10:51 19 Noyabr 2014
16273 dəfə oxunub
Çap versiyası

  İş vaxtının bitməyinə az qalmışdı və hazırlaşıb evə getmək istəyirdim ki, zəng gəldi. Dəstəyi götürdüm. Özünü təqdim etdikdən sonra qəzetimizdə idmançılar haqqında yazılanlara görə təşəkkür etməyi unutmadı. Danışdıqca hiss edirdim ki, sözlü adama oxşayır, daha doğrusu, səsindəki giley aydınca sezilirdi.

         “Mən də idmançıyam” dedi...

         O, idmana başlayanda Naxçıvan Muxtar Respublikası blokadaydı. Uşaq olsa da hiss edirdi ki, təkcə valideynləri deyil, bütün naxçıvanlıların böyük sıxıntısı var. Vəziyyət çətin, dözülməz olsa da, kasıblıq, aclıq kimi sınaqla üzbəüz qalmaq elə də təhlükəli deyildi. Hər kəsin qorxusu doğulduğu torpağın, yurdun itirilməsindən, düşmən tapdağı altında qalmasından idi. Qonum-qonşu, bir sözlə, hamı-kəndin qocası da, əsgərlik yaşı çatanı da səngərə-cəbhəyə axışırdı. Dəfələrlə o da atasına, əmisinə, dayısına qoşulub ön xəttə getmək istəsə də “Sən hələ uşaqsan” demişdilər. Hər şəhid xəbəri gələndə kiçik yumruqları ilk dəfə rəqibinə deyil, üzünü görmədiyi düşmənə düyünlənirdi...

         Onu bu gün təkcə vətənimizdə deyil, dünyanın əksər ölkəsində yaxşı tanıyırlar. Qatıldığı idman yarışlarını, peşəkar döyüşlərini izlədikdən sonra bir zamanlar dəbdə olan döyüş filmlərinin qəhrəmanları gözümüzdə adiləşir. Kino ilə həqiqət arasındakı məsafəni daha yaxşı hiss edirsən...

         Həmkarımızla elə redaksiyamızda görüşdük. İçəri girəndə onu müxtəlif televiziya kanallarının idman verilişlərində gördüyümü xatırladım...

         Polis kapitanı İlkin Səfərov qədim oğuz-türk yurdu olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulub. Kiçik yaşlarından idmana həvəsini görən atası onu karate ilə məşğul olmaq üçün idman zalına gətirəndə yaşıdları bu qara oğlanın öncə zəhmini, illər sonra isə gücünü, qormazlığını, ürəkli bir oğul olmağını hiss edirlər. Qısa zamanda ümidləri doğruldur və orta məktəb illərində idmanın karate, kiqboks kimi növləri üzrə keçirilən yarışların qalibi olur. Orta məktəbi bitirib ali məktəbə, amma qiyabi fakultəyə qəbul olur. Qiyabi təhsil aldığı üçün hərbi xidmətə yollanır və Daxili Qoşunların “N” saylı hərbi hissəsində əsgəri borcunu yerinə yetirir. Hərbi xidmətdən sonra kiçik yaşlarından ürəyində gəzdirdiyi arzusuna çatmaq üçün 2002-ci ildə sənədlərini daxili işlər orqanlarına təqdim edir və qəbul olunur. Təhsilə, elmə olan həvəsi onu 2003-cü ildə DİN-in Polis Akademiyasına gətirir. Akademiyanı 2008-ci ildə bitirdikdən  sonra elə həmin il də daxili işlər nazirinin əmri ilə ona “polis leytenantı” xüsusi rütbəsi verilir və 22-ci PB-yə əməliyyat müvəkkili təyin edilir.

         Bu idman növü ilə nə vaxtdan məşğul olursan sualımın  cavabı özünü çox gözlətmədi: “2010-cu ildə bu idman növündə ilk debütüm oldu. Ümummilli liderimiz Heydər Əliyevin doğum günü ərəfəsinə təsadüf edən və Xarkovda keçirilən  qaydasız döyüş üzrə dünya çempionatı idi və mən 93 kiloqram çəkidə ölkəmizi təmsil edirdim. Sevindirici haldır ki, bu idman növündə gözəl nəticələri olan, dünyada sözünü deyə biləcək idmançılarımız var. Və bu həqiqətdir ki, hər şeyin ilki çətin və yaddaqalan olur. Finalda macar idmançısı ilə qarşılaşmağım və onu vaxtından əvvəl nokauta salıb qələbə qazanmağım təkcə tamaşaçıların deyil, təşkilatçıların da marağına səbəb olmuşdu. İlk döyüşdən qələbə ilə ayrılmağımın sevinci sanki növbəti illərdə də məni adımbaaddım izlədi”...

         2013-cü ildə qaydasız döyüş üzrə Azərbaycanda keçirilən Avropa çempionatında da zirvədəki yerini, birinciliyini qoruyub saxlayır. Təcrübəsi, peşəkarlığı və humanistliyi onun əsl idmançı olmasını sərgiləyir. Bir idman həvəskarı kimi mənə təqdim etdiyi döyüş çəkilişlərini izləyərkən bunu sezə bildim.

         Bəzən qaydasız döyüşlərdə nokauta düşmüş döyüşçünü qalib tərəf az qala ölümcül şəkilə salır. Ancaq İlkinin döyüşləri insanda idman estetikasını formalaşdırır, həm də rəqibinə qarşı amansız, eyni dərəcədə humanist ol fikrini aşılayır.

         Həmkarımız qatıldığı hər yarışda DİN rəhbərliyinin ona xüsusi diqqət və qayğısından danışdı və yaradılan şəraitdən razılığını ifadə etdi. Bir azərbaycanlı, polis əməkdaşı kimi bayrağımızı ucalara qaldırmağından fəxr etdiyini dedi...

         Ən yaddaqalan və məsuliyətli döyüşə bu ayın 9-da Minskdə keçirilən dünya çempionatında qatılıb. Rəqibinin köməkçisi erməni imiş. Orda da erməni xisləti özünü biruzə verib və əsl həqiqət üzə çıxıb. Sən demə İlkinin rəqibinin çəkisi 93 kiloqram deyil, 114 kiloqram imiş. İdmançımız deyir ki, onun çəkidə ağır olması məni qorxutmurdu, ancaq erməninin atmacalı fikirləri, tənəli baxışları səbrimi daşırırdı. Döyüşün tez başlamasını gözləyirdim.

         O, elə birinci raunddaca ermənini yerə sərir və bu dəfə də çempionatın qalibi olur.

         Həmkarımızın daha bir fikri diqqətimdən yayınmadı. Deyir ki, peşəkar qaydasız döyüşlər elə bircə raunddan ibarət olur.  Ya qalib, ya da məğlub olmalısan. Maraqlı məqamlardan biri də budur ki, belə çətin bir idman növünü seçib onun hər çətinliyinə sinə gərənlər yarışlara qatılarkən sığortalanırlar. Çünki idmandır, hər şey ola bilər.

         Onu da öyrəndim ki, sonuncu döyüşdüyü və qalib olduğu çempionata 12 dövlətdən idmançılar qatılıbmış və həmkarımızın qarşılaşmasını “Superboy” kimi sona saxlayıblarmış. Yəni o idmançının döyüşü sona saxlanılır ki, reytinqi yüksəkdir və ona tamaşaçılar daha çox maraq göstərirlər...

         O, təkcə idmanda peşəkar deyil. Həm də polis peşəsinin sirlərini, incəliklərini öyrənmək üçün yorulmadan çalışır, veteran həmkarlarımızın təcrübəsindən yararlanır, oxuyur, mütaliə edir.

         Onun ən böyük arzusu bir azərbaycanlı övladı, polis əməkdaşı kimi sevdiyi qaydasız döyüş növü üzrə adının dünyanın ən güclüləri sırasında çəkilməyidir.

         Biz də onun sevincinə şərik olur və inanırıq ki, həmkarımız, polis kapitanı İlkin Səfərov yeni-yeni qələbələrlə bizləri sevindirəcək, bayrağımızı ucaldacaqdır.

 

          


Müəllifin digər yazıları

  1. İNSAN ÜÇÜN, İNSAN KİMİ...
  2. Səfbəsəf düzüldük Vətən naminə!
  3. Altaylardan gələn Kişi...
  4. Söyməyə, yoxsa gəzməyə qərib ölkə...
  5. Tanıyın!... O, Azərbaycan Polisidir...
  6. Tarix yazan, tarixdə qalan qəhrəmanlar…
  7. 100-ə nə qaldı...
  8. Əsrin faciəsi, qəhrəmanlıq tarixi...
  9. “Gül var Xocalıdan sonra açılmır...”
  10. Nakomaniya ilə mübarizədə KİV-lərin rolu
  11. Ünvanına yetişən məktublar...
  12. Azadlığa can vermişik...
  13. Xilaskar
  14. Bir ömrün qazancı: inam və etibar... (FOTO)
  15. Bu köç hara gedir?...
  16. Uğurlu yollarla irəli…
  17. Tarixə dönənlər...
  18. Biz onları unutmadıq... FOTO
  19. Sizinlə qürur duyuruq… FOTOLAR
  20. Vətəndaşın güvənc yeri
  21. Könül adamı...
  22. Nəyi təbliğ edirsiniz, heç düşündünüzmü? Nəşələnib hallanıram...
  23. Kitab oxuduğunuza görə sizə təşəkkür edirəm …
  24. Vətənin başladığı yerdə… FOTOLAR
  25. Polisi sevənlər və sevdirənlər... (FOTO)
  26. “Mən Azərbaycanlıyam” demək haqqı...
  27. Bu, xilaskar ömrüdür...
  28. Uşaqlar ölməsin....
  29. Polis övladları-onları siz də tanıyın (FOTOLAR)
  30. Polis-döyüşə hazır əsgər kimi ...
  31. Tarixin yaratdığı, tarix yaradan Şəxsiyyət
  32. Xilaskarlar… (FOTO)
  33. Yeni maşınlar təqdim edildi
  34. Xocalıdan başlanan xilaskarlıq... (FOTO)
  35. “Vicdanlı” başlıqlar...
  36. Pirallahı-uzaq və yaxın yaşıl ada…
  37. Vətənpərvər və sağlam gənclik üçün…
  38. Vətən üçün, xalq üçün və gələcək üçün...
  39. Onun rəngli dünyası... (FOTO)
  40. Ölümün ağ rəngi... (Fotolar)
  41. “Artıq gecdir” deməmək üçün...
  42. Azərbaycan qadını-Müqəddəs və zəhmətkeş ömür sahibi…
  43. Görüşə polislər gəlmişdilər...
  44. Polislər bu nəcib işdə birincidirlər
  45. Haqqı görə bilmək xoşbəxtliyi...
  46. Bəxtiyar olmaq...
  47. Əbədiyaşar…
  48. Etibar edənlər peşman olmur…
  49. Bir həsrət yazısı…
  50. Tələsin insanlar...
  51. Azadlıq rəngli Bayrağım!
  52. Sabahı bu gün düşünək...
  53. Çətin qazanılan şirin nemət-Azadlıq…
  54. Sabitlik adlı sərvətimiz…
  55. Bu, müəllim ömrüdür: cəfakeş, qayğıkeş və əzabkeş bir ömür...
  56. 90 yaşın işığında… - FOTO
  57. İtirdiklərimiz…
  58. Təhlükəsizliyimizi qoruyurlar-yerin altında da… - Fotolar
  59. Dağ İlməzli məktəbinin məzunları və müəllimləri
  60. Çörək satıb, çörək qazanan qadın...
  61. AĞLAMA
  62. Qəhrəman şəhər və AZADLIĞA gedən yol...
  63. 20 yanvar-Vətən tarixi...
  64. Zəlimxan Yaqub həyatdan köçdü dedilər...
  65. Həmrəyliyə gedən yollar
  66. “Yox deməyi bacaraq”!!!
  67. On iki il, bir ömürlük həsrətdi hey....
  68. Vətən üçün...
  69. Mirzə Fətəlinin uzaqgörənliyi və ya dərviş Parisi partlatdı
  70. “Küçə uşaqları”nın gələcəyi...
  71. Çəkdim ki, izim qala...
  72. Kim haqlıdır? və ya “görünən dağa nə bələdçi”...
  73. Gələcəyimizin sağlamlığı üçün...
  74. “Sevdiyin və seçdiyin peşədə uğur qazanmaq da Vətənə xidmətdir”…
  75. “Söz”dən sonra….
  76. Vətən daşı olmaq üçün... Foto
  77. Ölüm ömrün sonu deyil… Foto
  78. Sədaqətindən, cəsarətindən, qeyrətindən Sən güc aldın, Azərbaycan Polisi!
  79. Xalq, dövlət və bayraq üçün… Foto
  80. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  81. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  82. Sən yanmasan, mən yanmasam...
  83. Məşhur Azərbaycan polisi ilə bağlı daha ətraflı… Foto
  84. Sahibsiz köçün hekayəsi...
  85. Rahatllıq da bir xoşbəxtlikdir...
  86. “Kapitan Kataniya” və ya “Qara rus polkovniki”... Fotolar - Xüsusi olaraq Strategiya.az üçün
  87. Gələcək üçün, gənclik üçün...
  88. Andına sadiq Azərbaycan Polisi…
  89. Vətən unudulmur, Vətən unutmur… Foto
  90. Ümidləri doğrultmaq üçün...
  91. İyirmi beş il, iyirmi beş qərənfil...
  92. Bir “həmkarıma...
  93. Bayram günlərində də...
  94. Bu, elə bir bəladır ki...
  95. “Uğur olsun”, deyirik…
  96. Azərbaycan deyiləndə ayağa dur ki...
  97. Hər atılan daşa...
  98. O, həmişə bizimlədir
  99. Bir oğul var... - Fotolar
  100. Qayğı da var, nəzarət də
  101. Görüşməyək, qorxuram...
  102. Dərdin adı Xocalı...
  103. Eşitdikləri xəbərdən, gördükləri mənzərələrdən qan iyisi gəlir az qala
  104. Bayrağımızı ucaldanlar... -Fotolar
  105. Rənglər danışır, biz isə susuruq...
  106. Vətəndaş kömək umur, kömək görür...
  107. Arzu dolu ömür yolu... - Foto
  108. Kaş, yuxum çin olaydı...
  109. Belə bir oğul vardı... - Fotolar
  110. Belə “qəhrəmanlıq” olmur...
  111. Ağ qadın
  112. Peşəkarlıq, məsuliyyət və nizam-intizam uğurların açarıdır
  113. Yollara
  114. Azərbaycan Polisi-illərdən və nəsillərdən yadigar...
  115. Həsrətinə bir film çəkmək istəyirəm...
  116. Bir gözəl gəzirəm məni öldürə
  117. Ürək
  118. Bir məktub, bir ailənin sevinci...
  119. 23 ay-23 il...
  120. Qayıtma
  121. Qocalar
  122. Həsrət
  123. Məktub
  124. Bir ömrün yuxusu
  125. Ayrılıq ölüm deyil...
  126. Ehtiyac ölümdən qorxuludur...
  127. Atamın 55 yaşı...
  128. Vətənin dərdini sevənlər çəkir... - Fotolar
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8951 san