12:58 12 Noyabr 2014
12169 dəfə oxunub
Çap versiyası

Əvvəllər Azərbaycanın efir məkanında reklam gedərkən çox qəribə bir uyğunsuzluq vardı. Düzdür, indi də var. Amma çox cüzidir. Məsələn uşaq verilişində tualet təmizləyən kimyəvi maddənin reklamını göstərirdilər. Yaxud da idman verilişində yemək-içmək reklamı. Sonradan  bu hallar qaydaya düşdü. Mətbəx verilişində yemək-içmək, uşaq verilişində əyləncə mərkəzi, yaxud da uşaq bağçası, idman verilişində fitnes, sağlamlıq mərkəzlərinin reklamları getməyə başladı.

 İndi soruşacaqsınız ki, bəs özəl klinikalar niyə  “Səhər” proqramlarına ayaq açdılar? Özünüzə bir sual edin: Səhər tezdən hamı işə gedir.  Səhər-səhər televizora kimlər baxa bilər? Əkbəttə ki, evdar qadınlar, yaxud da imkanlı şəxslərin işləməyən xanımları. Ona görə də tükdən azad olma, gözəlləşdirmə aparatlarının,  plastik cərrahların imkanları məhz bu proqramlarda nümayiş etdirilir. Yəni ki, evdə bekar oturmayın. Gəlin, gözəlləşin ki, əriniz evə qayıdanda sizi tanımasın. Çaşıb desin ki, “Həyatım, necəsən?”, yaxud da “masya, bura mənim evimdir?”

Mən köhnə televiziyonşik olduğumdan isə ümumiyyətlə televiziya verilişlərinə baxmıram. Yox, məni deyəsən düz anlamadınız. Mən demədim ki, Azərbaycan televiziyalarına baxmıram. Sadəcə həm rus, türk həm də Azərbaycan kanallarının verilişlərinə baxmıram. Çünki reklamlar və saysız-hesabsız gicgicə anonslar bir verilişə əvvəldən –axıra qədər rahat baxmağa imkan vermir. Açıram NTV-nin ortasına reklam girməyən kanallarını. Ləzzətlə  tamaşa edirəm. Amma...

Səhv etmirəmsə noyabrın 5-i idi. Bərbərxanaya getmişdim.  Həm bərbər, həm də yanında oturanlar ATV-də yayımlanan “Öz aramızda” verilişinə baxırdılar. Mən də məcburiyyət üzündən Zaur Baxşəliyevin bu verilişinin seyrçisinə çevrildim. Əgər mən Zauru çoxdan tanımasaydım, onun çox səviyyəsiz bir ATV əməkdaşı olduğunu bubaşdan deyərdim. Amma onun ATV-də atdığı ilk addımlarının şahidinə çevrilmişəm. Onun ilk efir işi bəstəkar, xalq artisti Vasif Adıgözəlovdan hazırladığı veriliş olub. İkinci verilişi isə atam şair Qabillə bağlı idi. Çəkiliş qrupu ilə bizə gəlmişdilər. Verilişi kimi özü də çox ciddi, mədəni və ziyalı bir təəssürat qoydu yaddaşımda. Sonralar isə ATV kanalı da dəyişdi. Rəhbərliyi, ATV ailəsinin başçıları kim idisə necə idisə, bu kanalın aparıcı uşaqları da onların güzgüləri idilər. Zaur da onlardan  birinə çevrildi. Qadın müğənnilərin şifanerlərini  gəzməyə başladı. Sonra özü subay ola-ola başladı evdə qarımışları, ərindən boşanmışları evləndirməyə, onlara yaşına uyğun olmayan məsləhətlər verməyə. Onları ağıllı məsləhətləriylə maarifləndirməyə. Kimi xoşbəxt elədi, bilmirəm. Amma sonda özünü “zəncirlədilər”. Allah xoşbəxt eləsin. İroniyasız, yumorsuz onu da qeyd edim ki, Zaurun “Onun yarısı” verilişlərindən birini də buraxmırdım. Çox diqqətlə baxırdım. Bu veriliş məni formada saxlayırdı. Arıqlayırdım. Çünki ət tökürdüm.

Türkiyədə yayımlanan “Mən bilməm, eşim bilir” yarışmasına bənzər verilişin aparıcısı da Zaur Baxşəliyev idi. İnsafən pis aparmırdı. Amma orda da quş buraxdı. Bir dərman vardı. Kişilərçün idi. Adını demirəm. Utanıram. Onu cavan-cavan oğlanlara  paylayandan sonra bu verilişə də baxmadım. Heç olmasa yaşlı adamlara versəydi dərd yarıydı. Cavanların impotensiyaya nə dəxli? Bəlkə də var... Zaur bizdən yaxşı bilər.

Nəhayət, qayıdaq bərbərxanaya. “Öz aramızda” verilişinə. Baxanların yadına salım: Divanda bir yaşlı qadın, bir də orta yaşlı gəlin oturub. Assistent Zaura cib telefonu gətirir. Tamaşaçı yəqin bilir də telefon nə üçündür? Əlbəttə ki, danışmaq üçün. Zaur isə danışmaq əvəzinə  ortayaşlı gəlini yanına çağırır. Bu vaxt studiyada film-ujas filmlərindəki mahnılara bənzər bir şeylər səslənir. Bərbərxanadakıların ürəyi başlayır əsməyə. Telefonda nəsə göstərir. O da başlayır ağlamağa. Sonra Zaur dəhşətli musiqinin sədaları altında telefonu götürüb gedir yaşlı qadının yanında oturur. Ona nəsə göstərir. Sonra operator başlayır telefonun displeyini göstərməyə. Demə oradakı kişi meyidinin fotosuymuş. Çətin idimi telefondakı şəkli kağıza çıxarmaq. Yaxşı xırdalığa varmayım. Demə həmin yaşlı qadın oğlunu axtarıbmış. Bu fotodakı guya ki, onun oğluymuş. Qadın oğlunu tanımır. Ya tanıyır, ölümünə inanmaq istəmir. Öz yuxusunu danışır ki, bəs oğlunu sağ görüb. Bu vaxt mahnı dəyişir. Yanıqlı, ağlamalı, sızlamalı  bir türk melodiyası səslənir. Ana da ağlayır.  Amma Zaur təkrar-təkrar şəkli ona göstərir. Sonda da deyir ki, bəs o filan yerdə vəfat edib, özü də ki, basdırıblar. Amma nə qədər edirsə ananı özündən çıxara bilmir. Yəni ki, ananın ürəyi getmir ki, getmir.

 Zaur da bezir,  ayağa durur. Başqa mövzuya keçid alır. Amma yaşlı qadın yenə də studiyadadır. Yeni mövzunu təqdim edəndə Zaur deyir ki, indi pozitiv bir abi-havaya yüklənək. Elə yüklənmək istəyəndə gözü divanda oturan anaya sataşır. “Ana, nəsə narahatsan?”- soruşur. Elə bu vaxt bərbər stulunda oturan mənim başlayır ətim tökülməyə. Zaur, ay rəhmətliyin oğlu, səhərdən anaya oğlunun ölü fotosunu göstərirsən – görəsən ana necə olmalıdır? Yaxşı, ya pis? Narahat yox e... ürəyi getməliydi studiyada. Bu həm də sənin verilişinin reytinqini qaldırmalıydı.  (Demə ssenariyə görə ana şəkli görən kimi ürəyi getməliymiş. Buna görə də əvvəldən təcili yardım da çağrılıbmış. Ana isə dözümlü çıxıb. Amma ssenarini pozmaq olmaz. Ayıbdır)

Zaur sən də sağ ol ki, operatorla birlikdə startda dayanan təcili yardım həkimlərini studiyaya dəvət elədin.  Onlar da  tez anaya  baxdılar. Bir on-on beş dəqiqə də dəhşətli musiqinin sədaları altında bərbərxanada oturanlar gözlərini də qırpmadan həyəcanla bu mənzərəyə tamaşa etdilər. Sən də sağ ol ki, verilişi, bütün işini-gücünü atıb gəlib oturdun ananın yanında. Onu bu ağır dəqiqələrdə tənha qoymadın. 

Zaur, bu dəm mən bilirsənmi bərbərxanadakılara nə dedim? Dedim ki, baxarsınız yaşlı ananı studiyadan xərəklə çıxaracaqlar. Amma elə olmadı. Verilişin vaxtından beləcə on beş dəqiqə siləndən sonra, ana heç nə olmamış kimi ayağa durdu və studiyanı tərk etdi. Mən isə pərt oldum. Sən Allah, Zaur, xərək məsələsi yadından çıxmasın, elə daha təsirli alınardı.

Bu dəm reklam şitləri görüntüyə gəldi. Sağ ol yenə də. Məsləhət gördün ki, Sedaflor sakitləşdiricisi içək. Xeyir ola? Sən bizi niyə şoka salmalısan ki, biz də gedək dərman alaq? Yaxşı ki, narkotik-nəşə satmaq qadağandır, cinayətdir. Yoxsa ki, bunların reklamı üçün ən gözəl veriliş Zaurun “Öz aramızda”sı olardı.

Zaur, incimə. Sən tək deyilsən. Bütün kanallarda sənin verilişin kimi verilişlər var. Hamısı da şoka salır, ağladır. Başqalarını deyə bilmərəm. Amma sənin əsəblərin çox kövrəkdir. “Evlənmə verilişi”nin sonunacan dözmədin – evləndin. Qorxuram ki, bu verilişlərdə də o qədər şok yaşayasan ki, axırda heç Sedaflor da kömək eləməz. Bədniyabətliyindən əl çək. Ailəni və ATV-ni yetim qoyma. Bunu heç kimə demə ya... Səni istəyib məsləhət verirəm. “Öz aramızda”.

O ki qaldı Azərbaycan televiziyalarına. Mən heç vaxt onlarda təqsir axtarmamışam. Efirdə gördüklərimiz öz televiziyalarının güzgüsüdür. Televiziyaları ayrı-ayrılıqda ailə adlandırsaq: “Ailə, ailə başçısı necədirsə, onu güzgüləri  də elə bu  gündə olmalıdırlar”.


Müəllifin digər yazıları

  1. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  2. NİZAMİ, QABİL BURDADI?
  3. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  4. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  5. "Arvad, qadın və sekskukla"
  6. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  7. Mahir Qabiloğlu - "Arvad və maşın"
  8. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  9. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  10. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  11. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  12. LUSİNE NERSESYAN, CAN, CAN...
  13. BULUDXAN XƏLİLOV VƏ MƏN
  14. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  15. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  16. AzTV nədir?
  17. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  18. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  19. TÖHMƏT
  20. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  21. JURNALİST VƏ XORUZ
  22. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  23. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  24. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  25. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  26. QAN
  27. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  28. Atam Qabilin “dərs”i
  29. “QATİLƏ”
  30. Hidayət Zeynalov nəvə toyu görmədi
  31. Öl deyəndə öl, qal deyəndə qal
  32. Arvada işim düşür...
  33. QURD YAĞI
  34. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  35. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  36. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  37. GÖZƏL İBRAHİM
  38. Zaur, bizi yetim qoyma!
  39. Mahir Qabiloğlunun köhnə arzuları
  40. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  41. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  42. Əmir Mustafayevin toyu
  43. HİDAYƏT VƏ FATMA
  44. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  45. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  46. Arvad, Allah verəndən gətir!
  47. İsmayıl Şıxlının böyük günahı
  48. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  49. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  50. Q. idi, Mən idim, Ş. idi...
  51. Bacarırsan yaşa, Bacarmırsan öl
  52. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  53. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  54. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  55. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  56. Sona Tağıyevanın məktəbi
  57. KİTAB OĞRUSU
  58. Ağasəlim Abdullayev, bağışla!
  59. BİZİM TELLİ PƏNAHQIZI
  60. Hacıbala Abutalıbovun Kişi sözü
  61. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  62. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  63. AĞACIN QARĞIŞI
  64. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  65. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  66. Milli komandamıza qara zurna kömək olsun
  67. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  68. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  69. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  70. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  71. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  72. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  73. RADİO VƏ DEPUTAT
  74. POLİS NƏCİB PEŞƏDİRMİ?
  75. Leyla Yunus papağı polisin başından qapdı və ...
  76. BOZQIRIN YALQUZAĞI
  77. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  78. DEBİL ARMEN -2
  79. DEBİL ARMEN - I
  80. Təhsil Nazirliyi və TQDK bir olsa...
  81. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  82. Vəzifəli balasından şikayət məktubu
  83. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-02-2018
19-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5055 san