11:29 17 Noyabr 2014
4608 dəfə oxunub
Çap versiyası
Səməd Vəkilov
Hüquqşünas

   Tənqid etmək hüququ və mədəniyyəti konteksində apardığım araşdırmalar zamanı əsrin əvvəllərində Azərbaycan mətbuatının əsasını qoymuş şəxslərin məqalələrini müasir   jurnalistika üçün  örnək almaq  istəyərkən  heyrətə gəldim. Dövrün iki böyük siması - Məmməd ağa Şahtaxtinski və Əhməd bəy Ağayev o dövrdə bir-biriləri haqqında  olmazın təhqir və həqarətlərini söyləyiblər. Hətta bir-birilərini binamus, bişərəf adlandırıblar. Bəli, bəli, binamus, bişərəf, daha nələr deyiblər bir-biriləri haqqında. Məqsədim   heç də 100 il sonra stəkanda fırtına yaratmaq deyil əsla. Sadəcə son zamanlar əsli-nəcabəti bilinməyən bir qrup bolşevik (pioner, oktyabryat) tör-töküntüləri, xəstə təfəkkürlü, saxta vətənpərvərlər  əmələ gəlib ki, qarşılarına çox əcayib məqsəd qoyublar. Azərbaycanın tarixi şəxsiyyətlərini  gözdən salmaq və bir-birlərinə qarşı qoymaq.

 Aşağıda nümunə çəkilən sitatlarla  heç də Məmməd ağa Şaxtaxtinski və Əhməd bəy Ağayev şəxsiyyətinə kölgə salmaq niyyətində deyiləm. Mən şəxsən hər iki şəxsiyyəti Azərbaycan tarixi üçün əvəz olunmaz hesab edirəm. Mənim  hər iki şəxsiyyətə rəğbətim var. Amma bu o anlama gəlmir ki, onlar da zorən bir-birlərini sevməli idilər. 

   Məmməd ağa Şaxtaxtinski “MƏRDAN BƏYİN MƏRDANƏLİYİ”  məqaləsində (maraqlananlar baxa bilər Azərbaycan Mətbuatı Tarixi Antalogiyası I cilid səh 51/52 (Şərqi-Rus 1903-cü il 27 aprel)) Əhməd bəy Ağayev haqqında  deyir: “Sərsəri və müxtəllüşşüurluğu ilə məşhuri-cahan deyilsə də, mə­ru­fi-Qafqaz olan Əhməd bəy Ağayevin əlinə qələm verib üstümə tök­dü. Dünyada nəyi biədəblik, yalan, iftira və böhtan varsa, hamısını mə­nim barəmdə bişərəfanə, vicdanşikənanə deyib, bağırır”.

 Həmin məqalədən başqa bir sitat.  

 Məmməd ağa Şaxtaxtinski: “Əvamın (camaatın) gözündə iki dəqiqəlik bir şöhrət qazanmaq və ya panislamist qəzetlərindən bir təhsin almaq üçün Əhməd bəy ki­mi məsləksiz, əxlaqsız, ağılsız adam nələr tapmaz?

Söyüşü atdıqdan sonra bizə irad olunan bəhslər bunlardır:

 “Mən Hacı Zeynalabdin Tağıyevi söymüşəm və ondan ötrü mü­səlmanları dılğır  eyləmişəm”.

  Yuxarıda göstərilən tendensiya hazırki mətbuatda və ictimai həyatda davam etməkdədir.  Bu hal tamamilə təbii qarşılanmalıdır. Necə deyərlər, insanlıq halidir, hamı hamını sevə bilməz. Əlbəttə, biz istərdik ki, adıçəkilən iki böyük şəxsiyyətin münasibətləri yaxşı olsun, ancaq təəssüf ki, belə olmayıb. Buna biz təəssüflənə və təəccüblənə bilərik. Bu da tamamilə normaldır. Çünki hər iki şəxsiyyəti sevirik.

Gözəl bir el məsəlində deyilir:  “Ölülər haqqında ya danışmırlar, ya da yaxşı şey danışırlar”.      

 

                                                                                            


Müəllifin digər yazıları

  1. Kərəm özünü necə "yandırdı?!..."
  2. Hacı Zakir Bayramov -70
  3. Ömür dediklərin bir karvan yolu.... (Hacı Sədrəddinin xatirəsinə həsr edilir)
  4. RAMİN QASIMOVU TANIYAQ
  5. Dostların ərk yeri Rasim Mirzəyev!
  6. MÜDRİKLİK MƏBƏDGAHI – USTAD ƏLİƏKBƏR HƏSƏNZADƏ: Fotolar
  7. HƏSƏNİ TƏCİLİ HƏCCƏ GÖNDƏRİN...
  8. Multikulturalizmin etnosiyasi çalarları
  9. Mədəni irsimizin qorunmasi və manqurtlaşdirilmiş gənclik!
  10. Vəkil Akif Əlizadə haqqında...
  11. Tarixi yaddaşın gen daşıyıcısı Əhməd Vəkilov
  12. ƏRK QALASI !
  13. Məhkumluq, yaxud Məmməd ağa Şahtaxtinski və Əhməd bəy Ağayev bir-birini sevirdimi?
  14. Ömür dedikləri bir karvan yolu...!
  15. ANAN ÖLSÜN AY MARK, NADİRİ NƏ GÜNLƏRƏ SALDIN?!
  16. Sürayyə Ağaoğlu Türkiyənin ilk qadın vəkili - Fotolar
  17. Əhməd Cavad - Yol ver Türkün bayrağına!
  18. Zeynəb ...duyğu və harmoniya!
  19. Azərbaycanın ilk hüquq professoru Mustafa Ağa Vəkilovun 115 illk yubileyi tamam olur
  20. Sevda yolçusu ...
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-02-2018
23.02.2018 Qızıl ucuzlaşdı
23.02.2018 Neft ucuzlaşıb
22-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6051 san