11:57 13 Oktyabr 2014
7013 dəfə oxunub
Çap versiyası

Atasının ilkisi,

Burnu qara tülküsü.

Bu misraları ilkim olan qızım körpə Suğraya deyəndə gülür, sanki başa düşürmüş kimi əllərini yuxarı qaldırıb oynadırdı. Ailənin ilki olmaq böyük xoşbəxtlik sayılır. Lap özümdən götürüm. Mən dünyaya gələndə çox adama titul vermişəm. Mənim sayəmdə ata, ana, dayı, xala, baba, nənə olublar. Bu bir ailənin, yaxud da hər bir ailənin yaşadığı sevincdir. Yəqin ki, mənim ilk cümlələrim hamınıza çox doğma gəldi.  Əmir Mustafayev də ailənin ilk nəvəsi oldu. Yazıçı-jurnalist Əmir Mustafayevə babalıq titulu verdi.

 

QONŞU ƏMİR MUSTAFAYEV

 

Sovetlərin vaxtında  yazıçılar aləmində dövlətin təsbit etdiyi bir qanun vardı. Rəsmi dildə desək, kim öz yaradıcılıq şəraitini daha da yaxşılaşdırsaydı, yəni ki, yeni, daha yaxşı mənzilə köçsəydi, köhnə evini Yazıçılar İttifaqına təhvil verməliydi. O mənzilə də növbəsi çatmış başqa bir yazıçı ailəsi köçməliydi. Bizdən bir mərtəbə yuxarıda xalq şairi Samvel Qriqoryan yaşayırdı. O köçəndən sonra bu ev Elçin Əfəndiyevə verildi. İlyas Əfəndiyev Domsovetin arxasında daha yaxşı ev aldıqdan sonra Elçin elə həmin binada yaşamış atasının mənzilinə köçdü, ata-baba yurduna yiyə durdu. O evə Yasamaldakı mənzilini təhvil verən Əmir Mustafayev köçdü. Əmir Mustafayevi – Əmir əmini ilk dəfə onda tanıdım.

Gözəl ailəsi vardı. Həyat yoldaşı Ofelya xala, oğlu Samir, qızı Samirə. Mənimlə yaşıd idilər. Çəmənzəminlinin nəvələri Leyla və Yusif, Zeynal Xəlilin nəvələri Vildan, Vüqar və Aygün, Xəyyam Mirzəzadənin oğlanları Fəxri və Pərvin, İsa Hüseynovun qızı Sevincdən ibarət həmyaşıdlar dəstəsinə Samirlə Samirə də qoşuldular. Bir sözlə atalarımız dost idisə, biz də dost olmalıydıq. Bakı dilində buna məhlə uşağı da deyirdilər.

 

 

 

 

VƏZİFƏ BÖLGÜSÜ

 

İsti yay günlərindən biri idi. Üçüncü sinfə keçmişdim. Yay tətilindəydim. Atam maşını qarajdan çıxartdı. “Dənizə gedirik” dedi. Əmir əmini hayladı. Oturduq maşına yola düşdük. Yolüstü Domsovetin arxasındakı binanın qarşısında İsmayıl Şıxlı – İsmayıl əmi də maşına əyləşdi. O dövrdə atam “Azərbaycan” jurnalında şöbə müdiri idi. Baş redaktor isə yox idi. Bu vəzifəni baş redaktorun müavini, şair Novruz Gəncəli icra edirdi. Gəldik çıxdıq Pirşağı sahillərinə. Atam turist stol-stulunu açdı. Üstünə qəzet saldı. Əvvəlcədən hazırladığı azuqəni süfrəyə düzdü. Azuqə deyib sizi nigaran qoymayım. Soyutma kartof, yumurta, təzə pomidor-xiyar, pendir, kolbasa, çörək, Vinzavod-2-nin arağı, mineralnı, balıq konservası. Süfrəni düzəldib dedi ki, bir suya baş vurub gəlirəm. Azca keçməmiş qayıtdı. Araq açıldı. Badələrə süzüldü. Sağlıq deyildi. Əlbəttə ki, birinci İsmayıl Şıxlının sağlığına. Böyük o idi. Bir az zakuskadan sonra atam təklif verdi ki, girək bir çimək, sonra davam edərik. Tez stolun üstündəki yeməkləri baqaja yığdıq ki, birdən sahildə gəzən ac-yalavac itlər daraşar. Baş vurduq suya. Sahildən xeyli uzaqlaşdıq. Su boy verirdi. Bu zaman İsmayıl əmi:

-         Qabil, bu gün dedilər ki, gəl “Azərbaycan” jurnalına rəhbərlik elə.

-         Əla, mirzə. Razı oldun?

-         Yox.

-         Niyə?

-         Nəsə istəmirəm. Kiminlə işləyəcəyəm ki? Üz-göz olacağam yazıçılarla.

 

İsmayıl əmi vəzifə sevməzdi, vəzifədən qaçan adam idi. Lenin adına Pedaqoji universitetdə dərs deməyi – müəllimliyi bütün vəzifələrdən üstün tuturdu. Abrını da qoruyan adam idi. Heç kimin xətrinə dəyməyi xoşlamazdı. “Azərbaycan” jurnalı da çox qəliz yer sayılırdı. Yüksək qonorar fondu vardı. İstəsən də istəməsən də kiminsə iqtisadi ayağını tapdalayacaqdın.

-         Ay mirzə,- deyə atam dilləndi,- mən ölməmişəm ki? Götürərsən özünə müavin – sənə kömək edərəm.

-         Yaxşı, Qabil, tutaq ki, səni müavin götürdüm. Bəs məsul katib?

-         Məsul katib də olsun Əmir. Əmirdən yaxşısını tapacaqsan? Əl-ələ verib işləyərik.

Xəzərin qoynunda, su boy verən yerdə aparılan vəzifə bölgüsü ertəsi gün Yazıçılar İttifaqının iclasında öz rəsmi təsdiqini tapdı. İsmayıl Şıxlı baş redaktor oldu, Qabil müavin, Əmir Mustafayev isə məsul katib.

 

ƏMİR ƏMİ İÇƏN DEYİLDİ...

 

Əmir əmi spirtli içki içmirdi. Amma qəribəsi o idi ki, bizdə yemək-içmək məclisi olanda o da dəvətlilər sırasında olurdu. Sadəcə badəni toqquşdurar, dodağına vurub yerə qoyardı. Atam ha tövr edirdisə, “yoldan çıxara bilmirdi” Əmir əmini.

Yaradıcı aləmdə belə bir qayda var. Yazıçı yazdığını çapa verənəcən kiməsə oxumalıdır. Bu baxımdan ilk əlinə keçən arvadı olur. Sonra isə zövqünə inandığı  dostlar gəlir. Atam yenicə rübailər yazmağa başlamışdı. Günə hardasa ikisini, ya birini yazırdı. Təsəvvür edin də - bir günə dörd misra. Sonra zəng edirdi Əmir əmiyə ki, “düş aşağı”. O da gəlirdi.

-         Əmir qulaq as.

Kişi adam vurar, adam dolamaz,

Kişi təslim olar, quyruq bulamaz!

Arvad qabağında boşqab sındırıb,

Kişi qabağında boşqab yalamaz!

Necədi, Əmir?

-         Əla, Qabil müəllim.

-         Onda bunu yumaq lazımdır.

Tez süfrə açılırdı. Allah verəndən düzülürdü stola. Əmir əmi “İç də!” təzyiqlərinə tab gətirirdi. Amma 870 rübaidən 340-cı dünyaya gələndə Əmir əmi “sındı”. Oldu əsl yeyib-içən oğlan.

 

İNCİKLİK

 

1993-cü ildə Əmir əminin hansısa şəxs haqqında məqaləsi çıxmışdı. Bu da atamı çox əsəbiləşdirmişdi. Həcvə yaxın bir şeir yazıb çap elətdirdi. Amma hirsi soyuyandan sonra ona “Şeytana lənət” adlı şeir də həsr elədi Əmir əmiyə.

 

Ürəyimdə salam-kəlam xiffəti,

Bu xiffəti yozan şeytana lənət.

Müqəddəsmiş qonşuluğun ülfəti –

Bu ülfəti pozan şeytana lənət.

 

Sənnən böyük, sənnən uşağam, Əmir!

Küdurətdən-kinnən uzağam, Əmir!

Sən də yarpaq, mən də yarpağam, Əmir,

Novruz günü qopan tufana lənət!

 

Kaş qəlbimə toxunanda dinəydim,

Ağzın üstə tərs şilləyə dönəydim.

Sən qalxaydın, mən də bir az enəydim

O mərtəbə, o pilləkana lənət!

 

Yaxınların yaxınısan bizə sən,

İnanmıram bu küsüyə dözəsən.

Rəva qıldın niyə köntöy sözə sən

Həmən cümlə, həmən lisana lənət!

 

Çıxmasın ki, üzrü xəlvət istərəm...

Olan olub... gəlib minnət istərəm...

Bərpasına möhtac hörmət istərəm

İpək telə mürgə salana lənət!

 

Saralacaq qəzetlərin varağı...

Silinəcək həm haqqı, həm nahaqqı.

Sönməyəcək qonşuluğun çırağı –

Bu çırağa əli uzana... lənət!

 

İynə-sancaq bükülməsin əsgiyə...

Nə ehtiyac adam boğan tüstüyə?

Gəl, əl verək, keçsin isti istiyə

Pünhan-pünhan körük basana lənət!

 

Biz kişiyik, düzələcək aramız,

Bir sağlıqla sağalacaq yaramız...

Arvad-uşaq arasında aramız

Belə qalsa – anda-amana lənət!

 

Bu pilləkan – son mənzilin yoludur,

Bəlkə də son ayın-ilin yoludur,

Həm Əmirin, həm Qabilin yoludur

Qiyamətə qurdla qalana lənət!

 

29.03.1993

 

PREZİDENT HEYDƏR  ƏLİYEVİN İLKİ

 

Əmir Mustafayev çox sakit, həlim  adam idi. Amma 1985-90-cı illərdə yazılarıyla öz sözünü kəskin deyirdi.  Heydər Əliyevə böyük məhəbbətinin təzahürü idi ki, ümummilli lider təqaüdçü həyatı yaşayanda rəhbərlik etdiyi “Respublika” qəzetində onunla bağlı böyük məqalələrini, müsahibələrini oxucularıyla bölüşürdü. Bölüşmək azdır. Əmir Mustafayev əlində qələm Heydər Əliyevin müdafiəsinə qalxanların sırasında ilk jurnalistlərimizdən idi. Təzyiqlərə də məruz qalırdı. Vəzifəsi də kiçildilirdi.

Heydər Əliyevin 1993-cü ilin iyunun 15-də hakimiyyətə qayıdışı proseslərini diqqətlə izləyirdim. Bu olayları Azərbaycan televiziyası canlı yayımlayırdı. Və ilk iclasda Heydər Əliyevin ilk əmri bilirsinizmi nə oldu? Əmir Mustafayev “Azərbaycan” qəzetinin baş redaktoru təyin olundu. 1998-cu ilin dekabrında “Tərəqqi” medalı təsis olunduqdan sonra isə, ilk dəfə bu medala məhz Əmir Mustafayev layiq görüldü. Heydər Əliyev qiymət verdiklərinin sırasında  Əmir Mustafayev ilk oldu.

 

HAVA NECƏ OLACAQ?

 

Təkrar da olsa qısaca xatırladım. Atam 70 illik yubileyi ərəfəsində “Hava necə olacaq?” adlı şeir yazdı. Müxalifət mətbuatından olan bir qəzetin ünvanını məndən soruşdu. Dedi ki, şeiri ora aparıb verəcəm. Etiraz etdim. Təkidlə “Əmir əmiyə ver, qoy baş redaktoru olduğu  “Azərbaycan” qəzetində çap eləsin də...” Yox,  verməz, -dedi. O suyu üfürə-üfürə içir. Dövlət qəzetində belə şeir verər? Çıxardarlar onu işdən. Amma indıma ram olub bir mərtəbə yuxarı qalxdı. Şeiri Əmir əmiyə verdi. Həmin gün dəng oldum. Elə hey “Əmir onu verməyəcək. Sənə nahaq qulaq asdım” deyirdi. Amma ertəsi günü qəzetdə şeirini görəndə fikrini dəyişdi. Bu şeiri çap eləməyi ilə Əmir əmi vətəndaşlıq mövqeyini bir daha ortaya qoymuşdu.

 

ƏMİR MUSTAFAYEVİN TOYU

 

Əmir əmi bu vəzifədə ömrünün sonunacan qalacaqdı. Amma, səhhətiylə bağlı işdən uzaqlaşdı. Prezident təqaüdünə layiq görüldü. Çox keçmədi vəfat etdi.

Oktyabrın 11-i isə Əmir Mustafayevin toyu idi. Yəqin ki, məni düz başa düşdünüz. Yazıçı Əmir Mustafayevin ilki-nəvəsi Əmir Mustafayevin toyu. Mən də iştirak edim. Mustafayevlər ailəsinin sevincinə qoşulub sevindim. Stolun üstündə hər şey vardı. Üç cür Rossiyski araq, asaterin balığından hazırlanmış yeməklər, qara-qırmızı kürü, daha nələr, nələr. Müğənnilər, oynayanlar, şadlananlar. Tək bircə  şey çatmırdı. Baba Əmir Mustafayevlə, nənə Ofelya xalanın xeyir-duası.


Müəllifin digər yazıları

  1. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  2. NİZAMİ, QABİL BURDADI?
  3. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  4. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  5. "Arvad, qadın və sekskukla"
  6. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  7. Mahir Qabiloğlu - "Arvad və maşın"
  8. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  9. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  10. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  11. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  12. LUSİNE NERSESYAN, CAN, CAN...
  13. BULUDXAN XƏLİLOV VƏ MƏN
  14. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  15. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  16. AzTV nədir?
  17. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  18. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  19. TÖHMƏT
  20. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  21. JURNALİST VƏ XORUZ
  22. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  23. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  24. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  25. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  26. QAN
  27. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  28. Atam Qabilin “dərs”i
  29. “QATİLƏ”
  30. Hidayət Zeynalov nəvə toyu görmədi
  31. Öl deyəndə öl, qal deyəndə qal
  32. Arvada işim düşür...
  33. QURD YAĞI
  34. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  35. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  36. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  37. GÖZƏL İBRAHİM
  38. Zaur, bizi yetim qoyma!
  39. Mahir Qabiloğlunun köhnə arzuları
  40. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  41. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  42. Əmir Mustafayevin toyu
  43. HİDAYƏT VƏ FATMA
  44. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  45. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  46. Arvad, Allah verəndən gətir!
  47. İsmayıl Şıxlının böyük günahı
  48. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  49. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  50. Q. idi, Mən idim, Ş. idi...
  51. Bacarırsan yaşa, Bacarmırsan öl
  52. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  53. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  54. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  55. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  56. Sona Tağıyevanın məktəbi
  57. KİTAB OĞRUSU
  58. Ağasəlim Abdullayev, bağışla!
  59. BİZİM TELLİ PƏNAHQIZI
  60. Hacıbala Abutalıbovun Kişi sözü
  61. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  62. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  63. AĞACIN QARĞIŞI
  64. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  65. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  66. Milli komandamıza qara zurna kömək olsun
  67. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  68. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  69. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  70. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  71. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  72. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  73. RADİO VƏ DEPUTAT
  74. POLİS NƏCİB PEŞƏDİRMİ?
  75. Leyla Yunus papağı polisin başından qapdı və ...
  76. BOZQIRIN YALQUZAĞI
  77. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  78. DEBİL ARMEN -2
  79. DEBİL ARMEN - I
  80. Təhsil Nazirliyi və TQDK bir olsa...
  81. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  82. Vəzifəli balasından şikayət məktubu
  83. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-02-2018
19-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5317 san