bir hissəsidir, ancaq unutmamalıyıq ki, bir misranı yazanda, rənglərin sehrinə düşmüş bir xətti çəkəndə onların həqiqətən də fərqli olduğunu görmək olur”...

         Qeyd edək ki, DİN BMİ-nin əməkdaşı, polis mayoru Rəşad Babayev 22 noyabr 1979-cu ildə Xaçmaz şəhərində anadan olmuşdur. 1997-ci ildə Amerika İnstitunun Beynəlxalq fakültəsini bitirmiş, təhsilini Bakı Dövlət Universitetində davam etdirmiş və 2001- ci ildə hüquq fakültəsini bitirmişdir. O, 2000-ci ildə rəssamlığa başlamazdan öncə hüquqşünas təhsili almışdır. İlk fərdi sərgisi 2004-cü ildə keçirilmişdir. Azərbaycan Rəssamlaq İttifaqının üzvüdür. 2005-ci ildən Londonda, Parisdə, Berlində, Romada keçirilən bir çox beynəlxalq sərgilərdə, eləcə də, 55-ci Biennalidə iştirak etmişdir. Rəssamın əsərləri Bakı Müasir İncəsənət Müzeyində və şəxsi kolleksiyalarda saxlanılır. 2012-ci ildən əsərlərə ssenarilər yazır və 2013-cü ildə Azərbaycan Kinematoqraflar Birliyində promo diploma layiq görülmüşdür.

         Yeri gəlmişkən, adı çəkilən sərgidə polis-rəssamın 30-a yaxın rəngkarlıq əsəri və 3 installasiyası təqdim olunur.

         


Müəllifin digər yazıları

  1. Söyməyə, yoxsa gəzməyə qərib ölkə...
  2. Tanıyın!... O, Azərbaycan Polisidir...
  3. Tarix yazan, tarixdə qalan qəhrəmanlar…
  4. 100-ə nə qaldı...
  5. Əsrin faciəsi, qəhrəmanlıq tarixi...
  6. “Gül var Xocalıdan sonra açılmır...”
  7. Nakomaniya ilə mübarizədə KİV-lərin rolu
  8. Ünvanına yetişən məktublar...
  9. Azadlığa can vermişik...
  10. Xilaskar
  11. Bir ömrün qazancı: inam və etibar... (FOTO)
  12. Bu köç hara gedir?...
  13. Uğurlu yollarla irəli…
  14. Tarixə dönənlər...
  15. Biz onları unutmadıq... FOTO
  16. Sizinlə qürur duyuruq… FOTOLAR
  17. Vətəndaşın güvənc yeri
  18. Könül adamı...
  19. Nəyi təbliğ edirsiniz, heç düşündünüzmü? Nəşələnib hallanıram...
  20. Kitab oxuduğunuza görə sizə təşəkkür edirəm …
  21. Vətənin başladığı yerdə… FOTOLAR
  22. Polisi sevənlər və sevdirənlər... (FOTO)
  23. “Mən Azərbaycanlıyam” demək haqqı...
  24. Bu, xilaskar ömrüdür...
  25. Uşaqlar ölməsin....
  26. Polis övladları-onları siz də tanıyın (FOTOLAR)
  27. Polis-döyüşə hazır əsgər kimi ...
  28. Tarixin yaratdığı, tarix yaradan Şəxsiyyət
  29. Xilaskarlar… (FOTO)
  30. Yeni maşınlar təqdim edildi
  31. Xocalıdan başlanan xilaskarlıq... (FOTO)
  32. “Vicdanlı” başlıqlar...
  33. Pirallahı-uzaq və yaxın yaşıl ada…
  34. Vətənpərvər və sağlam gənclik üçün…
  35. Vətən üçün, xalq üçün və gələcək üçün...
  36. Onun rəngli dünyası... (FOTO)
  37. Ölümün ağ rəngi... (Fotolar)
  38. “Artıq gecdir” deməmək üçün...
  39. Azərbaycan qadını-Müqəddəs və zəhmətkeş ömür sahibi…
  40. Görüşə polislər gəlmişdilər...
  41. Polislər bu nəcib işdə birincidirlər
  42. Haqqı görə bilmək xoşbəxtliyi...
  43. Bəxtiyar olmaq...
  44. Əbədiyaşar…
  45. Etibar edənlər peşman olmur…
  46. Bir həsrət yazısı…
  47. Tələsin insanlar...
  48. Azadlıq rəngli Bayrağım!
  49. Sabahı bu gün düşünək...
  50. Çətin qazanılan şirin nemət-Azadlıq…
  51. Sabitlik adlı sərvətimiz…
  52. Bu, müəllim ömrüdür: cəfakeş, qayğıkeş və əzabkeş bir ömür...
  53. 90 yaşın işığında… - FOTO
  54. İtirdiklərimiz…
  55. Təhlükəsizliyimizi qoruyurlar-yerin altında da… - Fotolar
  56. Dağ İlməzli məktəbinin məzunları və müəllimləri
  57. Çörək satıb, çörək qazanan qadın...
  58. AĞLAMA
  59. Qəhrəman şəhər və AZADLIĞA gedən yol...
  60. 20 yanvar-Vətən tarixi...
  61. Zəlimxan Yaqub həyatdan köçdü dedilər...
  62. Həmrəyliyə gedən yollar
  63. “Yox deməyi bacaraq”!!!
  64. On iki il, bir ömürlük həsrətdi hey....
  65. Vətən üçün...
  66. Mirzə Fətəlinin uzaqgörənliyi və ya dərviş Parisi partlatdı
  67. “Küçə uşaqları”nın gələcəyi...
  68. Çəkdim ki, izim qala...
  69. Kim haqlıdır? və ya “görünən dağa nə bələdçi”...
  70. Gələcəyimizin sağlamlığı üçün...
  71. “Sevdiyin və seçdiyin peşədə uğur qazanmaq da Vətənə xidmətdir”…
  72. “Söz”dən sonra….
  73. Vətən daşı olmaq üçün... Foto
  74. Ölüm ömrün sonu deyil… Foto
  75. Sədaqətindən, cəsarətindən, qeyrətindən Sən güc aldın, Azərbaycan Polisi!
  76. Xalq, dövlət və bayraq üçün… Foto
  77. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  78. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  79. Sən yanmasan, mən yanmasam...
  80. Məşhur Azərbaycan polisi ilə bağlı daha ətraflı… Foto
  81. Sahibsiz köçün hekayəsi...
  82. Rahatllıq da bir xoşbəxtlikdir...
  83. “Kapitan Kataniya” və ya “Qara rus polkovniki”... Fotolar - Xüsusi olaraq Strategiya.az üçün
  84. Gələcək üçün, gənclik üçün...
  85. Andına sadiq Azərbaycan Polisi…
  86. Vətən unudulmur, Vətən unutmur… Foto
  87. Ümidləri doğrultmaq üçün...
  88. İyirmi beş il, iyirmi beş qərənfil...
  89. Bir “həmkarıma...
  90. Bayram günlərində də...
  91. Bu, elə bir bəladır ki...
  92. “Uğur olsun”, deyirik…
  93. Azərbaycan deyiləndə ayağa dur ki...
  94. Hər atılan daşa...
  95. O, həmişə bizimlədir
  96. Bir oğul var... - Fotolar
  97. Qayğı da var, nəzarət də
  98. Görüşməyək, qorxuram...
  99. Dərdin adı Xocalı...
  100. Eşitdikləri xəbərdən, gördükləri mənzərələrdən qan iyisi gəlir az qala
  101. Bayrağımızı ucaldanlar... -Fotolar
  102. Rənglər danışır, biz isə susuruq...
  103. Vətəndaş kömək umur, kömək görür...
  104. Arzu dolu ömür yolu... - Foto
  105. Kaş, yuxum çin olaydı...
  106. Belə bir oğul vardı... - Fotolar
  107. Belə “qəhrəmanlıq” olmur...
  108. Ağ qadın
  109. Peşəkarlıq, məsuliyyət və nizam-intizam uğurların açarıdır
  110. Yollara
  111. Azərbaycan Polisi-illərdən və nəsillərdən yadigar...
  112. Həsrətinə bir film çəkmək istəyirəm...
  113. Bir gözəl gəzirəm məni öldürə
  114. Ürək
  115. Bir məktub, bir ailənin sevinci...
  116. 23 ay-23 il...
  117. Qayıtma
  118. Qocalar
  119. Həsrət
  120. Məktub
  121. Bir ömrün yuxusu
  122. Ayrılıq ölüm deyil...
  123. Ehtiyac ölümdən qorxuludur...
  124. Atamın 55 yaşı...
  125. Vətənin dərdini sevənlər çəkir... - Fotolar
Şərh yaz




Enter Code*:

Son xəbərlər
DİN və din
17:38 23.05/2018
 
Xəbər başlıqları
24-05-2018
24.05.2018 Şabranda ev yanıb
24.05.2018 Neft ucuzlaşıb
23-05-2018
23.05.2018 DİN və din

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.2163 san