10:32 20 Noyabr 2014
6263 dəfə oxunub
Çap versiyası

İbrahim Ömərov mənim dostum idi. Amma neyləyək ki, bizi tez tərk elədi. Cəmi 36 yaş. 36 yaş nədir ki?

 Amma duzlu-məzəli söhbətləri yadda qaldı. Təkcə bir sözünə - “İnsanlar bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin” -  kəlamına “Gözəl İbrahim” adlı bir hekayə həsr etdim. Çünki o, ətrafındakı bütün insanları sevirdi. Dilindən bir adamın da adını eşitmədim ki, ona nifrət etsin.

 İbrahim həm də adını daşıdığı babasıyla fəxr edirdi. Onun kəlamları, nəsihətləriylə oturub-dururdu. Elə bir məclis olmazdı ki, ondan söz deməsin, rəhmət oxutdurmasın. Babasının nəsihətlərdən birini   mənə də nəql eləmişdi:

“Mahir, 7-8 yaşım olardı. Babam isə deyirdi ki, “İbrahim, bax a... arvadın dalıyca qaçma, çata bilmərsən”. Məəttəl qalırdım ki, nə deyim. Arvada çatmağa nə var ki. Qonşumuz Məmmədəli arvadı onu əsəbiləşdirəndə  dalıyca qaçırdı. Qaçıb, çatıb, hələ bir qapaz da vururdı. Hələ evdəkiləri demirəm. Bax indi evlənmişəm. Arvad məndən bərk qaça bilər ki, mən də ona çatmayım? Əsla. Kişi arvadın dalıyca qaçar, ona çatar, hətta ötər də...”

 Bir müddət keçdi. İbrahim bir az da yaşlandı. Axır ki, babasının bu nəsihətini başa düşdü: “Mahir, demə İbrahim babam tamam başqa şey deyirmiş. Məsələn: arvad səndən təzə palto istəyir. Bir təhər pul tapıb alırsan. Üstündən bir az keçən kimi beyninə dublyonka düşür. Onu da alırsan. Bir az keçir, arvad artıq şuba xülyasındadır. Onu da alırsan. Köhnə aldığın qara rəngdədirsə, arvada ağ rəngli şuba lazımdır. Yaxud da tək brilliant qaşlı üzük alırsan, buna bab sırğasını istəyir. Sırğa alırsan, medalyon yada düşür. Sonra bilərzik, saat, daha nələr, nələr. İndi başa düşmüşəm ki, arvadın arzuları çox və sonsuzdur. Hansını həyata keçirsən, yeniləri dünyaya gəlir. İndi-indi babamı başa düşməyə başlamışam. Arvadın arzuları sonsuzdur. Bu arzuların dalıyca qaçmaq olmaz – çata bilmərsən. Arvadın dalıyca qaçacaqsan, qaçacaqsan, bir də görəcəksən həyatın sonudur. Sən finişdəsən. Arvadın arzuları isə hələ də startda”.

 PS. Əzizim, İbrahim, baban bu sözləri  arvadın, gəlinlərin, qız nəvələrin arzularının dalıyca qaçıb-qaçıb, finişə çata-çatda başa düşüb demişdi. Amma biz səni startda itirdik, həyat yoldaşının, gələcək gəlinlərinin, qız nəvələrinin arzuları finişə erkən çatdı.


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6687 san