10:58 10 Noyabr 2014
6942 dəfə oxunub
Çap versiyası

Sovet dövründə dəb idi. Adla çağrılırdı maşınlar. Məsələn: “QAZ-31” almışam, “Çayka” mostuyla”. Yaxud da  “VAZ 2103-dür məndə, amma 06 matoruyla”. Sonra zibilini çıxartdılar. VAZ 2106 buraxmağa başladılar, amma VAZ-2103  mühərrikiylə, yəni ki, gücü az. Bununla heç kim qürrələnmirdi. Ən yaxşısı o idi ki, maşının öz motoruyla olsun. Yəni ki, “korennoy”. Bir də görürdün ki, QAZ-2410-dur, amma buferi QAZ-3102. Yaxud da siqnalı, qabağındakı emblemi  Mersedesə məxsusdur. Hətta televizorlar da sovetski olmasına baxmayaraq, yaponski  trubkayla gəlirdi.

Vaxt keçdi, zaman ötdü - dünya səhiyyəsi maşınqayıranlardan, cihazqayıranlardan nümunə götürdü. Əvvəl-əvvəl plastik əməliyyatlara başladılar. Burnu kiçiltdilər, döşü, yanı böyütdülər, bədənə cürbəcür silikonlar dürtdülər. Allahın bağışladığı qabırğaları çıxarıb, incə belli qızlar yaratmağa başladılar. Sonra bir az da irəli getdilər. Qanın ağ hissəciklərindən bir dərman, qırmızı hissəciklərindən isə başqa bir əlac kəşf etdilər.  Ayaqdan damar çıxarıb ürəyə yamadılar. Yəni ki, bədənin özündən “zapçast” istehsal etməyə başladılar. Sonra  bir az da irəli gedib başqalarını “zapçast” etməyə başladılar. Qanlarını da sorub ehtiyacı olanlara köçürtdülər. Adlarını da donor qoydular. Səhiyyə o qədər inkişaf etdi ki, nəinki ürək, böyrək, indi qara ciyəri də transplatasiya edirlər.

Bir estrada ulduzu hər hansı bir əməliyyat etdirdikdən sonra aləmə car çəkir. Nə olsun? Çifayda? Bunu əvvəl-əvvəl etmək olmazdımı? Bəlkə kiminsə burnu balacadır, böyütmək istəyir. Estrada ulduzu, adam paxıl olmaz. Uzadardılar hər ikisini yanaşı, estradamızın görkəmli ulduzunun burnunu kəsib yapışdırardılar ehtiyacı olan kasıbın burnuna. O da sonra gedib hər yanda fəxrlə deyərdi ki,  bəs mən mənəm, amma burnum filankəsindir. Köhnə dillə desək – QAZ 2410-am, amma buferim QAZ -31-dir.

Başqa əzalardan, yəni ki, döşdən, yandan danışmıram, ayıbdır. Səhiyyə dilində biabırçı çıxır. Maşın dilində deyim, çünki daha abırlı səslənir – zadni most, peredok.  O qədər kasıb  arıqlar var ki, kökəlmək istəyir. Estrada ulduzlarımız, niyə paxıllıq edirsiniz? Verin də öz piyinizdən, ətinizdən kasıblara – qoy bir az ətlənsinlər, buxaqları sallansın.

 Deyirlər bir xəstəlik var ki, qabağın almaq olmur. İtdən keçir adama. Həkimlər qabırğalarını kəsə-kəsə gedirlər. Belə xəstələr adam deyillərmi? Onlara  hansısa estrada ulduzuna lazım olmayan, kəsilib qırağa atılan qabırğa köçürülsə savab sayılmazmı?

Mən isə sağlamam. Hər şeyim özümküdür. Yəni maşın diliylə desək korennoy. Heç kimin “zapçast”ına ehtiyacım yoxdur. Yəqin ki, olmaz inşallah. Fala da baxdırmışam. Kitab açıb deyiblər ki, bəs 80 yaşı keçəcəksən. Bunu istəməsəm belə. O gün eşitmişəm ki, bəzi deputatlarımız orqanlarını vəsiyyət ediblər. O saat atam Qabilin danışdığı bir rəvayət yadıma düşdü:

“Allahın dörd mələyi olur. Mikayıl, İsrafil, Cəbrayıl, Əzrayıl. Hərəsinə bir missiya tapşırır. Təkcə Əzrayıl öz vəzifəsindən narazı qalır. Arqumenti də bu olur ki, bəs mən bu qədər insanın canını necə alacağam? Bu boyda işi necə çatdıracağam? Cənabi- Allah da cavab verir ki, narahat olma. Sənə çox da güc düşməyəcək. Biri suda boğulub öləcək, biri qəzada, o biri yanğında. Çoxu təyyarə qəzasında, hələ xəstəlikləri, epidemiyaları demirəm”. İndi mən də fikirləşirəm ki, orqanlarını vəsiyyət edənlər bütün günü ora uçurlar, bura uçurlar. Birdən təyyarə partladı. Zapçastları ələ gələcək ki, hələ bir onlardan başqa insanlara da ehtiyat hissəsi kimi istifadə etsinlər? Ona görə də işimi ehtiyatlı tutmaq istəyirəm.

Özünüz bilirsiniz də, yetim oğlanam. Nə atam var, nə anam. Nə bacım var, nə qardaşım. Yaşım da çatmır ki, yetimxanaya versinlər. Ona görə də, ay orqanlarını vəsiyyət edən bəzi deputatlarımız. Mənə heç nəyiniz lazım deyil. Öz matorum, peredokum, zadni mostum, karbiratorum yaxşı işləyir. Vaxtlı-vaxtında TO-dan – texniki  baxışdan keçirirəm. Ona görə də gəlin nağd danışaq. Hərəniz üç maşınınızdan birini, dörd mənzilinizdən birini, Nabranda, İsmayıllıda, Novxanıda, Mərdəkandakı dörd bağnızdan birini, Xızıda, Masazırda, Bakıda, Çuxuryurddakı dörd  torpaq sahəsindən birini, Bakıda, Sumqayıtdakı dörd obyektinizdən birini mənə vəsiyyət etsəniz, həm Allaha xoş gedər, həm də bəndəyə. Bax, buna deyərlər, nağd söhbət, donorluq. Qanın, orqanın, QHT-lər üçün pulun donorunu eşitmişdik. Gəlin siz də bu ilkə imza atmaqla donorluğun yeni növünü yaradın.

Yalan dedim? Böhtan atdım? Əsəbləşdiniz? Mənziliniz, bağınız, maşınınız, torpaq sahələriniz bundan qat-qat çoxdur? Bağışlayın. Üzr istəyirəm. Çoxdursa sağlığınıza qismət. İstəməyənin gözü çıxsın. Mən sadəcə Azərbaycandakıları saydım. Sərhədlərimizin hüdüdlarını və həddi aşmadım.

Sözlərimi oxuyub hay-həşirə düşməyin. Mən indidən danışmıram a... Öləndən sonra deyirəm. Lap pis dedim e... Gör nə arzuladım  sizin kimi yaxşı insanlara. Yaxşı, eybi yox, mən şəxsiyyət vəsiqəsiylə sizin qulluğunuzda hazır. Düz deyirsiniz. Bu günün işini sabaha qoymazlar. Notariuslar hər gün işləyir. Həm də ki, savabı bu dünyada qazanın ki, Cənnətə naxodu düşə biləsiniz. Hə qaldı ad məsələsi. Bu prosesin də adını qoyaq – “Mahir donor xidməti”. İstəsəniz qanun da qəbul edin. Pis səslənmir, eləmi?  Mən “Za!”, bəs siz?  Orqan bağışlamaq savab işdir. Amma bir yetimi sevindirmək savabın üstünə daha bir savab yazır.

Göydən üç alma düşdü: Biri uşaqlarınızın, biri nəvələrinizin, biri də mənim. Nəticələriniz yeməsə də olar. Canları çıxsın nəvələriniz onlara da bir şey saxlasınlar.

Hörmətlə: Donora ehtiyacı olan Mahir Qabiloğlu.


Müəllifin digər yazıları

  1. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  2. NİZAMİ, QABİL BURDADI?
  3. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  4. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  5. "Arvad, qadın və sekskukla"
  6. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  7. Mahir Qabiloğlu - "Arvad və maşın"
  8. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  9. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  10. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  11. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  12. LUSİNE NERSESYAN, CAN, CAN...
  13. BULUDXAN XƏLİLOV VƏ MƏN
  14. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  15. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  16. AzTV nədir?
  17. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  18. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  19. TÖHMƏT
  20. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  21. JURNALİST VƏ XORUZ
  22. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  23. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  24. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  25. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  26. QAN
  27. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  28. Atam Qabilin “dərs”i
  29. “QATİLƏ”
  30. Hidayət Zeynalov nəvə toyu görmədi
  31. Öl deyəndə öl, qal deyəndə qal
  32. Arvada işim düşür...
  33. QURD YAĞI
  34. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  35. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  36. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  37. GÖZƏL İBRAHİM
  38. Zaur, bizi yetim qoyma!
  39. Mahir Qabiloğlunun köhnə arzuları
  40. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  41. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  42. Əmir Mustafayevin toyu
  43. HİDAYƏT VƏ FATMA
  44. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  45. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  46. Arvad, Allah verəndən gətir!
  47. İsmayıl Şıxlının böyük günahı
  48. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  49. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  50. Q. idi, Mən idim, Ş. idi...
  51. Bacarırsan yaşa, Bacarmırsan öl
  52. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  53. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  54. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  55. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  56. Sona Tağıyevanın məktəbi
  57. KİTAB OĞRUSU
  58. Ağasəlim Abdullayev, bağışla!
  59. BİZİM TELLİ PƏNAHQIZI
  60. Hacıbala Abutalıbovun Kişi sözü
  61. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  62. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  63. AĞACIN QARĞIŞI
  64. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  65. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  66. Milli komandamıza qara zurna kömək olsun
  67. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  68. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  69. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  70. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  71. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  72. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  73. RADİO VƏ DEPUTAT
  74. POLİS NƏCİB PEŞƏDİRMİ?
  75. Leyla Yunus papağı polisin başından qapdı və ...
  76. BOZQIRIN YALQUZAĞI
  77. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  78. DEBİL ARMEN -2
  79. DEBİL ARMEN - I
  80. Təhsil Nazirliyi və TQDK bir olsa...
  81. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  82. Vəzifəli balasından şikayət məktubu
  83. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-02-2018
19-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.534 san