09:52 27 Oktyabr 2014
22184 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

 Xəlil Fikrət."Tərbiyə və tədris tarixi". Bakı,1926 və ya tərbiyədən başlanan tədrisin tarixi 
              

  Xəlil Fikrət dünyanın yaxşı tanıdığı,bilik və bacarığına güvəndiyi və fəxr etdiyi, Avropanın elm və mədəniyyət baxımından ən sivil ölkələrindən birində-Almaniyanın Leipziq universitetində dünya şöhrətli, poliqlot alimlərindən ali təhsil almış ilk türkiyəli ziyalısıdır. 82 il ömür sürmüşdür:1892-ci il yanvarın 5-də Yunanıstanın Serficə qəsəbəsində anadan olmuş, 1974-cü ildə Ankarada dünyasını dəyişmişdir.
   Mən bu adı ilk dəfə Əsəd Yaqubinin məqalələrinin birində oxumuşam. Müəllifin qədim türk abidələrinə,məktəb tarixinə aid fikirləri mənə çox maraqlı göründü. Araşdırmalar apardım, türkiyəli alim dostlarımla fikir mübadiləsi apardım. Ankaralı dostum Haldun Cezayiroğlunun araşdırmaları mənə yol göstərdi, bələdçilik etdi.
  Xəlil Firəti Türkiyədə Halil Fikret Kanad adı ilə yaxşı tanıyırlar. Onun əsərləri 1927-ci ildən Türkiyədə çap olunmağa başlanmışdır. Onun həm pedaqoji, həm də kooperativçilik fəaliyyəti haqqında türk ictimaiyyətinin bilgiləri çoxdur. Almaniyada ali təhsilini bitirəndən sonra Halil Fikrət Türkiyənin müxtəlif təhsil ocaqlarında işləmişdir. O, 1923-cü ildə Azərbaycan Xalq Maarif Komissarlığının xətti ilə bir neçə türk alimi ilə birlikdə Azərbaycanın ovaxtkı  yeganə ali təhsil müəssisəsi olan  Bakı Dövlət Universitetində işləməyə dəvət olunmuşdur. Xəlil Fikrət və onun pedaqoq həmkarları Bakıda işlədikləri 3 il ərzində elmi,elmi-pedaqoji və hətta Azərbaycan dilində bədii yaradıcılıqla məşgul olmuş,dərslik və monoqrafiyalar çap etdirmişlər. Bu faktlar barədə Türkiyə alimlərinin elmi yaradıcılıqlarında demək olar ki, heç nə yoxdur. Halbuki o vaxtlar Bakıda işləyən türk alimlərinin burada nəşr etdirdikləri əsərlər bir çox nəsnələrdən xəbər verə bilər.  
   Bütün bunları nəzərə alaraq, Haldun Cezayirlioğlu ilə birlikdə Azərbaycanda və Türkiyədə ya elmi-praktik konfrans və yaxud simpozium keçirmək fikrinə düşdük.Təşkilatçılıq çətin iş imiş,alınmadı. Gücümüz mətbuat səhifələrində faktlara,sənədlərə əsaslanan elmi məqalələr çap etdirməyə çatdı. Biz əqidə və məslək dostlarımızı Xəlil Fikrətin elmi,elmi-pedaqoji irsinin yeni faktlar və sənədlər  əsasında 
araşdırılmasına dəvət etdik. Təəssüf ki, yuxulu pedaqoqlar yuxudan oyanmaq istəmirdilər.
   Azərbaycan-Türkiyə pedaqoji əlaqələrinin tarixi XIX əsrin II yarısından başlanır. Bizə məlum olan sənədlərə və faktlara əsasən bu işin M.F.Axundzadə tərəfindən başandığını söyləmək olar. Onun 1863-cü il may ayının 27-də başlanan, iki aydan artıq davam edən  İstanbul səfəri əslində pedaqoji məsələlərlə-ərəb əlifbasının islahı ilə əlaqədar idi.M.F.Axundzadə burada Türkiyənin sədri-əzəmi Fuad Paşa ilə iki dəfə ünsiyyətdə olmuşdur. Cəmiyyəti-E
lmiyeye Osmaniyye Məclisində xarici işlər nazirliyinin baş mütərcimi  Münif Əfəndinin sədrliyi ilə keçən  məclisdə yeni əlifba layihəsinin müzakirəsi M.F.Axundzadəyə türk pedaqoji irsinin bir çox məsələləri  ilə tanış olmağa imkan vermişdir. Münif Paşa mütərcimlikdən sonra  üç dəfə Türkiyədə maarif naziri təyin olunmuşdur.O, bu dövrlərdə Azərbaycanın işılı fikir adamları ilə dostluq və işgüzarlıq əlaqələri yaratmış, Tiflisdə Səid Ünsizadənin rəhbərliyi ilə Azərbaycan dlində  nəşr olunan "Ziya"qəzetində  Ezop  maneralı, çox incə nüktəli "Ey bülbül"  şeir müsabiqəsinin təşəbbüskarı kimi çıxış etmişdir. Münif Əfəndinin Səid Əfəndi Ünsizadə ilə dostluğu və bu dostluq çərçivəsində görülən böyük maarifçilik tədbirlərinin cidi araşdırılması hələ də öz inadkar və cəsarətli tədqiqatçısını gözləyir.
  Həsən bəy Zərdabi, Cəlal Ünsizadə, Rəşid bəy Əfəndizadə,Ömər Faiq Nemanzadə, Hüseyn Cavid Rasizadə, Məhəmməd Hadi və daha bir neçə Azərbaycan və türk ziyalısının Türkiyə pedaqoji fikir adamları ilə iş və əqidə birliyi də ictimai fikir tariximizin tam və hərtərəfli öyrənilməmiş  məqamlarını ortaya çıxara bilər.
   1919-cu ildə Azərbaycanın  ilk ali məktəbi yaradılanda kadr siyasəti məsələlərinin həlli yolunda bir sıra addımların atılması  gündəmə gəldi.Bu istiqamətdə görülən işlərdən biri Türkiyənin qabaqcıl alimlərinin Bakıya  işləməyə dəvət edilməsi oldu.Bu məsələ bir neçə il ləngisə də, nəhayət 1923-cü ildə İsmayıl Hikmət, Mehmet Fuad Köprülüzadə, Xəlil Fikrət, Mühittin Birgin kimi ziyalılar Bakıya gəldilər.Türkiyənin Azərbaycandakı səfiri  Memduh Şevket Esendal, Lenin və Stalinlə şəxsi tanışlığı 
 olan, bir müddət Türkiyədə kəşfiyyat xarakterli vəzifədə çalışan  başqırd Şərif Manatov da  Azərbaycanı və Türkiyən pedaqoji  fikrinə rəvac verən  
 ziyalılar  idilər.
   Bu sadalanan ziyalıların cərgəsində ən aparıcı qüvvə  o vaxtlar Xalq Maarif Komissarlığının tabeliyindəki nəşriyyata cavabdeh olan Mühitdin Birgin idi. 31 yaşlı Xəlil Fikrət  Bakıya gələndə  orijinal bir kitabın  həmmüəllifi  idi. Xəlil Fikrət  1916-cı ildə 24 yaşında,  müəllimi Hans Stumme ilə şərikli 
31 səhifəlik "Türkische lesostoffe...(türk antologiyası)" adlı  maraqlı bir kitab yazaraq, onu Almaniyanın Leypziq şəhərindəki "Otto Harrassowitz" nəşiyyatında çap etdirmişdi. (Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bu kitabı dünya türkologiyasına mən tanıtmışam-N.N.).Türk dostum,dəyərli və təmənnasız insan Haldun Cezayirlioğlu bu kitab haqqında  türk mətbuatında yazdığı məqalədə ( 06 aralık 2011-ci il )  mənim xidmətlərimi çox yüksək qiymətləndirmiş, Azərbaycanın Təhsil Nazirinə təşəkkür məktubu  göndərmişdi.Bu təşəkkürnamə  nədənsə nazirə çatdırımadı.Halbuki burada iki ölkənin pedaqoji əməkdaşlığına aid çoxlu maraqlı fikirlər vardı.Mən bütün bunları məktub müəllifinin mənə göndərdiyi surətə görə deyirəm). 
 " Türkische  lesostoffe ..."türk dünyasının  latın qrafikalı ilk kitabıdır. Onu da yaddan çıxarmayın ki,  bu kitab oxuculara çatdırılanda Bakıda keçiriləcək I Türkoloji qurultaya hələ 10 il qalırdı.
   Bakıda Xəlil Fikrətə məsul vəzifələr tapşırılmışdı: o, Xalq Maarif Komissarlığında  ibtidai məktəblərinə nəzarət və rəhbərlik edir, ali məktəbdə pedaqogika və psixologiyadan dərs deyir, dövri mətbuatda Azərbaycan dilində elmi,elmi-kütləvi ,
 elmi-metodiki və bədii yazılarla çıxış edirdi.   1923-cü ildə nəşrə başlayan  "İnqilab və mədəniyyət" jurnalnda  Xəlil Fikrətin onlarla yazısı dərc olunmuşdur. Xəlil Fikrət məqalələrinin sonunda imzasının şəklini də verirdi ki, bu da   oxucuların diqqətini uzaqdan cəlb edirdi.         
  Bir faktı bu gün ucadan deyə bilərik ki, "İnqilab və mədəniyyət" jurnalı  Türkiyədən gələn müəllimlərin, 
ələlxüsus şair Nazim Hikmətin qohumu Mühitdin Birginin diktəsi və hökmü ilə çıxırdı. Jurnala göndərilən heç bir yazı M.Birginin diqqətindən yayına bilməzdi.    
  Bakıda Xəlil Fikrətin  bir kitabı çap olunmuşdur.Bu da iki hissədən (cilddən yox-N.N.) ibarət  "Tərbiyə və tədris tarixi "dir. Kitabın üz qabığında onun dərslik olmasına aid heç bir qeyd və işarə olmasa da  fehristi-kitabdan (kiabın mündəricından -N.N.) onun   ali məktəb proqramı əsasında yazıldığı aydın hiss olunur. Ərəb əlfbalı yazıları oxumaqda çətinlik çəkənlərə kömək məqsədilə  I hissənin üz q abığında yazılanları  oxucuların diqqətinə  çatdırırıq :    
  
                                               Müəllifi doqtor (Tərbiyə doktoru nəzərdə tutulur-N.N.) Xəlil Fikrət
       
                                                                       TƏRBİYƏ VƏ TƏDRİS TARİXİ  

                                                                                          I - hissə
                                                    I -    5 min (Biz bunu kitabın tirajı,sayı kimi başa düşdük-N.N.)
                                                     
                                                                                          Azərnəşr
                                                                                          Bakı-1926
___________________________________________________________________________________

     "Tədris və tərbiyə  tarixi"  dərsliyinin II hissəsinin üz qabığı da birinci hissənin üz qabığında olduğu kimidir.YEGANƏ FƏRQ   burada  "I  hissə "əvəzinə, "II hissə" yazılmasıdır.
    Bəzi tədqiqatçılar  kitabın iki CİLDDƏN ibarət olduğnu yazır ,I cildin nəşrini həm 1924-cü il ,həm də 1926 -cı il kimi göstərirlər. Çox güman ki,tədqiqatçıları çaşdıran kitabları siyahıya alıb, kataloqa daxil edən biblioqraflar olmuşlar.Belə ki, M.F.Axundov adına
 Respublika  Milli Kitabxanasında qeydə alınan, üz qabığı və son səhifələri qoparılmış nüsxələrdən birinin -  II hissənin  556- səhifəsindəki 1924 rəqəmi  ərəb əlifbalı mətndə uzaqdan əsərin nəşr ili təsiri bağışlayır.   Biblioqraflar  səhifələrdəki materialları oxumadan  bu rəqəmi  əsərinnəşr olunduğu il kimi kataloqa qeyd etmişlər. Əslində bu, "Tərbiyə və tədris tarixi" nin  II hissəsindəki "Montessori sistemi" oçerkinin ətək yazısına aiddir.Həmin yazını olduğu kimi diqqətinizə çatdırırıq: 
      -----------
 
      *}  "Montessori 
haqqında  əsas məaxəzim ( məxəzim, mənbələrim-N.N.) Möhibbə Hikmət xanımın "Maarif  Mədəniyyət "( "və" bağlayıcısız yazılıb-N.N.) məcmuəsindəki yazılanlardır. Montessori sistemi haqqında daha ətraflı məlumat almaq istəyənlər  məcmuənin 1924-ci yılındakı   müxtəlif  nüsxələrinə  müraciət etməlidirlər". 

  Müəlif bu qeydləri ədəbiyyat siyahısının yerinə -
digər oçerklərdə verilən  kitabiyyat yerinə yerləşdirmişdir.
  Yeri gəlmişkən qeyd edək ki, Maria Montessori (31.08.1870-06.05.1952) görkəmli italyan həkimi və pedaqoqudur. Bu gün də onun tərbiyə sistemindən dünyanın br sıra özəl məktəblərində istifadə olunur. 
     Xəlil Fikrət Montessorinin  həyatının  və tərbiyə üsulunun işıqlandırılmasına öz dərsliyində  12 səhifə yer ayırmışdır.(səh.544-556).  
  Xəlil Fikrətin dərsliyinin I hissəsinin    əvvəlində Roma rəqəmi ilə işarələnmiş 13 səhifənin  7-si müqəddiməyə ayrılmış,sonrakı 
 2 səhifədə dərsliyin  fehristi (mündəricatı -N.N.)verilmişdir. Dərsliyin bu sıradakı " Yanlış -doğru cədvəli"  də diqqəti cəlb edir.  (Təəssüf ki, müasir dərsliklərdə belə etiraf cədvəlləri yoxdur). Müəllif  bu cədvəldə səhifəsini, sətrini göstərməklə 41 səhvinin düzəlişini verib. I hissə "Karl Marks" (1818-1888)  oçerki ilə qurtarır (səh.328-332).
  I hissənin sonunda kitabın Xalq Maarif Komissarlığının mətbəəsində 5000 nüsxə tirajla çap olunduğu göstərilir.
  Mənfəətdən xali olmadığı üçün  I hissənin materiallarını  ixtisarla tədqiqatçıların və maraqlanan oxucuların diqqətinə çatdırırıq.
  Səh.   1-9.       Yunanıstan: Sparta tərbiyəsi-Afina tərbiyəsi-   Sokrat-Əflatun-Ərəstu.
          10-14.     Roma tərbiyəsi
          15-73.     İslam və türk tərbiyəsi-Azərbaycanda maarif və mə ktəblər
          74-81.    Humanizm və reformasiyon  dövrlərində  təlim və tərbiyə
          82-102.  Xəlq  və  qadın tərbiyəsi
         103-104. XV əsrdə tərbiyə və tədris
         105-109.Monten (Bəzi adların düzgün oxusunu bu sahənin mütəxəssisləri müəyyənləşdirə bilərlər.Yanlışlıq olacağı təqdirdə üzr istəyirəm-N.N.).
         110-113. Dekart və Jan Sentler
         114-117. Fenelon  
         117-119.Beyqen
         120-126. Ratke
         127-140. Qomanyus (Qamanski)-( 
Komenski-  kimi anlamalı-N.N.)
         141-144.  Franqa və 
piyetizm
         145-146.Realizm və nourealizm
         147-155.Con Luq
         156-180.Jan Jak Russo
         181-198.Bazadov və filantroplar
         199-203.Zaliçman 
         203-210.Filantrop cərəyanına  tənqidi baxış
         211-215.Filantropların məktəblərə təsiri (18-ci əsr)
         215-219.Nouhumanizm-Kesne-Ternesti-Hayne
         220-239.Pestalici və Prusiyaya təsiri
         239-242.Disterbeq 
         243-244.Kant
         245-252.Fixte və Jan Pavel
         253-265.Şlayer Maxor
         267-288.Herbart və  Tajir   
         289-297.Frobel və çocuk bağçaları
        298-308.Məktəb təşkilatı
        309-327.Herbert Spenser
        328-332.Karl  Marks

  Xəlil Fikrətin dərsliyinin II hissəsi  " XX əsrdə tərbiyə cərəyanları  və  yeni məktəb" 
adlı geniş və yönəldici müqəddimə ilə başlayır (səh.333-340). Sonrakı  materiallar 29 başlıq altında yerləşdirilmişdir. Buradakı bir sıra oçerklər- Lenin(Vladimir İliç Ulyanov,səh.529-544),Montessori (səh.344-557),kompleks sistemi( səh.575-586) bu gün də dünya pedaqoji irsini cidi və hərtərəfli ğyrənmək baxımından gərəkli görünür.
  2016-cı ildə tərbiyə doktoru, babalarımızın müəllimi  türk Xəlil Fikrətin  alman Hans Stumme ilə şərikli yazdığı "Türkis lesostoffe (Türk antologiyasının ) kitabının 100, Azərbaycan dilində yazdığı ikinci  kitabının-i ki hissəsi bir yerdə 600 səhifə həcmində olan "Tərbiyə və tədris  tarixi"  kitabının isə 90 yaşı tamam olur. Bu yubileylərə qədər hər iki kitabı nəfis şəkildə çap edib, oxuculara çatdırmaq dünya pedaqoji irsini maraqla öyrənənlərə qiymətli ərməğan ola bilər.
Ədəbiyyat siyahısı

 
  1.Hans Stumme, Halil Fikret. "Türkische lesostoffe ..."   Leipziq,1916.


 2. Nazim Nasreddinov."Mektep Mecmuası Dergisi"
                                       Haldun  Cezayirlioğu Koleksiyonu.10 eylül 2011,Ankara.

 3.Nazim  Nasreddinov. "Dr.Halil Fikretden. Okuma Parçaları".
                                                  Hadun Cezayirlioğlu Koleksiyonu,04  aralık 2011. 
                                    
 
4.Nazim Nasreddinov. "Halil Fikretin Bakı ve Şeki yazıları".
                                                   Halduncezayirlioğlu Koleksiyonu, 04 aralıq 2011.
 
5.Nazim Nəsrəddinov. "Türk dünyasının ilk psixologiya doktoru Xəlil Fikrət  və yaxud babalarımızın müəllimi".
                                    Strategiya.az saytı,20.11.2011.
  
6.Nazim Nasreddinov.     "Doktor  ve Ovide Decrolu Baküde" . 
                                           Halduncezayirlioğlu Kolleksiyonu.08 temmuz 2013. 
 
7.Haldun  Cezayirlioğlu.  "Türkçe,Latın harfleriyle  ilk kez 1916 yılındamı?"
                   Halduncezayirlioğlu Kolleksiyonu, 
6 aralık 2011.
                                                                    
 
8.Fərrux Rüstəmov.Azərbaycan-Türkiyə elmi-pedaqoji əlaqələrinininkişaf tarixindən.
                                                 "Azərbaycan məktəbi" jurnalı,2013  6,səh.21-28. 
  
9.  Fərux Rüstəmov.Azərbaycan-Türkiyə elmi-pedaqoji əlaqələrinin inkişafında professor Xəlil Fikretin rolu.
                                                " Kaspi "qəzeti,23.10.2014,səh.14-15.


Müəllifin digər yazıları

  1. CƏLAL ÜNSİZADƏNİN DƏ ŞƏKLİ TAPILDI...
  2. Dünyanın ən işıqlı günlərindən birinin adamı - türkologiyanın Fərhadı
  3. Söz oyunu və yaxud nüktədanlara xitab
  4. Şamaxıda Seyid Əzim Şirvaninin Ev-Muzeyini açmaq çətindirmi?
  5. Kırımda monastrda gizlədilən Xaçmazlı Reyhan haqqında nə biliik ?
  6. "Xamsu-qasaid" kitabında Hacı Zeynalabdin Tağıyev cənablarına həsr olunmuş qəsidə-mədhiyyə
  7. Atamın türkdilli məktubları
  8. PARLAMENTİN TAVANI NİYƏ UÇDU?
  9. Azərbaycan Xalq Cümhuriyyətinin hələ yaxşı tanımadığımız parlament üzvü- Mustafa Hacı Musa oğlu Mahmudov
  10. Yüksək məfkurəvi söz ustası - Sultan Məcid Qənizadə (1866-1937)
  11. Bu dünyanın qızıl günü
  12. Qafur Rəşad Mirzəzadə fenomeni
  13. Papaq və qalstuk məsələsi
  14. Görkəmli türkoloq və füzulişünas alim Samət Əlizadənin əlyazması tapıldı
  15. Akademiklər,Sİzlər əruzu bilirsinizmi?
  16. Dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavaddırmı?
  17. Atamın şəkli
  18. Türk dünyasının ən böyük nazimlərindn birinə- Seyid Əzim Şirvaniyə (1835-1888) ölümündən 130 il sonra xitab
  19. "Tərcüman"qəzetini türk dünyasına tanıdan ilk türkdili jurnal yazısı
  20. "Kəlilə və Dimnə"də ( "Hümayunnamə"də) öyüd , nəsihət və deyimlər
  21. Atamın müəllimi Cəmo bəy Cəbrayılbəyli və onun "Cəmo C" təxəllüsü ilə yazdığı şeirlərindən biri - "Sənsən"
  22. Dağıstanlı Mirzə Həsən Əfəndi Əlqədari (1834-1910) və Azərbaycan
  23. "Dırnaq"dan "mötərizat"a və yaxud...
  24. Azərbaycan Respublikasının əməkdar rəssamı İsmayıl Məmmədovun 366 yarpaqlı 2018-ci il təqvimi çap ediləcəkmi...
  25. Qara qoçun nağılı
  26. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki...
  27. Yenə də "Türkische Lesestoffe....Leipziq. 1916" türkdilli latın qrafikalı kitabından söz açırıq ki, bilməyənlər də nəyisə bilsinlər
  28. Avropa da, Amerika da türk atalar sözlərini oxuyur
  29. Məktəb, məktəb , yenə də məktəb... Özü də gələcəyin məktəbi
  30. Qaranlıqdan Alatoranlığa gedən vaxtın deyimləri
  31. Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsinin əsas müəllifi kimdir?
  32. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım haqqında nə bilirik?
  33. Tarixçilərimizin dərsliklərdə jurnal adı ilə öyrətdikləri "İŞIQ" QƏZETİ (1911-1912)
  34. Qafqazın Baş Rəisi Knyaz Dondukov-Korsakova (1820-1893) hədiyyə olan dərsliyin bir sıra məqamları və son səhifələrindəki nəsihətlər
  35. Türk dostumun təhsil nazirimizə göndərdiyi bir məktub və yaxud...
  36. Öyüdlərim, pəndlərim, nəsihətlərim....
  37. Ortaq türk dilləri ədəbiyyatı müntəxəbatına layiq uğurlu poetik nümunələr və yaxud...
  38. "Kəlilə və Dimnə"nin ilk mətbu nümunələri haqqında bir neçə söz...
  39. Türk dünyasının 1865-ci il tarixli üçdilli atalar sözü lüğəti
  40. 130 il bundan əvvəl İrəvandan "Bir müsəlman" Tiflisə - Azərbaycan dilində nəşr olunan "Kəşkül" qəzetinə nə yazırdı?
  41. Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?
  42. XIX əsrin görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin türk dünyasına tanıtdığı təhsil ocağı və yaxud Kürdəmirin ilk dövlət məktəbinin tarixi 1881-ci il fevralın 9-dan başlayır
  43. Nüktələr və nöqtələr....
  44. "Ziya" qəzetinin qaranlıqdan və alatoranlıqdan işığa uzanan yolları
  45. AMEA və universitet alimlərinin orta məktəb marafonları
  46. Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz...
  47. Azərbaycanın İlk milli jurnalının - "Kəşkül"ün 135 yaşı tamam oldu
  48. Azərbaycan İstiqlal Bəyannaməsini neçə nəfər imzalayıb və yaxud doğru sözü niyə səhv deyirlər?
  49. Azərbaycan ədəbi dilinin yeni anlayışları ifadə edən rus və Avropa dillərindən alınmış terminlərlə zənginləşməsində "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin (1879-1884) rolu
  50. 130 illik yubileyi gecikdirilən Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və yaxud adı ensiklopediyaya düşən elmi dərəcəli biologiya müəllimi
  51. Əhmədli kəndi... Tarixi xidmətləri unudulmuş təhsil ocağı
  52. DÜNƏN "ZIYA"NIN 139 YAŞI TAMAM OLDU VƏ YAXUD TÜRK DÜNYASININ TİFLİSDƏN BOYLANAN GÜNƏŞİ
  53. Orfoqrafiya mədəniyyəti-dil mədəniyyətidir
  54. Gəlin orfoqrafiya qaydalarını hazırlamağı dilbilənlərə tapşıraq
  55. "Ziya" qəzetinin Şəkidə yaşayan Şamaxılı müxbirlərindən biri
  56. Pıçıltılı etiraf və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik
  57. İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...
  58. Bağışla, bağışla, bağışla bizi
  59. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
  60. S.Ə.Şirvani şeyxülislam ola bilərdimi?
  61. Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?
  62. Orta məktəb şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsində alınma sözlərin rolu
  63. Bizə ən gərəkli - Fil hesabatı
  64. “Bağçasaraydan göndərilən məktub”
  65. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  66. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  67. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  68. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  69. Doğma yurdun qış lövhələri...
  70. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  71. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  72. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  73. Hamıya dostam mən,bir qardaşam mən
  74. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  75. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  76. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  77. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  78. Söz sözü çəkər, əgər sözün közü varsa
  79. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  80. Müəllim olanda da yaxşı müəllim olun
  81. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  82. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  83. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  84. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  85. Ay Allah bəndəsi, niyə yazıqsan?
  86. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  87. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  88. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  89. Təbrizdən kənd məktubları
  90. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  91. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  92. Dünya yaman dünyadır
  93. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  94. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  95. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  96. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  97. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  98. Sözgəlişi, ola bilər düzəlişi...
  99. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  100. Bu Dünya- Şirin Dünya.....
  101. Göz görür,ağıl kəsir....
  102. Tərcüməsiz başa düşülən tatar bayatıları
  103. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  104. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  105. Mənim nəğməli bibim - Foto
  106. Sən yazmasan,mən yazaram
  107. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  108. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  109. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  110. Qulam Məmmədli-120
  111. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  112. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  113. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  114. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  115. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  116. Bu tarix ki var, qəliz məsələ imiş......
  117. SÖZ KİMİNDİR?
  118. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  119. Mənim dualarım
  120. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  121. Təzadlar, ay təzadlar....
  122. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  123. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  124. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  125. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  126. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  127. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  128. Testdən qəsdən danışmırıq
  129. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  130. Dərsliklərimizin halı və vəziyyəti
  131. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  132. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  133. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  134. Hırsızın gözü əlyazmalara düşdü
  135. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  136. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  137. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  138. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  139. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  140. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  141. Hacı Səid Əfəndi Ünsizadə-191
  142. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  143. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  144. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  145. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  146. Bir daha Ünsizadələr haqqında
  147. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  148. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  149. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  150. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  151. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  152. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  153. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  154. Bizə hansı elmlər lazımdır və yaxud ...
  155. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  156. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  157. Soyqırımı günündə dostumu itirmişəm
  158. Bu yaz bir başqa yazdır
  159. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  160. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  161. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  162. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  163. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  164. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  165. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  166. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  167. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  168. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  169. Dərgahdan başlanan yol
  170. Fikrin ifadə formalarından biri
  171. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  172. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  173. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  174. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  175. Təhsil tariximizin maraqlı səhifələri
  176. Təhsil tariximizdən maraqlı səhifələri
  177. Akademiklərin cərgəsindəki müəllim
  178. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  179. Mübarizə bu gün də var,sabah da...
  180. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  181. "Əkinçi" qəzeti-140
  182. Mustafanın Çanakkala məktubu
  183. Məktəbdə elm və texnologiya həftəsi
  184. Mübarizə bu gün də var, yarın da....
  185. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  186. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  187. Yazımızın tarixi-özümüzün tarixi
  188. Fikrət Sadıq -Dədə Qorqud
  189. Tədqiqatçı öz fikrində israrlıdır
  190. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  191. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  192. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  193. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  194. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  195. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  196. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  197. "Bağçasaraydan göndərilən məktub"
  198. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  199. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  200. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  201. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  202. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  203. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  204. Abdulla Şaiqin uşaq bağçası
  205. "Ziya"nın biblioqrafiyası
  206. Kasıblığın üzü qara olsun
  207. Bu gün M.Ə.Sabirin ad günüdür
  208. Keçən günə gün çatarmı ... - Fotolar
  209. Elmə yönələn yolun başlanğıcı - FOTO
  210. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  211. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  212. Ucundadır dilimin həqiqətin böyüyü ...
  213. İlk hesab dərsliyimiz
  214. Yusif Vəzirovun kölgədə qalan yazıları
  215. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  216. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  217. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  218. Dərslik, dərslik, yenə də dərslik...
  219. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  220. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  221. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  222. "ZİYA"lı ziyalı - Foto
  223. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
4.9071 san