15:27 24 Oktyabr 2014
16390 dəfə oxunub
Çap versiyası

Atam Qabilin  qəribə bir xasiyyəti vardı. Onu televiziyaya, verilişə çağıranda əksəriyyətindən imtina edərdi. Bir dəfə soruşdum ki, niyə belə edir? Cavab verdi ki, “hər gün ekranda görsənib tamaşaçıların gözünü mazol etmək istəmirəm”.

Ömrünün axırında isə bu qaydaya əməl etmirdi. Xüsusilə də AzTV-nin Ədəbi-Dram redaksiyasından nə vaxt zəng edirdilərsə, çəkilişə həmən razılıq verərdi. Fikirləşdim ki, yəqin yaşlaşıb. Ömrünün sağ çağlarını gələcəkdə ölü lentin yaddaşında yaşatmaq istəyir. Amma yenə də soruşdum. Dedi ki:

-         Zəng edirlər ki, Mirzə İbrahimov, Süleyman Rüstəm, Əliağa Kürçaylı, Əhməd Cəmil və digərləriylə bağlı verilişlər hazırlayırıq. Sən də onlar haqqında xatirələrini danış. Etiraz etməyimi gördüm. Dedilər ki, Qabil müəllim o dövrdən iki-üç nəfər qalıb ki, biri də sizsiniz. Axı, biz kimə zəng edək?

Atamın bu sözlərini görkəmli şair, qonşumuz Zeynal Xəlilin 100 illiyinə həsr olunmuş xatirə gecəsində -  Yazıçılar Birliyinin 39 yaşlı yeni katibi İlqar Fəhminin 40 il bundan əvvəl ölən şair Zeynal Xəlil haqqında söz deyəndə - daha dərindən başa düşdüm. Əgər buna söz demək mümkünsə. Bu çıxış onun sadəcə vəzifə borcuydu ki, qabağında plyus işarəsi qoydu.  Zeynal Xəlili tanıyan, sağlığında ünsiyyəti olan, ona “Zeynal əmi” deyən qonşusu Elçin Əfəndiyev, 80 yaşlı Fikrət Qoca və Anar isə yubiley mərasimində yox idilər. Yəqin yaddan çıxarıblar ki, o dövrdən artıq bu üçü qalıb. 20-ci əsrin ortalarının ədəbiyyat tarixinin canlı ədəbiyyat nümayəndələrinin yarpaq tökümü başlanıb.

 

Mən isə onda uşaq idim. Qonşumuz Zeynal Xəlili Zeynal əmi, həyat yoldaşı Zəkiyyə xanımı isə Zəkiyyə xala çağırırdım. Oğlanları Rza, Etibar və qızları məndən yaşca böyük olsalar da, nəvələri Vildan, Vüqar, Aygün mənimlə həmyaşıd idilər. Həyətdə bir yerdə oynayırdıq. Zeynal Xəlil İlyas Əfəndiyevlə qapıbir qonşu idi. Çox sakit, mülayim adam idi.  İlyas Əfəndiyev, Zeynal Xəlil, Mirmehdi Seyidzadə həmişə balkonda oturub küçəni seyr edərdilər. Yox, indi başa düşürəm ki, bu seyrdə fikrə dalırmışlar. Bu aləmdən onları nəvələrin şıltaqlıqları ayırardı. Hüsü Hacıyev küçəsi 19-un qabağından keçəndə sanki indi də onları balkonda oturan görürəm.

Mən balaca olduğumdan Zeynal əmini şair kimi yaxşı tanımırdım. Yəni ki, oxumağı hələ bacarmırdım. Amma atamın dediklərindən  bilirdim ki, o dövrün görkəmli şairidir. Azərbaycanın Əməkdar İncəsənət xadimidir, İndinin “Şöhrət” ordeninə bərabər – SSRİ-nin “Şərəf nişanı” ordeniylə təltif olunub, şair, dramaturq, tərcüməçidir. Amma bütün bunlara baxmayaraq Zeynal əmi mənimçün sadəcə dostlarım Vildan, Vüqar, Aygünün babaları idi. Atamın kitabxanasını da avtoqrafıyla bağışladığı kitablar bəzəyirdi.

Mənim yeddi yaşım olanda Zeynal Xəlil rəhmətə getdi. Böyük izdiham vardı. Vida mərasimi ali insanlara göstərilən hörmətin təzahürü sayılan Dzerjinski adına klubda (indiki Şəhriyar mərkəzi) keçirildi. Zeynal Xəlil 2-ci Fəxri Xiyabanda dəfn edildi.

           O vaxtdan bizi düz 41 il ayırır. Hüsü Hacıyev küçəsi suyu qurumuş bulağa bənzəyir. Divarlarını xatirə lövhələri bəzəyir. Bu xatirə lövhələri arasında Zeynal Xəlilin də öz guşəsi var.  Amma o sənətkar xoşbəxt sayılır ki, o xalqının, insanların  ürəklərində yaşasın. Bu sözü bir dostumun yanında dedim. Dedi ki, axı mən Zeynal Xəlili tanımıram. Başqa birinin yanında onun haqqında söz açdım. O da dedi tanımıram. Amma televiziyalardan birinin musiqi redaksiyasının baş redaktoru mənə “Zeynal Xəlili tanımıram” deməsinə dözmədim. İki misra oxudum.

 

Kimlər gəldi, kimlər getdi,

Bu dünyadan, bu dünyadan.

Üzü güldü. “Bunu Zeynal Xəlil yazıb? Bilirəm bu mahnını Mirzə Babayev oxuyurdu. İndi də gənclər oxuyur”  Dedim ki, “Hə. Bunu Zeynal Xəlil yazıb, mənim Zeynal əmim”.  İki misra da oxudum:

 Fikrimdə aylı, ulduzlu,

Asiman var, bu gecə!

Könlümdə körpə quzu tək

                                 Bir umman var, bu gecə!

 

Yenə gülümsündü. “Bunu da Zeynal Xəlil yazıb? Hüseynağa Hadıyev oxuyurdu bunu. Mahnısı da gözəldi, sözləri də”. Başqa iki misra da oxudum:

Mən səni gördüm

                        ay işığında

Könlümü verdim

                        ay işığında

“Gözəl mahnılardır”,-  dedi. – “Qızıl fond”umuzdadır. Nərminə Məmmədova, Şövkət Ələkbərovanın unudulmaz ifaları”.  Dostumdan bir də soruşdum:

-         Bəs deyirdin ki, Zeynal Xəlili tanımıram?

Başını aşağı saldı. Bu mahnıları oxuyanların hamısını tanıdı. Adbaad dedi. Amma Zeynal Xəlilin bu gözəl şeirlərinə mahnı bəstələyən Qənbər Hüseynlini, Emin Sabitoğlunu, SSRİ xalq artisti Soltan Hacıbəyovu yadına sala bilmədi. Sanki “Hər aşığın beş günlük dövranı var” el misalı öz yerini dəyişib. Oxuyanlar yaşayır, mahnını yaradanların adı isə yaddan çıxır. Amma yaxşı ki, adları yaddan çıxsa da, yaratdıqları ürəklərdədir. Bir qonşu, şair oğlu kimi bu yazını yazdım ki, həmişə ürəyinizdə gəzdirdiyiniz, yaşatdığınız insanın adını bundan sonra heç unutmayasınız. Qonşum, şair Zeynal Xəlili. Onu da yaddan çıxarmayasınız ki, Azərbaycan ədəbiyyatı tarixində çox şair olub,  onlar çoxlu-çoxlu şeir yazıblar. Amma Zeynal Xəlil kimi poeziya nümunələri  yadigar qoyub gedənlər barmaqla sayılır.

 

Zeynal Xəlil

 

BU GECƏ

                                                                                  Füzulini anarkən

 

Fikrimdə aylı, ulduzlu,

Asiman var, bu gecə!

Könlümdə körpə quzu tək

                                 Bir umman var, bu gecə!

 

Həmdəmim - sıldırım dağlar,

                                 Buludlardır, bu gecə!

Qonağım qırmızı güllər,

                                 Göy otlardır bu gecə!

 

Şimşəyə çaxma desəm mən,

                                   İnan çaxmaz, bu gecə!

Araza axma desəm mən,

                                   Bil ki, axmaz, bu gecə!

 

Bircə sən yoxsan, əzizim,

Bilir aləm, bu gecə!

De, neçin olmadın, ey yar,

Mənə həmdəm, bu gecə!

 

1964  

 

KİMLƏR GƏLDİ, KİMLƏR GETDİ

 

Kimlər gəldi, kimlər getdi,

Bu dünyadan, bu dünyadan.

Arif olan nakam getməz,

Bu dünyadan, bu dünyadan.

Hər dövranda bir gərdiş var,

Min rəng çalır bu ruzigar,

Hünər göstər, bir şey apar

Bu dünyadan, bu dünyadan.

Zeynal  gəzər el-obanı,

Gözəllərdir din-imanı.

Bir gün köçər öz karvanı

Bu dünyadan, bu dünyadan...

 

1942 

 

AY İŞIĞINDA

 

Mən səni gördüm

                        ay işığında

Könlümü verdim

                        ay işığında

Tez gəldi hicran,

Ayrıldıq haman,

                     ay işığında.

Qov bu möhnəti,

Dağıt zülməti

                 ay işığında.

                             Bil ki, axmaz bu gecə!

Yenə gəl bizə,

Duraq üz-üzə,

                  ay  işığında.

 

1955   

  


Müəllifin digər yazıları

  1. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  2. NİZAMİ, QABİL BURDADI?
  3. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  4. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  5. "Arvad, qadın və sekskukla"
  6. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  7. Mahir Qabiloğlu - "Arvad və maşın"
  8. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  9. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  10. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  11. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  12. LUSİNE NERSESYAN, CAN, CAN...
  13. BULUDXAN XƏLİLOV VƏ MƏN
  14. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  15. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  16. AzTV nədir?
  17. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  18. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  19. TÖHMƏT
  20. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  21. JURNALİST VƏ XORUZ
  22. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  23. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  24. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  25. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  26. QAN
  27. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  28. Atam Qabilin “dərs”i
  29. “QATİLƏ”
  30. Hidayət Zeynalov nəvə toyu görmədi
  31. Öl deyəndə öl, qal deyəndə qal
  32. Arvada işim düşür...
  33. QURD YAĞI
  34. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  35. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  36. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  37. GÖZƏL İBRAHİM
  38. Zaur, bizi yetim qoyma!
  39. Mahir Qabiloğlunun köhnə arzuları
  40. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  41. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  42. Əmir Mustafayevin toyu
  43. HİDAYƏT VƏ FATMA
  44. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  45. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  46. Arvad, Allah verəndən gətir!
  47. İsmayıl Şıxlının böyük günahı
  48. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  49. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  50. Q. idi, Mən idim, Ş. idi...
  51. Bacarırsan yaşa, Bacarmırsan öl
  52. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  53. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  54. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  55. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  56. Sona Tağıyevanın məktəbi
  57. KİTAB OĞRUSU
  58. Ağasəlim Abdullayev, bağışla!
  59. BİZİM TELLİ PƏNAHQIZI
  60. Hacıbala Abutalıbovun Kişi sözü
  61. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  62. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  63. AĞACIN QARĞIŞI
  64. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  65. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  66. Milli komandamıza qara zurna kömək olsun
  67. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  68. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  69. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  70. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  71. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  72. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  73. RADİO VƏ DEPUTAT
  74. POLİS NƏCİB PEŞƏDİRMİ?
  75. Leyla Yunus papağı polisin başından qapdı və ...
  76. BOZQIRIN YALQUZAĞI
  77. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  78. DEBİL ARMEN -2
  79. DEBİL ARMEN - I
  80. Təhsil Nazirliyi və TQDK bir olsa...
  81. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  82. Vəzifəli balasından şikayət məktubu
  83. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-02-2018
19-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7614 san